Qarabag Media
Haqqımızda Əlaqə

"TƏZADLAR"IN 26 YAŞI TAMAM OLUR


Tarix:15-04-2019, 11:55 Kateqoriya:Manşet / Gündəm

"TƏZADLAR"IN 26 YAŞI TAMAM OLUR

Bu gün - aprelin 14-ü «Təzadlar» qəzetinin ad günüdür. Daha doğrusu, 1993-cü il aprelin 14-də ilk nömrəsi işıq üzü görən qəzetin bu gün 26 yaşı tamam olur.

Bu 26 ildə vətənimiz Azərbaycan qədər başı müsibətlər çəkən qəzet Azərbaycan dərdləri ilə baş-başa olub. Çünki 1992-93-cü illərdə Azərbaycanın Qarabağı erməni-rus hərbi birləşmələrinin xain niyyətli işğalı ilə üz-üzə qalmışdı. «Təzadlar» da bu böyük və tarixi faciəmizin ağrılarından doğuldu, o vaxtdan da zaman və məkan, adamlar, insanlar, kütlələr, partiyalar, siyasi niyyətlər… dəyişsə də, «Təzadlar»ın «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı dəyişmədi. Qəzet dünya şöhrətli alim Xudu Məmmədovun adına təsis olunmuş, mərhum «OMON» komandiri, daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadovun sədri olduğu X.Məmmədov Xeyriyyə Cəmiyyətinin təsisçiliyi ilə yaradıldı. Məlum 1995-ci ilin 13-17 mart hadisələrindən sonra cəmiyyət ləğv olundu, kollektiv təsisçiliyi öz üzərinə götürdü. Bu böyük bir məsuliyyət idi. Sayı kiçik, ürəyi böyük, qəlbi təpərli kollektivin mübarizliyindən və vətənsevərliyindən doğan qəzet 26 ildir yol gəlir və gedir... Və dövlətmizin büdcəsinə yük olmadan məlum şüarımızla 26 ildir xalqımızın Qarabağ yaddaşını itiləməklə məşğuluq. Günahdırsa, yazın boynuma.

Amma etiraf edim ki, günahlarımız da çox olub. Hansını deyim?! Bəli, məhkəmələrə verilməyimiz, həbs edilməyimiz, təzyiqlərə məruz qalmağımız, bəzən görünməmiş vəziyyətlərlə üz-üzə qalmağımız və qara niyyətlilərin «qara siyahı»larına düşməyimiz… bu günahlarımızdan qaynaqlanıb. Bəli, biz neyləyək ki, Vətəni vətən olduğu üçün sevdik, Azərbaycana vəzifə, pul, sərvət, kef… gözü ilə baxa bilmədik. Yemək istədiklərimizi yedilər, almaq istədiklərimizi aldılar, gəzmək istədiklərimizdə gəzdilər… Amma içimizdə-aramızda gəzə bilmədilər! Biz yaltaqlığı, ikiüzlüyü, üzdə-bir söz, arxada başqa söz deməyi, partiyadaşlarımızı, dostumuzu, çörək kəsdiklərimizi… sata bilmədik!

Həm də dünən təriflədiyimizi söyə, söydüklərimizi isə tərifləyə bilmədik! Satdığımız- zülm ilə çıxardığımız bu qəzeti oxuculara satmaq oldu! Biz satılmadıq, alınmadıq! Evimizi yandırdılar, maşınımızı yandırdılar, dözdük və dözürük! Qarabağda evlərimizə, torpaqlarımıza od vurub yandırdılar, ölmədik ki!

Bir dəfə yekələrdən birinin əməllərindən yazmışdıq. Zəng vurub dedi ki, görün sizin ananızı necə ağladacağıq! Dedik ki, «Sizi bilmirik, bizim anamız Azərbaycandır və neçə illərdir ağlayır…».

Azərbaycan Xocalıda, Şuşada… ağlayırdı onda…

Nə isə… 26 yaşımız mübarək!

Asif Mərzili

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"