Qarabag Media
Haqqımızda Əlaqə

Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək


Tarix:17-04-2019, 23:21 Kateqoriya:Manşet / Qarabağ

Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək

Sergey Lavrovun görüşdə iştirakı yeni təkliflərin oduğundan xəbər verir və bu təkliflər yenidən ölkə başçılarına təqdim olunacaq

Aprelin15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, bu ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, habelə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Sonda Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib.

Bəyanatda bildirilir ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri yaxınlarının məhbusları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər. Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər.

Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. "Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Bakıda müşahidəçiləri belə bir sual düşündürür: Danışıqları uğurlu hesab etmək olarmı? Əksər araşdırmaçılar bu fikirdədirlər ki, əgər söhbət Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından gedirsə, o halda danışıqlar uğurlu hesab edilə bilər.

Əgər görüşlərdə ermənilərin işğal olunan ərazilərdən çıxarılması müzakirə olunmursa, o zaman ümumiyyətlə danışıq üçün mövzu yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar formatının dəyişməzliyi ilə bağlı son bəyanatları, eləcə də Avropa İttifaqının rəsmi şəxslərinin analoji açıqlamaları Ermənistan tərəfinə ismarıcdır.

Öz növbəsində Azərbaycanın mövqeyi dəyişməz qalır. Biz birtərəfli qaydada bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə mümkündür. Eyni zamanda, bu məsələni substantiv danışıqlar vasitəsilə, mərhələli şəkildə həll etməyi təklif edirik.

Rusiyanın münaqişənin həlli ilə bağlı moderatorluğu öz əlinə almaq cəhdlərinə də Bakı etiraz etmir. Eyni zamanda, Azərbaycan bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir. Birmənalı olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqlənir. Eləcə də erməni qoşunlarının Azərbaycan ərazilərindən tez bir zamanda, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir

Xatırladaq ki, Moskvada nazirlərin bir araya gəlməsi martın 29-da Vyanada keçirilən görüş konteksində baş tutub. Vyanada hər iki ölkə rəhbəri öz nazirlərinə tapşırıq vermişdi ki, bir araya gələrək yeni görüşün gündəliyinə baxaraq, ölkə başçılarına təqdim etsinlər.

Moskva təmasında daha çox diqqəti cəlb edən məqam görüşün Sergey Lavrovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsidir. Burada sanki Moskva bir tərəfdən Ermənistanın müttəfiqi, digər tərəfdən Azərbaycanın portnyoru olaraq çalışır ki, müəyyən güzəştli qərarlar əldə etsin.

Görüşün ilkin nəticələri açıqlanıb. Bəlli olan odur ki, hər hansı bir ciddi qərar qəbul edilməyib. Amma Ermənistan əvvəlcədən danışıqlara məhkum idi. Onların müxtəlif bəyanatlar verməsi, üçüncü tərəfin danışıqlara cəlb edilməsi məsələsi artıq arxa plana keçib. Yerevanda anlayıblar ki, nə Azərbaycan, nə də həmsədrlər bu təklifi qəbul edəyəcək.

Burada bir məqama toxunmaq lazım gəlir. Lavrovun görüşdə iştirakı, ola bilsin ki, gündəlikdə yeni təkliflərin oduğundan xəbər verir. Bu təkliflər yenidən ölkə başçılarına təqdim ediləcək və müzakirələr davam edəcək.

Lakin real bir nəticə hasil etməyən danışıqları uzun müddət davam etdirmək də mümkün deyil. Müzakirələrin predmetinin nə olmasından asılı olmayaraq, nəticə əldə olunmursa, danışıqları davam etdirməyin də mənası qalmır. Eskalasiyaya imkan vermədən danışıqların aparılması təklifi məqbuldur. Lakin Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir və bu şərtə əməl edilməyincə eskalasiya təhlükəsi də aradan qalxmır...

Azər RƏŞİDOĞLU,
Sputnik

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”