Qarabag Media
Haqqımızda Əlaqə

Tiflisin Azərbaycana ərazi “davası”: Nə baş verir?


Tarix:27-04-2019, 22:48 Kateqoriya:Manşet / Siyasət

Tiflisin Azərbaycana ərazi “davası”: Nə baş verir?

Gürcüstan Prezidenti Salome Zurabişvili odla oynayır. Diplomat soyuqqanlı olmalıdır. Xanım Zurabişvili Fransada doğulub, diplomat olub, ölkəsinin Gürcüstandakı səfiri olub.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstan Prezidenti Zurabişvilinin Azərbaycanla sərhədə gəlməsi və burada Azərbaycanla sərhəd xəttinin müəyyənləşməsi istiqamətində işlərin sürətləndirilməsi vacibliyini dilə gətirməsindən sonra Gürcüstanda millətçilərin azərbaycanlılara qarşı aşırı reaksiyalarına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

“Azərbaycanın Gürcüstandakı böyük yatırımları, boru xətləri, Dövlət Neft Şirkətinin layihələri, satdığı ucuz qaz qonşu ölkəyə ayaqda qalmağa imkan verir. Biz elə bilirdik ki, Tiflis bunu anlayır. Ancaq gürcülərin ermənilər kimi bizə qarşı ərazi iddiası var. Nə etməliyik? Güzəştə gedə bilmərik. Ancaq Gürcüstanla münasibətlərin gərginləşməsinə də yol vermək olmaz. Danışıqlar davam etməlidir. Sadəcə, Zurabişvilinin tərsliyi tutub, elə bu saat Azərbaycanla sərhəddin “müəyyənləşməmiş” 34 fazinin həll olunmasını istəyir. Hakimiyyətə kənardan nəzarət edən Bidzina İvanişvilinin xəttinə oxşayır. Zurabişvilinin və onun arxasındakı güclərin Azərbaycana qarşı inadkarlıqları Gürcüstandakı millətçiləri də ayağa qaldırıb və onlar bizim haqqımızda aşağılayıcı ifadələr işlətməyə başlayıblar. Tiflis yaxın günlərdə bu prosesi dayandırmasa, nəticələri iki ölkə arasındakı münasibətlər üçün yaxşı olmayacaq. Xarici işlər nazirlərinin görüşünə və birgə komissiyanın toplanmasına ehtiyac var. Əks halda ermənilər gürcülərlə azərbaycanlılar arasında qovğanın genişlənməsində maraqlı olacaq, dezinformasiya şəbəkəsini işə salacaqlar, əgər başlamayıblarsa...”

Qeyd edək ki, Gürcüstanda Keşikçidağ monastr kompleksinin Azərbaycan ərazisinə aid olmasından narahatlığını vaxtaşırı büruzə verir./Axar.az/

Karabakhmedia.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!
Nəsiminin 40 qəzəli farscadan tərcümə olunub
Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq uzaq olsaq da, vətənləyik" - FOTOLAR
Nikolun Qarabağ təklifinin mənası budur – Markaryan
Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA
Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ