Qarabag Media
Haqqımızda Əlaqə

Buraxılış imtahanında iştirak edən şagirdlərə buraxılış vərəqələri verilir


Tarix:15-04-2019, 11:27 Kateqoriya:Manşet / Təhsil

Buraxılış imtahanında iştirak edən şagirdlərə buraxılış vərəqələri verilirAprelin 21-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, aprelin 21-də Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində təhsilalanlar üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Karabakhmedia.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil