Qarabag Media
Haqqımızda Əlaqə

Zəncəfil - 1001 dərdin dərmanı


Tarix:24-04-2019, 01:48 Kateqoriya:Manşet / Tibb

Zəncəfil - 1001 dərdin dərmanı

Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.

Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.

Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.

Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.

Zəncəfil damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.

Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz.

Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.

Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.

Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.

Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.

Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.

Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.

Zəncəfildən dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil əlavə olunur.

Zəncəfil yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2 dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).

Boğaz iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2 damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın (ağzınız açıq olmalıdır).

Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın. 10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.

Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində istifadə olunur.

Zəncəfil çayı

Zəncəfil çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır, aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı hər bir insan üçün xeyirlidir.

Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.

Zəncəfil çayın hazırlanması üsulu.

Sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığın (zövqə görə) üzərinə 200 ml qaynar suda tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1-2 çay qaşığı bal əlavə edin. Çay isti içilir.

Zəncəfil çayına zövqə görə limon, bal əlavə etmək olar.

Mənbə: saglamolun.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO