Qarabag Media
Haqqımızda Əlaqə

"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"


Tarix:16-04-2019, 23:12 Kateqoriya:Manşet / Qarabağ

"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"Azərbaycana gələn rəsmilərin - "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli yoxdur" deməkdən başqa "əllərindən-dillərindən" bir iş gəlmir

Qarabağın qara taleyi ilə bağlı Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündən onsuz da heç kim əsaslı bir dəyişik olacağını gözləmirdi. Çünki Azərbaycan cəmiyyəti illərdir ki, belə çətin görüşlərə və asan ayrılıqlara bir növ adətkar olub.

Mətbuata açıqlama verən Azərbaycan xarici idarəsinin rəhbəri Elmar Məmmədyarovun bu görüşün faydalı olması və indiyə qədər irəliləyişin olmasına imkan verməyən məsələlərin müzakirə edilməsi barədə dediyini, sıradan olan heç bir kəs qəbul edə bilmir. Axı, necə qəbul etsinlər ki, Mnatsakanyanla Məmmədyarovun bəzi problem yaradan məqamların nə olduğunu ətraflı və daha dərindən başa düşülməsini hələ özləri indi anlayırblar.

Problemin aradan qaldırılması üçün, Azərbaycan diplomatı Dağlıq Qarabağın statusu və təhlükəsizliyi ilə bağlı Ermənistan tərəfinin məsələ qaldırdığını, Azərbaycan tərəfinin isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini ortaya qoyduğunu qeyd edir. Necə deyərlər "Köhnə hamam, köhnə tas".

Əslində hamı yaxşı bilir ki, Qarabağ problemi başlandığı ilk gündən hayların min-bir oyunu tək Dağlıq Qarabağı Ermənistana birləşdirməsinin üstündədir. Yəni, Xanın səsləndirdiyi "Qarabağ şikəstəsi"ndən fərqli olaraq, hayların şikəst hala saldıqları Qarabağla bağlı indi səsləndirdikləri "status" havası, köhnə "birləşmə" havasından başqa bir şey deyil.

Bu üzdən də Mnatsakanyan hələ Moskvaya "uçmazdan" əvvəl əldədüzəlmə "dqr"-nın xarici işlər naziri ilə görüşü zamanı "Artsax"ın status və təhlükəsizliyini Ermənistan respublikası üçün prioritet məsələ olduğunu bildirmişdi. Hətta problemin sülh yolu ilə tənzimləməsi baxımından konfliktin əsas subyekti kimi "Artsax"ın həlledici səsini və danışıqlara cəlb edilməsini də əsas elementlərdən biri olduğunu vurğulamışdı.

Bütün bu gedişlər dolayısı ilə erməni rəsmilərinin özlərini tərəf kimi deyil, məhz Qarabağın elçisi kimi göstərməsi deməkdir. Yəni, əgər sabah İrəvan Qarabağa Azərbaycanın ərazisi çərçivəsində qalmasına razılıq vermiş olsa, "dqr" onunla razılaşmaya bilər. Belə olan halda Azərbaycan rəsmiləri, eyni zamanda Azərbaycan xalqı bu danışıqlardan ümidverici hal kimi nə gözləsin? Bu açıqcasına o deməkdir ki, nazirlər nə qədər görüşsələr də, bu sevda baş tutası deyil.

Sözsüz ki, İrəvan tərəfindən Bakının qarşısına qoyulan "status" və "təhlükəsizlik" tələbləri erməniləri Qafqaza gətirib onlara dövlət quran "İkibaşlı qartalın" hər iki başına sərf edir. Birincisi Dağlıq Qarabağa "xüsusi status" verilməklə İrəvanın könlünü xoş edib öz strateji məkanına - forpostuna nə qədər qayğıkeş olduğunu sərgiləmək, ikincisi isə güya burada yaşayan hayların təhlükəsizliyini təmin etmək adı aıtında özünün "məramı sülh" olan işğalçı ordusunu yenidən Azərbaycan ərazisinə dürtməkdir. Belə olan halda hərçənd Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı daha təhlükəli olacaq, nəinki orada yaşayan ermənilərin.

Baxın, bu arada hələ heç bir şey olmamış artıq "dqr" prezidentinin mətbuat katibi David Babayan iki ölkə diplomatının Moskva görüşünü qənaətbəxş sayaraq, onların razılığa gəldikləri bir sıra təkliflərə - tərəflərdə olan əsir və girovların öz yaxınları ilə görüşü, təmas xəttinə yaxın kəndlərdə tarlada işləyən kəndçilərə atəş açılmaması, hər iki ölkənin media nümayəndələrinin bir-birinin ölkəsinə getməsi və digər məsələlərə toxunaraq, xüsusən əsir və girovlarla bağlı məsələyə həyasızcasına münasibət bildirərək "Əgər Azərbaycan tərəfi bu addıma qarşılıqlı addım atsa, onda Artsax bunu etməyə hazırdır. Bizim heç bir qorxacaq və gizlədək yerimiz yoxdur. Bu, bizim gücümüzü və sivil olduğumuzu göstərir" - deyir.

Babayan öz sözünə utanmadan davam edərək, burada Dilqəm Əsgərovla, Şahbaz Quliyevi nəzərdə tutub "Artsax ərazisində iki Azərbaycanlı dustaq var və onların hər ikisi terrorçudur. Onlar cinayətkar qruplaşmanın üzvləridir və bir neçə il bundan öncə Artsax ərazisinə soxulub cinayət törədiblər" deməklə, həm girov götürdükləri mülki şəxsləri şərləyir, həm də "dqr"nı legitim tərəf kimi dünyanın gözünə soxur.

Bu biri tərəfdən də erməni politoloq Levon Şirinyan da deyir ki, "Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb" deyərək, o, müharibənin başlayacağı təqdirdə erməni hərbi birləmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaqları ilə Azərbaycanı hədələyir.

İndi siz deyin, belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü? Əlbəttə ki, yox. Amma üzünü Azərbaycana tərəf tutub gələn hər azan-tezən tutuquşu kimi bir söz deyir: "Münaqişənin hərb yolu ilə həlli yoxdur". Amma maraqlı orasıdır ki, nədən olmadığını heç kim dilə gətirib açıq demir.

Buyurun, elə bu yaxınlarda Azərbaycana səfərə gələn Rusiya federasiyası şurasının sədri Valentina Matviyenko da Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyini dilə gətirərək - "Münaqişə yalnız sülh və diplomatik yolla öz həllini tapa bilər. Rusiya kompromisin əldə olunması üçün əlindən gələn hər şeyi edir. Münaqişənin həlli böyük diplomatik uğur olardı" - deyib çıxıb getdi. Amma ki nə fayda, 25 ildir gəlirlər, yazırlar gedirlər. İstər Rusiya rəsmisi, istərsə də digər ölkələrdən Azərbaycana gələn rəsmilərin - "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli yoxdur" sözünü deməkdən başqa sanki "əllərindən-dillərindən" bir iş gəlmir. Artıq neçə illərdir onların dediyi bu kimi sözlər nəinki sıradan olan hansısa bir təhsilsiz Lələkişini, hətta cibində diplomat diplomu olan Azərbaycanın baş diplomatını da mat vəziyyətə qoyub.

Belə baxanda da Valentina xanımın nə vecinədir ki, Səmərrux nənə Qarabağda qoyub gəldiyi isti yuvasına qayıda biləcək, ya yox... Onun üçün əsas olan odur ki, danışıqlar nə qədər uzun olsa da, axırı gəlib Moskvadan keçəcək.

Cənablar, bir şeyi bilin ki, Azərbaycan da qan istəmir, o zaman buyurun dediyiniz o həmin sülh yolunu "qırrayıb" torpaq yoldan asfalt yola çevirin. Ədaləti işə salıb Helsinki Yekun Aktı və BMT-nin qətnamələrini Ermənistan rəsmilərinin gözünə soxub qandırın ki, siz qonşu "bağına" girmiş oğrularsınız. Eybi yox, əvvəl səhv etmisiniz, nə olar, indi yığışdırın top-tüfənginizi keçin öz tərəfinizə. Biz də Azərbaycanı dilə tutaq ki, bu neçə illər ərzində onlara dəymiş maddi və mənəvi ziyana görə sizdən təzminatı az istəsinlər...

Nə isə, Dağlıq Qarabağ düyününü əllə, dillə, hətta dişlə də çözmək mümkün deyil. Onu yalnız topla vurub dağıtmaqdan başqa yol yoxdur.

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist, moderator.az

_______________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ