Qarabag Media
Haqqımızda Əlaqə

Gürcüstan-Azərbaycan münasibətlərində nələr baş verir?


Tarix:3-05-2019, 00:11 Kateqoriya:Manşet / Cəmiyyət

Gürcüstan-Azərbaycan münasibətlərində nələr baş verir?Gürcüstanın axmaq, avantürist iki siyasətçisi Saakaşvilinin hakimiyyəti dövründə bir müddət müdafiə naziri vəzifəsində olan İrakli Okuraşvilinin və Leybaristlər Partiyasının sədri Şalva Natelaşivilinin Azərbaycan-Gürcüstan sərhəddində yerləşən «David Qareci» (Keşişdağ) monastır kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirərkən, azərbaycanlılarla bağlı ağızlarına gələni danışmaları iki ölkə arasında böyük səs-küyə səbəb olub.

Gürcü siyasətçilərinin bu cür bəyanatlar verməsi nəyə və kimlərə xidmət edir? Birmənalıdır ki, bu çıxışlar ölkədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Əsas niyyət ölkədə gürcü milliyyətçiliyini alovlandırmaq və iki xalq arasında etnik qarşıdurmaya rəvac verməkdir. Üstəlik, Avropaya inteqrasiya xətti tutan bir dövlət üçün verilən bəyanatlar rəsmi Tiflisə başucalığı gətirmir.

Maraqlısı odur ki, bu gün ermənilərin Cavaxetiyada at oynatmalarına və separatçı çıxışlarına göz yumurlar. Üstəlik, Cavaxetiya entik separatçılığa birbaşa hamilə olan bölgədir. Rəsmi Tiflis bunu görməzdən irəli gəlir. Ora ilə bağlı atılan bütün addımlar separatçılığı nəinki zəiflədir, əksinə separatçılar hər gün daha da təşkilatlanırlar.

Gürcü siyasətçiləri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, min illərdir həmin bölgədə yaşayan yerli əhalini təhqir etməklə, ciddi və strateji səhvə yol verirlər. Halbuki Gürcüstanda yaşayan soydaşlarımız heç bir zaman etnik separatçılıq mövqeyindən çıxış etmirlər. Həmişə Gürcüstanın bir dövlət olaraq yanında olublar.

Müstəqillikdən üzü bəri Azərbaycan Gürcüstan dövlətinin yanında olub. Regional iqtisadi layihələr Gürcüstan üzərindən gerçəkləşib. Bu gün Gürcüstan dövlət büdcəsinə milyonlarla vəsait axır. Ölkənin biznes mühitində azərbaycanlı sahibkarların yatırımları artmaqdadır. Bu isə yeni iş yerlərinin açılmasına və sosial vəziyyətin normallaşmasına gətirib çıxarır. Regional siyasətdə Gürcüstanın ən çətin zamanında dövlət olaraq hər zaman dəstək vermişik. 2008-ci ilin avqust ayında baş verən məlum müharibə zamanı Azərbaycan Gürcüstanın ərazi bütövüyünü dəstəkləyib. Nə qədər nankor olmaq lazımdır ki, bunları unudasan və inkar edəsən...

Başa düşürəm ki, sözegdən şəxslər Gürcüstan siyasətində o qədər ciddi fiqur deyillər. Gürcüstanın xarici və daxili siyasətlərinə təsir imkanları yox səviyyəsindədir. Yenə də bəyanat sosial şəbəkələrdə yayılır və topum arasında nifrət toxumunu cücərdir.

Gürcüstan-Azərbaycan əlaqələrini gərginləşdirmək istəyən həmin qüvvələrə hər iki xalqın ziyalıları tutarlı cavab verməlidirlər...

Elnur Eltürk

_____________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO