Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?


Tarix:30-04-2019, 13:43 Kateqoriya:Manşet / Tarix

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

“Artsax/Arsax/Arsak” adı ermənicə heç bir məna ifadə etmir.

Karabakhmedia.az xəbər verir ki, əslində, ermənilərin “referendum”la guya Azərbaycan-türk mənşəli “Qarabağ” adından imtina etmə cəhdi, əvəzində “Arsax” adını istifadə etməsinin özü bu bölgənin qədim türk yurdu olduğunu təsdiqləyən növbəti faktlardan biridir.

“Arsak” və ya “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi “Arsak” sözünü sıxışdırdı. Lakin hələ də “Qarabağ” sözü ilə paralel olaraq işlədilməkdədir.

Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi.

VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “arşax” - "aranşax" adlanmışdır.

Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir və Arsak – Xaçın knyazlığı yaranır. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlıq Xaçınçayın və Tərtərçayın hövzələrini əhatə edirdi.

Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna ifadə etmir.

XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Bu yüksəliş əsasən alban Mehranilər sülaləsinin xələflərindən biri Həsən Cəlalın (1215-1261) adı ilə bağlıdır. Həsən Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Həsən Cəlal tarixi mənbələrdə, epiqrafik yazılarda “knyazlar knyazı”, “əzəmətli, parlaq hökmdar”, “Xaçın ölkələrinin knyazı”, “Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı”, “çar”, “Albaniya çarı”, “Albaniyanın əzəmətli sahibi”, “tacdar” adlandırılmışdır. Gəncəsər məbədinin (Qandzasar monastırı) daşüstü yazısında oxuyuruq: “Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı”.

Bu hökmdarın ən təmtəraqlı titulu Gəncəsər monastırında, 1240-cı ildə tərtib olunmuş daşüstü yazıda göstərilmişdir: “Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı Həsən Cəlal...”

Həsən Cəlalın hökmranlıq illərini Albaniyanın iqtisadi, siyasi və mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu yüksəliş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayiş məbədlərinin yaradılmasında öz əksini tapmışdı. Gəncəli Kirakos məhz bu zaman özünün “Tarix” əsərini yazmışdı. Öz hakimiyyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini sübut etməyə can atan, alban hökmdarının hakimiyyətinin fasiləsizliyini qeyd etməyə çalışan Həsən Cəlalın göstərişi ilə Musa Kalankatlının “Albanların tarixi” əsərinin (salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən Cəlalın hökmranlıq illəri, onun hakimiyyəti dövründə Gəncəsər kompleksinin tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi ənənəsi dirçəldildi. Həsən Cəlal bir çox ölkələrin əsrlər ərzində yaradılmış maddi-mənəvi dəyərlərini tarix səhnəsindən çıxarmış, monqollarla yaxşı münasibətlər qura bilmiş, monqol xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin etmişdi.

Gəncəsər monastır kompleksi (Qandzasar monastırı) Həsən Cəlalın təkidi ilə inşa edilmişdir. Gəncəsər monastırının (Qandzasar monastırı) qədim hissələri Həsən Cəlalın hakimiyyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın hakimləri olmuş Cəlalilər nəsli məzarlığı kimi fəaliyyət göstərmişdir. Həsən Cəlalın özü 1261-ci ildə burada dəfn edilmişdir. Gəncəsər baş kilsəsi (Qandzasar monastırı) 1216-cı ildən 1238-ci ilədək alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən Cəlalın göstərişi ilə tikilmişdir. Bu məbəd Alban Həvvari Kilsəsinin mərkəzi olmuşdur. Hökmdar özü bu kilsəni “Albaniyanın taxt-tac kilsəsi” adlandırırdı.

Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır (Qandzasar monastırı) kompleksi orta çağların alban memarlığının incisidir və həmin abidənin ermənilərə heç bir aidiyyəti yoxdur.

Sonradan bu knyazlıq süquta uğradı və 1836-cı ildə Alban Kilsəsinin ləğvindən sonra tamamilə məhv edildi və tarixi arxivlər, o cümlədən “Arsak və ya Arsax” toponimi erməniləşdirildi.

Amma nə qədər erməniləşmə aparılsa da, sözlərin izahında erməni dili “aciz” qalır. Arsak/Artsax sözü də bu qəbildəndir və ermənicə heç bir məna ifadə etmir./kult.az/

Karabakhmedia.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO