Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyənin Bakıdakı səfirindən ermənilərə çağırış


Tarix:24-04-2019, 11:51 Kateqoriya:Manşet / Siyasət

Türkiyənin Bakıdakı səfirindən ermənilərə çağırış

"Qondarma "erməni soyqırımı" məsələsinin araşdırılması üçün Ermənistanla ortaq komissiya yaradılması təklifimiz hələ də qüvvədədir"

Karabakhmedia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, artıq həqiqətlərin yerini tutmasının zamanı gəlib çatıb:

"Türk millətinin tarixində utanılacaq bir hadisə olmayıb. Bunu bütün dünya bilir. Bizə qarşı edilən haqsızlıq tarixə edilən haqsızlıqdır".

E.Özoral qeyd edib ki, Azərbaycan və Türkiyə tarixçiləri birgə işləyərək erməni yalanlarını üzə çıxarırlar: "Qafqaz islam ordusunun Azərbaycana gəlməsi təsadüfi deyildi. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların qarşısını almaq üçün gəlmişdi. Bunun hesabını ödəməyən insanlar isə Ermənistanda qəhrəman elan edilir. Bəs ermənilər Azərbaycanılara qarşı etdikləri soyqırımları necə izah edəcəklər?"

Səfir vurğulayıb ki, bir sıra ölkələrin parlamentlərində qəbul olunan "soyqırım" qərarları haqsızlıq, ədalətsizlikdir: "Parlamentlərin bu məsələdə qərar verməsi doğru deyil. Biz arxivlərimizi açırıq. Daşnak partiyasının arxivləri isə hələ də bağlıdır. Bu barədə kimsə bilmir. Bunu etmək lazımdır ki, həqiqət üzə çıxsın. Erməniləri haqq yoluna dönməyə və yalandan uzaq durmağa çağırıram. 34 türk diplomat ASALA tərəfindən şəhid edilib. Qarabağda, Xocalıda qətliam törədənlər cəzalarımı almalıdır ki, ədalət öz yerinu tutsun"./Azvision.az/

Elvin Abdulqədirov

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı