Qarabag Media
Haqqımızda Əlaqə

Elman Tovuz deyir ki...


Tarix:22-11-2015, 01:59 Kateqoriya:Manşet / Yazarlar

Elman Tovuz deyir ki...Xalqın məhəbbətini, hörmətini qazanmaq asan iş deyil. Hər bir insan qazandığı uğur üçün həddən ziyadə sevinməlidir. Onun ölçüsünü, dərəcəsini bilməlidir. Ömür də, vəzifə də əbədi deyil, əsas məsələ odur ki, özündən sonra səni yaxşı mənada xatırlasınlar.

Çoxdan idi ki, onunla görüşmək istəyirdim. Amma hər dəfə bir problem çıxıb buna mane olurdu. Nəhayət təqdiri-ilahidən o gün gəldi. Və biz görüşdük! Onun barəsində şair-yazıçılarımızdan çox eşitmişdim. İlk görüşümüz isə virtual aləmdə oldu. Duyğu nizamının qatar uçuşunda yeni bir aləmin seyrinə başladım. O, önümdə üfüqlərə uzanan böyük və dərin bir okean idi. Dərinliklərə daldıqca okean dibindəki gözəllikləri daha aydın görməyə başladım. Deyirlər, yer üzündə nə varsa eynisi də okeanın dibindədi. Elman Tovuz da söz okeanında yer üzünün bütün gözəlliklərini toplayıb suyun lətif ziyasında tablo kimi önümüzə qoyur.

Elman Şəmşəd oğlu Həsənli 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 8 illik təhsilini həmin kənddə, orta təhsilini isə Tovuz rayon Bozalqanlı kənd orta məktəbində alıb.

1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) ümumi iqtisad fafültəsini bitirib. Eyni zanamda həmin illərdə Təhsil Nazirliyi tərəfindən təsis edilmiş İçtimai Peşələr Fakültəsində təhsil alıb və jurnalist ixtisasına yiyələnib. Uzun illər ixtisası üzrə müxtəlif sahələrdə çalışıb.

Elman Tovuz ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. "İqtisadçı" qəzetinin redaksiya heyətinin üzvü olub. Şeirləri Respublika mətbuatında müntəzəm olaraq dərc edilib və edilir, internet portallarında yayımlanır. Bir çox şeirləri dillər əzbəridir. Aşıqlar şairin şeirlərinə tez-tez müraciət edirlər.

"Hara gedir bu yol belə?" , "Dünya, məni mənə qaytar!", "Dəlir ürəyimi demədiklərim", "Sən məni yuxuda çağır bir axşam” adlı kitabların müəllifidir.
Şeirlərinin mənəvi saflığı şairin ruhunun nə qədər gözəl, əzmkar və güclü, yaşam eşqilə dolu olduğunu bir daha isbat edir. Məşhur fransız yazıçısı və jurnalisti Alphonse Karr deyir ki, hər kəsin üç şəxsiyyəti var; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı.

Elman Tovuzun da sahib olub ortaya çıxardığı öz obrazı insanlığın formuluyla reaksiyaya girərək möhtəşəm bir abidə ortaya qoya bilmişdir. İnsanın özüntəsdiqinin bünövrəsində sarsılmaz iradə durur. Həyatın sərt üzü, tərs silləsi bir çoxları kimi şairi də tutur. 1998-ci ildə avtomovil qəzasına düşüb 1-ci qrup əlilliyə məhkum olan şair, əmək qabiliyyətini itirdiyi üçün o vaxtdan etibarən işləməsə də kompleksə düşmür. Dəmir “köhlən”ində həyatla ədəbi meydanda savaşa çıxır.

Qartal baxışlarım ağırdan ağır,
Hədəflər yayınır gözümdən daha.
Dinəndə dilimdən yalvarış yağır,
Qan iyi gəlməyir sözümdən daha.


deyən şairin əslində isə nə hədəf gözündən yayınır, nə də dilindən yalvarış yağır. Onu nə boran, nə çovğun, nə həyatın sıldırımlı, dolambac yolları, sərt döngələri qorxuza bilir. Gözəl düşüncələrin yüyrək axışında nəzərə çarpan bir fikir elə insanın özünü fikrə daldırıb uzaqlara götürür. Elman Tovuz deyir ki, insan gərək keçmişin ətəyini buraxa. O şey ki, olub üstündən vaxt adlayıb, demək o keçmişdi. Hal-hazırda onun barəsində danışmaq indini xərcləmək, itirməkdi. Bu halda gələcəyə yol ala bilməzsən. Hərənin bu həyatda bir yolu var. Elə götürək ümumi el yolu. Bu yol haralarasa gedir. Biz də o yolla öz yolumuzu gedirik. Hamının öz yolu xıra-xırda bir yolda birləşsə də hərə öz yolunu geə bilir. Sevgi şeirlərinə daha çox üstünlük verən şairin sevgiylə bağlı da çox möhtəşəm şərhi var. Deyir:”Eşq həvəs ölənəcən, sevgi isə nəfəs ölənəcəndi. Insanlar bir çox şeylər kimi sevgini də bayağılaşdırılar. Sevgi elə bir şeydi ki, ilahidən əta olunub. Bütün müqəddəsliklərin cəmidi. Həyat anlayışı da elədi. Kimsə onun formulunu verə, qayəsini aça bilmir. Necə deyim..( bir anlıq susur)..Demirəm..”. Əslində isə, parlaq, həyat, məhəbbət eşqilə dolu qara gözləri qalın kitablara sığmayacaq qədər çox şey deyir. Bəzi şeirlərində gileylənən şairin bu ərkində də bir şirinlik var.

Hay vermir hayıma göylər mələyi,
Ruhum – səksəkəli dağ kəpənəyi.
Neynirəm bəsləyib mən bu ürəyi,
Köz alan yoxdusa közümdən daha?!

Dərdi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim…
Yoxsa, iraq olsun, gözəmi gəldim? -
Söhbət açan da yox dözümdən daha.


Əslində hamı tərəfindən daha çox sevilən bu şairin közündən də köz alanlar çoxdu. Elman Tovuzun qəlbi o qədər safdı ki, içində şıltaq, sevimli, küsəyən bir uşaq ruhu gizlənib. Şeirlərində dodağını büzüb küskünlüyünü bildirən bir uşaq səmimiyyəti var.

Elmanam, gurladım yağa bilmədim,
Əridim, zülməti boğa bilmədim.
Dünyanı özümə yığa bilmədim,
Çıxıb gedəcəyəm özümdən daha…


Həyatda ən böyük problem onu anlamağa başladığın andan ayaq üstündə dayana bilməkdi. Başqasıyla olmaq, başqasının olmaq deyil, başqasıyla özün ola bilməkdi… Hər kəs mükəmməl ola bilər. Bununla belə hər kəsin də ehtiyac duyduğu tək şey sevgi dolu bir ürək və gücünü sevgidən alan bir ruhdur. Sinəsinə məhəbbətlə basıb ruhuna köklədiyi telli sazın titrək tonunda bunu ruhuma aşılayan Elman Tovuz dünyasının əsrarəngizliyi dağ şəlaləsini xatırladır. Gücünü göstərib qayadan atılır, könüllərə sərinlik, gözlərə gözəllik, ruha qida verir.

Həyatda elə duyğular var ki, onun müqəddəsliyini qorumaq üçün qəlbində həbs edirsən, paylaşmırsan. Sətiraltı toxunsan da amadə etmirsən. Doğmamız da sətirlərn dilində bu duyğuları başqa prizmaya yönəldir. Düşünə-düşünə ələkləyib yazır.

Yenə fikrin külüngünü saplayıb,
Ha qazırsan daşa çıxır, eləmi?..
Sevincinin qazanı boş, min hayıf,
Qəm qaşıqda qoşa çıxır, eləmi?..
Oğruya bax, ovcundakı püstədir,
Doğru hələ dünənkinin üstədir…
Ədalət öz yatağında xəstədir, –
Dərman atır , boşa çıxır, eləmi?..
Elman Tovuz, çox yazılıb bu haqqda,
Dönən dönüb: nə həqiqət, nə saxta…
İnsan olan ayaqlanır ayaqda,
Nadan olan başa çıxır, eləmi?.


Azdı sevdiyini gətirmək dilə, Gərəkdir – könüllər çıxa görüşə!- deyən şairim, mən də öz könlümlə görüşünə gəldim. Gəldim ki, ruhunun uçduğu yeri üfüqlərdə haqqlaya bilim. Gördüm gözəl ruhun cənnətməkan tək, güllü lazləzarlı bir aləm imiş. Gülün kəpənəyi, çaylağın seli, dağların ağ qarı, baharın yeli,səhərin sübh şehi, dərənin mehi, quşların cəhcəhi, “hər şey bu danyada çox gözəl”- deyir. Sən susub danışmasan da, gözlərin danışır hey dayanmadan. Mən səninlə görüşdən bir nağıl günü yaşadım, ustad. Bu lütfündə bir doğmalıq, qırğın ruhların oxşar cəmi vardı. Ruhunu hopdurduğun şeirlərinlə varlıqlara hopub yaşamaqdan gözəl nə var ki, bu həyatda?! İnsan həyatı təbiət hadisələrini xatırladır. Güllü –çiçəkli, laləzarlı ömür, qar-çovğunlu, məşəqqətli ömür. Hər kəs tale yazısının, nəsibinə düşən qismətinin sahibidi. Və bu tale yolunda hərə özünə, ruhuna uyğun bir peşə seçir. Sevgi-istəklə seçilən sənətin uğuru da bol olur. Sizin uğurlarınız kimi..

Ulu peyğəmbərimizin belə bir kəlamı var: Mən ancaq ən gözəl, ən pak xasiyyətləri tamamlamaq üçün göndərilmişəm.

Əziz Elman müəllim, siz də şerin pak, gözəl xüsusiyyətlərini tamamlamaq üçün, ədəbiyyatımızın klassik ruhunu qorumaq üçün göndərilmisiniz bu dünyaya. Ədəbi üfüqlərdə bol-bol nailiyyətlərinizi seyr etmək arzusuyla görüşənədək!

Elman Tovuz deyir ki...

Şərafət ŞƏFA










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı