Qarabag Media
Haqqımızda Əlaqə

Yol polisi azərbaycanlı milyarderi saxladı, peşman oldu


Tarix:3-05-2019, 17:32 Kateqoriya:Manşet / Dünya

Yol polisi azərbaycanlı milyarderi saxladı, peşman oldu

Sankt-Peterburqda yol polisi əməkdaşları azərbaycanlı milyarder Vaqif Məmişovin limuzinini saxladıqlarına peşman olub.

"Polis əməkdaşları "Giriş qadağandır" nişanının tələbini pozan "Rolls-Royce" avtomobilini saxlasalar da, sonradan peşman olublar. Yol polisi müfəttişlərinin daxili mübarizəsinə "Fontanka"nın Sergey adlı oxucusu şahid olub", - deyə məqalədə deyilir.

Yazılanlara görə, limuzin "Land Cruiser"in müşayiəti ilə "Giriş qadağandır" nişanının qüvvədə olduğu İsaakiyev kilsəsi ilə Four Seasons oteli arasında yerləşən ərazidən keçib. Korteci dərhal üç polis avtomobili mühasirəyə alıb.

"Sürücüdən sənədləri alınıb", - deyə Sergey bildirib. Sərnişin mühafizəçilərin müşayiəti altında otelə gedib. 10 dəqiqədən sonra sənədlər sürücüyə qaytarılıb, avtomobil ərazidən uzaqlaşıb. Yol polisi müfəttişlərinə mühafizəçilərdən biri yaxınlaşaraq "Sizdə hər şey yaxşıdır?" - deyə müraciət edib, onlar başlarını tərpədərək, lal-dinməz təsdiq ediblər", - məqalədə qeyd olunur.

Məlumata görə, A001AA178 nömrə nişanlı tünd göy "Rolls-Royce" 30 yaşlı İsmayılova Arzu Vaqif qızının adına qeydiyyatdadır. Məhkəmə icraçılarının icraat prosesləri haqqında məlumat bazasına görə, onun adı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar azı 5 dəfə hallanır.

Həmin Rolls-Royce bundan əvvəl Sankt-Peterburqun Gənclər siyasəti üzrə komitəsinin sədr müavini Nizami Məmişovun adına olub. 31 yaşlı Nizami Məmişov Azərbaycan diasporu rəhbərinin yaxın qohumudur.

"Vaqif Məmişov ötən il gənc məmurun müsbət xarakteristikasını vermişdi: Onun təvazökar, tərbiyyəli və təminatlı bir olduğunu söyləmişdi. Nizami Məmişovun kabineti Bolşoy Morskoy küçəsində, İsaakiyev kilsəsinin bir neçə addımlığında yerləşir", - məqalədə yazılıb./milli.az/

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar