Qarabag Media
Haqqımızda Əlaqə

"Tezliklə Laçında da bayrağımız dalğalanacaq" - Leytenant Bəşirov


Tarix:24-04-2019, 23:41 Kateqoriya:Manşet / Qarabağ

"Tezliklə Laçında da bayrağımız dalğalanacaq" - Leytenant Bəşirov

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Ata-babalarımız bu torpaqlarda yaşayıb, onu becərib, qoruyub, onun uğrunda vuruşublar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər, - bu sözləri əslən Laçın rayonundan olan leytenant Abbasəli Bəşirov dedi.

Gənc zabitlə "N" hərbi hissəsində tanış oldum. 1996-cı ildə Qax rayonunda anadan olsa da, onun ürəyi yenə də Laçınla döyünür. Gözlərinə baxdıqca Vətən həsrəti çəkdiyini görməmək mümkün deyil. Elə bu həsrət Abbasəlinin yolunu hərb sənətinə bağlayıb. 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc zabitimiz daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Nəhayət, 2018-ci ildə leytenant rütbəsində xidmətə başlayıb. Artilleriya bölməsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə birbaşa cavabdeh olan zabit ordumuzda xidmət edənlərin hər birində vətənpərvərliyin, yurda bağlılığın yüksək səviyyədə olduğunu qeyd etdi:

- Bu gün hamımızın qəlbində torpaq həsrəti var. Təkcə ata ocağından didərgin düşmüş qaçqın və köçkünlərimiz yox, bütövlükdə Azərbaycan xalqı Qarabağı azad görmək arzusundadır. Bu həsrətdi, bu sevgidi bizləri yaşadan, bu torpağa bağlayan. Hərdən zəng vurub atamla danışanda mənə telefonda dediyi son kəlməsi "Oğul, tezliklə qələbə müjdəsini verin bizlərə" sözləri olur. Mən Laçında olmamışam, oraları görməmişəm. Ancaq atamın göstərdiyi şəkillərdə, kövrələ-kövrələ dediyi sözlərdə, həsrət dolu baxışlarında görmüşəm Laçınımızı. Onlara söz vermişəm ki, tezliklə bayrağımız Laçında da dalğalanacaq. Bütün xalqımız da əmin olsun ki, Azərbaycan əsgəri bir qarış torpağını belə güzəştə getməyəcək. Tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə işğalda olan torpaqlarımızı azad edərək xalqımıza qələbə sevincini bəxş edəcəyik.

Zabitə “Komandir olmaq asandırmı?” sualını ünvanladım. Leytenant A.Bəşirov sualıma cavab olaraq dedi:

- Əsgərlər yalnız fərdi tapşırıqlara görə cavabdehlik daşıyırlar. Komandir isə bütün kollektivə görə məsuliyyət daşıyır. Buna baxmayaraq şəxsi heyət öz vəzifələrini bilir və cavabdehliklərini dərindən dərk edir. İndi bölməni idarə etmək çətin deyil. Əsgərlərimiz vəzifə borclarını günü-gündən daha da dərindən öyrənir, verilən tapşırıqları vaxtında icra edirlər. Bilik və bacarıqlarını artırmaq üçün müntəzəm olaraq onlara döyüş hazırlığı dərsləri keçirilir. Ona görə də onların əksəriyyəti hərbi xidmətlərini əsgər kimi başa vurduqdan sonra könüllü olaraq yenidən ordu sıralarına qatılırlar.

Leytenant Abbasəli Bəşirov forma daşımağın qürurverici, zabitlik peşəsinin ən şərəfli peşə olduğunu da qeyd etdi. "İnsanın nəyə qadir olduğu onun işi və əməli ilə ölçülür. Bütün əməllərin zirvəsi isə Vətənin müdafiəsində dayanmaqdır. Ən yüksək vətəndaşlıq Vətənə xidmətdir. Bütün şəxsi heyətin xidmətindən razıyam. Hər kəs Vətənə şərəfli xidməti ilə qürur duyur. Nə qədər ki, ürəyimiz Vətən sevgisi ilə döyünür, başımızın üstündə üçrəngli bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü naminə canımızdan keçməyə hazırıq."

Məhəmməd Nəsirli, "Azərbaycan Ordusu"

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO