Qarabag Media
Haqqımızda Əlaqə

Naməlum Şəhid məzarlarına həsr edirəm...


Tarix:25-04-2019, 12:29 Kateqoriya:Manşet / Yazarlar

Naməlum Şəhid məzarlarına həsr edirəm...Himayədarlarına arxalanan erməni terrorçularının Şamaxı ətrafında sivil insanlara qarşı amansız qırğını davam edir...

Uşaq, yaşlı, xəstə, hamilə demədən hər kəs süngüdən keçirilib, evlər yağmalanıb yandırılır...

Türkün türkdən başqa qardaşı yoxdur... - deyirlər ha...Qardaş Türkiyə ordusu Azərbaycana gəlir. Nuri Paşanın mehmetciyi digər bölgələrdə olduğu kimi Şamaxıda da qardaşına zülm edənə qarşı savaşa qalxır.

Əri, atası və 14 yaşlı oğlu şəhid düşən Gülnisə gəlin az əvvəl qanlı döyüş getmiş kəndlərin birinə gəlir. Bəlkə kiməsə yardım edər ümidi ilə ev-ev , köşə-köşə dolanır. Adam yol kənarından gələn iniltinyə dınşayıb durmadan qaçır... Burada bütün bədəni başındakı fəsi kimi al-qırmızı rəngdə boyanan Türk əsgəri qıvrılır. Acısının dözülməz olması əsgərin solğun üzündən və zəif hərəkət edən gözündən bəlli. O artıq can verir. Can üstədir... Əbədiyyən yummaq üzrədir qançil olmuş gözlərini. Gülnisə gəlin təlaşlı yerişlə əsgərə yaxınlaşıb onu süzərək dillənir:

- Qardaş, nəyin var, necə yardım edim?!.. - Əsgər uğrunda vuruşduğu bacısına baxaraq gülümsəyir: - Ha şükür qovuşdurana, bacım. Bir ricam olacaq...

- Buyur, qardaş, nədir rican?

- Baş örtüyünü çıxararmısan? - Gülnisə gəlinin üzünün ifadəsi dəyişir. Dərin baxışlara bir daha yaralı əsgərə başdan ayağa nəzər salır. Ürəkəklik yaranır gəlinin təəccüblü gözlərində. Bu vaxt Əsgər öskürməyə başlayır. Ağzından qan qaynaması güllənin birinin ciyərinə tuş gəldiyindən xəbər verir. Əsgər huşun itirir... Gülnisə gəlin yaylığını açaraq əsgəri silkələməyə başlayır. Yenidən xırıldamğa başlayan əsgərin üzünü təbəssüm alır: - Bacım, yardım et sinəmdəki qurşunu çıxarım.

- Sən bu acıya dözə bilməzsən, qardaş. Yaran çox ağırdır...

- Bacım, sən yardım et...

Gəlin əsgərlə birgə çox böyük əziyyətlə gülləni çıxarır. Əsgər bir parça kağızla birgə qanlı gülləni qadının yaylığına büküb dillənir:

- Bacım, ünvan məktubda yazılıb. Qardaş xatiri və Şəhid haqqı üçün bu əmanəti qarıma və anama çatdır... - Deyib bir neçə dəfə də öskürür. Qan laxtası sıçradan məhmətciyin nəfəsi kəsilirdi. Üzünün ifadəsi donur... Gəlin meyidi bir az sürüyüb yol kənarına yaxınlaşdırmağa çalışır. Amma taqəti tükənir. Küləyin uğultusu, uzaqdan gələn tək-tük güllə səsindən başqa ərazidə heç nə eşidilmir. Elə oradaca dəfn edib yerini işarələyir.

******

Bir neçə həftə sonra Gülnisə gəlin nənəsindən qalma qızıllarını və öz toyluq əşyalarını satıb məktubda göstərilən ünvana yola düşür. Kağızda İstanbul köylərindən biri göstərilib. Soraqlayıb ünvanı tapır. Qarşısında taxta qapı, kiçik ev dayanıb. Baxçada iki yaşlı oğlan uşağı oynayır. Yaşlı qadın oturub. Bir də bir cavan gəlin uşağa nəzarət edir. Birdən diqqət döyülən qapıya yönəlir. Yaşlı qadın - mütləq Ahmedimdən bir xəbər var - deyib, qapıya qaçır. Arvadın təlaşını görən Gülnisə gəlin doğru ünvana gəldiyinə əmin olur. Qara geyimli gəlin gözünü əlində tutduğu qanlı yaylığa zilləyir. Əllərini üzünə tutub Azərbaycandan qara xəbər gətirən gəlinə baxır, ana... Sonra nəmli gözlərini silib qapıda donub qalan gəlini qucaqlayaraq dillənir: -Keç, qızım, keç... Nə gətirdiyinin farkındayam. Orada bir namə, bir də bir tək qurşun var. Aslan Şəhidimin sinəsinə saplanmış qurşun...

- Sən bunu nədən anladın, ana?

- Keç qızım, keç... Danışacam hər şeyi.

Adamlar evdə ədəb-ərkanla görüşüb çay içirlər. Daha sonra nəvəsini qucağına alıb, gəlininə sandıqda olan əmanəti gətirməsini istəyir. Və üzünü Gülnisəyə tutub başlayır:

- İllər əvvəl Ahmədim, bu qucağımda oturan torunum Oğuzxan yaşda idi. Qocam cəbhədə savaşda idi. Gördüyünüz o qapı döyüldü. Sən yaşda bir qadın qayınanama eynən belə bağlama gətirdi. Bağlamada bir qurşun və bir sətirlik məktub var idi. Şəhid olmuş qocam məktubda yazmışdı: "İnşallah oğlum Ahmet böyüyüb mənə layiq övlad olar və Vətən uğrunda bu qurşunu iki edər..". İndi bilirəm ki, Ahmədim babasının şəhid sözünü tutub. Sənin baglamanda da bu məktubun eynisi var. Ver açıb baxaq, qızım.

Onlar məktubu açıb baxırlar. Məktubda yazılmışdı: "Canım anam, babamın vəsiyyətinə əməl etdim. İnşallah oğlum Oğuzxan Vətən uğrunda bu qurşunu üç edər..."

*****

Dəyərli oxucular! Sona qədər oxuduğunuz üçün sizə təşəkkür edərək bildirmək istəyirəm ki, həmin şahidin məzarı Şamaxı rayonu ərazisində yol kənarındadır. Bizlərə düşən şəhid haqqı həmin Naməlum türk əsgəri abidəsini ziyarət etməkdir...

Elgün Gəncimsoy

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA