Qarabag Media
Haqqımızda Əlaqə

Putin Zelenskini niyə təbrik etmir – AÇIQLAMA


Tarix:22-04-2019, 20:48 Kateqoriya:Manşet / Dünya

Putin Zelenskini niyə təbrik etmir –  AÇIQLAMA

"Hələlik prezident Putinin cənab Zelenskini təbriki, həmçinin birgə iş imkanı barədə danışmaq tezdir"

"Rusiya prezidenti Vladimir Putin Ukraynada prezident seçkilərində qalib gələn Vladimir Zelenskini təbrik etmək barədə söhbətləri vaxtından əvvəl hesab edir".

Karabakhmedia.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. "Hələlik prezident Putinin cənab Zelenskini təbriki, həmçinin birgə iş imkanı barədə danışmaq tezdir" - deyə Peskov vurğulayıb.

Ukraynada ötən gün prezident seçkilərinin ikinci turu keçirilib. Sputnik Azərbaycan Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, artıq Ukraynada bülletenlərin 99,04 faizi sayılıb.

Nəticələrə əsasən, Vladimir Zelenski seçkilərdə 73,21 faiz səs toplayıb. Zelenskiyə 13,4 milyondan çox ukraynalı səs verib. Onun rəqibi Pyotr Poroşenko isə 4,4 milyon ukraynalının və ya seçicilərin 24,46%-inin səsini toplayıb.

Ötən gün Azərbaycanda olan Ukrayna vətəndaşları da bu ölkənin Azərbaycandakı səfirliyinə gələrək öz səsvermə hüququndan istifadə edib. Ukraynanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə səfirlikdə 233 Ukrayna vətəndaşı səs verib. Onların 51,5 faizi Zelenskinin lehinə, 48,5% seçici isə Poroşenkonun lehinə səs verib.

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı