Qarabag Media
Haqqımızda Əlaqə

Alimlər Yerdə yeni qitə aşkarlayıb


Tarix:23-04-2019, 14:59 Kateqoriya:Manşet / Dünya

Alimlər Yerdə yeni qitə aşkarlayıb

Hamı bilir ki, Yerdə 7 materik var. Lakin tezliklə məktəblərdə uşaqlara 8 materik barədə məlumat veriləcəyi də istisna deyil. Karabakhmedia.az-ın FaktXeber-ə istinadən verdiyi məlumata görə, təqribən 2 il öncə 11 geoloq bəyan etmişdi ki, bütün bu illər ərzində Zellandiya qitəsindən diqqətləri yayındırmışıq.

İlk dəfə bu nəzəriyyəni irəli sürən 11 geoloqa artıq digər alimlər də qoşulub: Zellandiyadan qrunt, maqma nümunəli götürülməyə, flora və faunası öyrənilməyə başlanıb.

Onu da qeyd etmək yerinə düşər ki, hələ 1995-ci ildə Kaliforniyadan olan geofizik və okeanoqraf Bryus Lyuendik (Bruce P. Luyendyk) bu qitənin mövcudluğu barədə nəzəriyyə irəli sürmüşdü (həmin vaxt o, bu ərazini «mikroqitə» adlandırmışdı) və məhz o, buna Zellandiya adını qoymuşdu.

Lakin elm dünyasının bu nəzəriyyəni qəbul etməsi üçün 20 ildən artıq vaxt lazım oldu. Hazırda elmi icmalarda Zellandiyanın rəsmi qitə kimi qəbul olunması barədə müzakirələrə başlanılıb. Lakin hər zaman olduğu kimi, belə proseslər çox yavaş gedir.

Qeyd edək ki, Məşhur Yeni Zellandiya adalarından adını alan qitənin 95 faizi suyun altındadır, lakin gözümüzlə gördüyümüz 5 faiz ilin istənilən vaxtında və istənilən rakursdan möhtəşəm mənzərəyə malikdir. Zellandiyanın ən məşhur görünən hissəsi Yeni Zellandiyanın Şimali və Cənubi adaları, Norfolk adası, Lord –Xau adası və insanların yaşamadığı Yelizaveta və Middlton rifləridir. Bütün bu adalar Avstraliyanın şərqindədir.

Ehtimallara görə, təqribən 25 milyon il öncə Cənubi Amerika və Avstraliya bir-birlərindən ayrılmağa başlayıb, Zellandiya da yerini dəyişib. Alimlər həmçinin hesab edirlər ki, bu qitə nə vaxtsa Antarktika və Avstraliya ilə bir olub. Hazırda Zellandiya və Antarktika arasında 6000 km məsafə var.

Karabakhmedia.az

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı