Qarabag Media
Haqqımızda Əlaqə

Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI


Tarix:17-04-2019, 14:56 Kateqoriya:Manşet / Siyasət

Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI

Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsipləri əsasında razılıq yolları axtarışını nəzərdə tutur.

Karabakhmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva-Baku” portalına müsahibəsində aprelin 15-də Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərək bu fikri söyləyib.

S.Lavrov həmin müzakirələrin 2016-cı ildə Rusiya tərəfindən təklif edilmiş plan əsasında aparılması barədə sualı şərh edərək deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xatırladıb ki, bu təkliflər həmin iclasın yekunları barədə müsahibələrin birində müzakirə olunub. Ona görə də burada mənim nə isə əlavə etməyimə ehtiyac yoxdur. Bu təkliflərin mahiyyətinə gəldikdə isə, onlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və Birləşmiş Ştatların rəhbərlərinin çoxsaylı bəyanatlarında təsbit edilmiş yanaşmalara uyğundur. Onlar münaqişə tərəfləri arasında ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan razılıq yolları axtarılmasını nəzərdə tutur.

Mən sadəcə təklif edirəm ki, siz dövlət başçılarının bu silsilə bəyanatlarına və keçən il dekabr ayında Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilmiş son bəyanatlara nəzər salasınız. Bu işin bütün əsas istiqamətləri orada şərh olunub. Əlbəttə, təfsilat məxfi xarakter daşıyır”.

Rusiyalı nazir daha sonra əlavə edib ki, görüşün yekunlarına əsasən humanitar tədbirlər barədə razılaşmalar birgə bəyanatda açıq şərh edilib. “Razılaşmaların mahiyyəti ondan ibarətdir ki, tərəflər, xüsusən kənd təsərrüfatı işləri aparılan dövrdə, vəziyyətin sabitləşməsi üçün səylərini artırmalıdırlar. Razılaşmalar insanların həbsxanada saxlanılan doğmalarına və yaxınlarına baş çəkmələri üçün şərait yaratmaqdan, KİV nümayəndələri də daxil olmaqla insanlar arasında əlaqələrin təşviq edilməsindən ibarətdir. Hesab edirəm ki, bu, çox faydalı razılaşmadır”.

S.Lavrov xüsusən humanitar sahədə belə tədbirlər barədə əvvəl də razılıq əldə edilməsi, , lakin bu razılaşlmaların heç də həmişə yerinə yetirilməməsi barədə şərhləri oxuduğunu qeyd edib. Rusiya XİN başçısı deyib: “Bu həqiqətdir. Lakin Moskvada yaradılmış bu əlaqələrin yekunlarına əsasən deyə bilərəm: budəfəki razılaşmaların kağız üzərində qalmaması həm Yerevanın, həm də Bakının maraqlarına uyğundur. Biz buna kömək edəcəyik”.

Karabakhmedia.az

______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”