Qarabag Media
Haqqımızda Əlaqə

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR


Tarix:28-04-2019, 22:48 Kateqoriya:Manşet / Araşdırma

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

2016-cı ildə – aprel döyüşləri zamanı Pakistan Müdafiə Nazirliyi Azərbaycan bayrağını rəsmi “Facebook” səhifəsinin profil şəkli etdi.

Sosial şəbəkələrdə bu durum haqqında çox müzakirələr aparıldı. Çoxlarının beynində belə bir sual yarandı: “Pakistan Azərbaycanı niyə bu qədər önəmsəyir?” Məhz bu sualın cavabı haqqında kiçik bir araşdırma aparmağa ehtiyac duydum. Tarixi bir az vərəqlədim.

İpək yolu və Multan karvansarası

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

Ölkəmizin Pakistanla münasibətlərinin tarixi qədim zamanlara dayanır. Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üzərində yerləşən Bakıya gələr, aylarla burada qalar, ticarət edər, ya yollarına davam edər, ya da geri – öz ölkələrinə dönərdilər.

Təqribən 5 əsr bundan öncə Bakı xanları məhz Pakistandan gələn tacirlər üçün Multan karvansarasını inşa etdirir. Beləcə, pakistanlı tacirlər xalqımızın qonaqpərvərliyini bir daha anlayır və təqdir edir. Hələ də Multan tacirlərinin adını daşıyan bu karvansara hazırda İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Bu, Pakistan-Azərbaycan dostluğunun tarixə keçən bir epizodudur. Təbii ki, iki xalqın bir-birinə olan xeyirxah münasibəti rəsmi və yazılı mənbələrdən uzaqda da mövcud idi, kim bilir, bəlkə daha da isti idi?!

Hacı Zeynalabdin Tağıyev Pakistan xalqını məhv olmaqdan xilas edir

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

Azərbaycan-Pakistan əlaqələrinin möhkəmliyinin daha bir epizodu da mesenat Hacı Zeynalabdin Tağıyevin adıyla bağlıdır. Bu böyük xeyirsevər şəxsiyyətin ölkəmizin hüdudlarından kənardakı insanlara verdiyi dəyər insanlıq adına ucaldılan növbəti abidə sayıla bilər.

Ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi idi. Bir dəfə əhali arasında kütləvi şəkildə epidemiya yayılır. Xəstəlik səbəbilə 100 mindən çox insan dünyasını dəyişir. Ən böyük çətinlik isə xəstəliyin qarşısını almaq üçün dərman və preparatların çatışmazlığı olur. Pakistan xalqının belə ağır bir günündə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan dövlətinin ərazisinə göndərib. Bu vaksinlərin köməyilə epidemiyanın qarşını almaq, yüz minlərlə insanın həyatını xilas etmək mümkün olur. Hacı Zeynalabdin Tağıyev sadəcə yardımla kifayətlənmir, eyni zamanda problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib.

1947-ci ildə Pakistan xalqı müstəqillik əldə edir. Tağıyevin etdiyi xeyirxahlıq nəticəsində bir xalq kimi məhv olmaq təhlükəsinin öhdəsindən gəldiklərini unutmurlar. Bu fakt orta məktəbdə tədris edilən tarix vəsaitinə salınır.

O gündən-bu günə bütün Pakistan uşaqları Azərbaycanı özlərinə doğma bilir, xilaskar ölkə kimi tanıyır. Nəinki Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığını unutmur, onun vətəninə olan sevgilərini bəyan etməkdən də çəkinmirlər. Tarixi əsrlər öncəsinə dayanan dostluğun nəticəsi idi ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə oldu. Həmçinin, Pakistan indiyə qədər Ermənistanı dövlət kimi tanımır.

Tağıyevdən miras qalan xeyriyyəçilik ənənələri bu gün də qorunub saxlanılır. 2007-ci ildə Pakistanda baş verən zəlzələ zamanı Pakistan Azərbaycandan böyük yardım aldı. Hətta zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan qırx həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərildi. Eyni zamanda, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım ayrıldı.

Heydər Əliyev Fondunun böyük dəstəyi

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

Heydər Əliyev Fondu da dost ölkədəki təbii fəlakətə diqqətsiz qalmadı. Fond Müzəffərabad şəhərinin Rara qəsəbəsində orta məktəb tikdirdi. 2008-ci il fevralın 9-da Heydər Əliyev Fondunun tikdirdiyi məktəb şagirdlərin ixtiyarına verildi.

Pakistan da öz növbəsində ölkəmizi hərbi və siyasi cəhətdən daim dəstəkləyib. Azərbaycanla Pakistan arasındakı diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

“Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” 1995-ci ildə imzalanıb. Həmin vaxt dost ölkənin prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Həmin sənədlərdən biri də Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol idi.

1996-cı il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib. Görüşdə 9 sənəd imzalanıb.

2004-cü il iyunun 8-də Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycanda üçgünlük səfərdə olub. Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə bu səfər çərçivəsində imzalanıb.

Bir il sonra, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana iki günlük rəsmi səfər edib. Səfər zamanı ölkələrarası münasibətlər müzakirə olunub, 6 əməkdaşlıq sazişi imzalanıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Bir sözlə, Pakistanda və Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq qarşılıqlı münasibətlər daim yüksək səviyyədə olub. 2017-ci ildə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser iki ölkə arasındakı münasibətləri bu cür ümumiləşdirib:

Azərbaycan:

– Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyib və Kəşmirdəki İƏT təmas qrupunda 2012-ci ildən etibarən iştirak edir.

– Pakistanda 2010-cu və 2011-ci illərdə baş verən daşqınlar zamanı dəyən ziyanın aradan qaldırılmasına 1 milyon dollar həcmində yardım edib.

– Pakistana müxtəlif sahələrdə kiçik həcmli humanitar yardımlar göstərib.

– Bakı Dövlət Universiteti Pakistan Prezidentini “Fəxri doktor” dərəcəsi ilə mükafatlandırıb.

– Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar və institutlarda Pakistanın namizədliyini dəstəkləyir.

Pakistan:

– 1992-1993-cü ilin əvvəllərində Azərebaycana 1 milyon dollar həcmində yardım edib.

– Karaçi-Bakı sektorunda 1993-cü ildə PİA uçuşu başlanılıb. Uçuş bir neçə il ərzində həyata keçirilib.

– BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynayıb. Azərbaycanı bütün beynəlxalq forumlarda, xüsusilə İƏT-də dəstəkləyib.

– Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyıb.

– Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı öz humanitar yardımlarına görə “Hilal-e Pakistan” mükafatı ilə təltif olunub.

– Pakistan Azərbaycanın müxtəlif beynəlxalq təşkilat və insititularda namizədliyini dəstəkləyir.

İslam aləminin ilk qadın baş naziri Benazir Bhutto da Azərbaycana olan sevgisini heç vaxt gizlətməyib. O, Pakistanın baş naziri olduğu dövrdə Azərbaycana daim mənəvi dəstək verib. Həmçinin, işğalda olan torpaqlardan didərgin düşən soydaşlarımıza ünvanlanan maddi yardımlar da göndərib.

Benazir Bhuttonun atası Zülfüqar Əli Bhuttonun yaratdığı Xalq Partiyasının hakimiyyətdə olduğu dövrdə Pakistanda irimiqyaslı humanitar layihələri həyata keçirtdiyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Şəhid Benazir Bhutto” adına mükafat verilib.

İki ölkə arasındakı dost münasibətin daha bir simvolu da 2 markadan ibarət poçt blokunun dövriyyəyə buraxılmasıdır. 27 dekabr 2018-ci ildə tədavülə buraxılan poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir edilib. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları əks olunub.

Bahadur Seyidov,
redaktor.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür