Qarabag Media
Haqqımızda Əlaqə

Əsgərlərini qorumaq üçün özünü qumbaranın üstünə atan şəhidimiz


Tarix:3-04-2019, 00:50 Kateqoriya:Manşet / Qəhrəmanlar

Əsgərlərini qorumaq üçün özünü qumbaranın üstünə atan şəhidimiz

2 aprel 2016-cı ildə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şəhid olan hərbçilərindən biri də Elnur Adil oğlu Əliyevdir.

Mayor Elnur Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, 1998-2008-ci illərdən Qərb bölgəsində, son 2 ildə isə Füzuli bölgəsində xidmət edib.

E.Əliyev hərbi hissədə nizami hissə rəisi olub.

Mayor Əliyev Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
E.Əliyev Füzuli rayonunda dəfn olunub.

Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilmişdir.

Elvin və Elxan adında iki oğlu yadigar qalmışdır.

Özümlə savaşıram

Bu məktubu 3 il əvvəl Elnur Əliyevin xanımı yazıb. Məktub adlandırmaq bəlkə doğru deyil. Bu, şəhid qadınının ağrısıdı, səsidi, həm də qüruru, dirənişidir. Aprel döyüşlərində şəhid olmuş mayor Elnur Əliyevin doğum günündə onun həyat yoldaşı Nuranə Məmmədovanın məktubudu bu. N. Məmmədova həyat yoldaşının anım günü ilə bağlı yazdıqlarını təqdim edirik:

Hər gün daha çox darıxıram sənsiz. Günlər, aylar keçir, amma sənsizlik ağrısı hələ də ilk günkükimidir. Çətindir sənsiz həyata tutunmaq. Hər dəqiqə xəyalınla yaşamaqdır nəfəs aldığım hər gün. Özümü unutdum sən yoxsan deyə, gülüşüm saxtalaşdı, həyata baxışım dəyişdi, gələcəyə ümidim itdi...

Arzular, ah arzular.... sizdəmi O getdiyi gün bitdiniz?! Sizdəmi O getdi deyə getdiniz?! Nə çətinmiş, nə dözülməzmiş sənsiz nəfəs almaq. Səsini eşitməmək, üzünü görməmək , sənə toxunmamaq... Tək təskinliyim sənin yadigarlarınla ovunmaqdır. Sənə oxşamaq istəyən, sənin yolunu gözləyən, "atam olsa belə olardı deyən iki əmanətin var məndə. Amma sənsiz onlar da qanadı qırılmış quş kimidilər. Sənsiz onlar da təkdirlər. Kim ola bilər sənin qədər əziz, sənin qədər yaxın onlara? Kim tuta bilər onların əlindən sən tutduğun kimi, bərk-bərk? Kim saçlarına sığal çəkər sənin kimi?..

Özümlə savaşıram. "O yoxdur, bəs mən niyə varam deyə. "Niyə gülürəm, niyə boğazımdan loxma keçir deyə. "Niyə gəzirəm, niyə sənsiz dözüb yaşayıram, niyə sənsizliyə dözürəm deyə çox qınayıram özümü. Bu niyələr yorur məni... sənsizlik alır gücümü...

Yorulmuş ruhum qorxudur məni, əmanətlərini sən istəyən kimi böyüdə bilmərəm deyə. Sənə söz verirəm, ey mənim qürur yerim, ey mənim baş tacım, fəxrim, fəxarətim, ən dəyərlim, sənə layiq böyüdəcəyəm əmanətlərini. Səni onlarda görmək arzusuyla, həyata tutunub övladlarını sənin kimi, qorxmaz, igid, mərd, əsl kişi kimi böyüdəcəyəm . Yarımçıq qalan arzularını onlarla birgə həyata keçirdəcəyəm.

Sən rahat uyu, ŞƏHİDİM!

Sənin uğrunda canından keçdiyin Vətəndə ən çox sənin övladlarının yaşamaq haqqı var! Gözün arxada qalmasın, Yerin behişt, qəbrin nurla dolsun.

40 yaşın mübarək, igidim, ŞƏHİDİM


Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!