Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəmanın döyüş yolu: “O yanda xeyli erməni leşi qalmışdı” - FOTOLAR


Tarix:2-04-2019, 15:37 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəmanın döyüş yolu: “O yanda xeyli erməni leşi qalmışdı” - FOTOLAR

Hərbçi olmasa belə düşmənlə döyüşlərdə şücaət göstərən, vətən övladları az olmayıb. Onlar, vətən sevgisi, millət təəssübkeşliyilə seçiliblər. Heç bir hərbi təhsil olmasa da, öz fərziyələri ilə taktikalar quraraq həm hücum, həm də müdafiədə düşmənlə mübarizəyə qalxıblar. Onların hərbi bilik və bacarıqları isə real döyüş meydanlarında püxtələşib. Bu cür övladlarının biri də, Xocalı rayon Kosalar kənd sakini, Azərbaycanın Milli Qəhrənmanı Tabil Hüseynov olub.

Qəhrəmanımızın döyüş yolunu onun ailəsinin dilindən diqqətinizə çatdıracağıq.

Kosalar kənd camaatı onun barəsində hər zaman ağız dolusu danışıb. Onun iri boy-buxunu, həmişə özündən böyüklərin hörmətini saxlaması, özündən kiçiklərə xüsusi diqqət və qayğı göstərməsi, hər zaman hər kəsə örnək göstərilib. O, Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənov olub. Qarabağda başlanan, elan olunmamış müharibə zamanı ermənilərin Dağlıq Qarabağda olan kəndlərə vaxtaşırı olan hücumları, bütün kəndlərdə olduğu kimi, Kosalarda da ərazi özünümüdafiə batalyonunun formalaşmasına səbəb olub. Batalyonun ən fəal üzvlərindən biri olan Tabil Həsənov, kəndə olan erməni hücumlarının qarşısının alınmasında, həmçinin bəzi kiçik əməliyyatların aparılmasında xüsusilə fərqlənib.

Milli Qəhrəmanın döyüş yolu: “O yanda xeyli erməni leşi qalmışdı” - FOTOLAR

Kəndin işğalından bir neçə gün öncə, ermənilərin kəndin ətrafına əlavə qüvvələrin cəm olmasının müşahidə edilməsindən sonra, kənddən əlil, qoca, qadın və uşaqların çıxarılmasına qərara verilib. Həmin vaxt Tabil Həsənov da öz ailəsini kənddən çıxarıb, daha sonra isə geri Kosalara qayıdıb. Onların Bərdənin Şirvanlı kəndinə gətirilməsini o vaxtı 4 yaşı olan oğlu, Nəsir Həsənov belə xatırlayır: "Atam rəhmətə gedəndə 4 yaşım var idi. Onun bizimlə vidası, uşaq olsam da gözlərimin önündə hələ də canlanır. O vaxt bizi Bərdənin Şirvanlı kəndinə gətirib, qoydu. Darvazanın ağzından çıxıb bizə əl elədi və getdi".
Milli Qəhrəmanın döyüş yolu: “O yanda xeyli erməni leşi qalmışdı” - FOTOLAR

Ermənilərin bir neçə gün fasilələrlə Kosalar kəndinə intensiv hücumu səbəbindən kənd camaatı tədbirli davranmğa qərar verib. Qadınların və uşaqların çıxardılmasından sonra, kənddə yalnız əli silahlı kişilər qalıb. Ermənilərin kəndin ətrafına zirehli texnikalar və ağır artilleriya yığmasından qüvvələrin qeyri-bərabər olduğu bilinirdi. Lakin Kosalar kənd sakinləri kəndi ermənilərə asanlıqla vermək niyyətində deyildilər.

"Ermənilər martın 29-da Kosalara bir neçə tərəfdən hücuma keçdilər. Həqiqətən o, çox ağır əməliyyat oldu. Yəni, deyərdim ki, Dağlıq Qarabağda nə qədər əməliyyat olubsa, ən ağır əməliyyatlardan biri Kosalara olan hücumdur. Biz dəstələrə bölünüb müxtəlif istiqamətlərdə ermənilərin hücumunun qarşısını almağa çalışırdıq. Qardaşım, Tabil Daşaşan istiqamətində idi. Gecə çox dəhşətli döyüşlər getdi, səhəri biz bildik ki, bir neçə şəhidimiz var, onlardan biri də Tabil olub. Biz onun meyidini götürmək üçün gedəndə o yanda xeyli erməni leşi qalmışdı. Hansı erməni ölüsünün yanında keçdiksə dedilər ki, bunu Tabil vurub. Ermənilərin ən güclü hücumu, Daşaşan və Ağqaya istiqamətində, olmuşdu. O vaxt biz ov tüfəngi ilə kəndin müdafiəsində dururduq. Amma ermənilər dağlıq, təpəlik yerdə 1 km-ə qədər səngər qazmışdılar. Tabil döyüşə-döyüşə ermənilərin hücumunu yarıb onların durduğu yerə qədər getmişdi", - deyə Milli Qəhrəmanın qardaşı bildirir.

Şəhid olduğu gündən indiyə kimi onun şəxsi əşyaları ailəsi tərəfindən göz bəbəyi kimi qoryunub saxlanılır. Hətta, gecə posta çıxdığı zaman yoldaşı tərəfindən onun cibinə qoyulan qoz ləpəsi belə saxlanılır.

Milli Qəhrəmanın döyüş yolu: “O yanda xeyli erməni leşi qalmışdı” - FOTOLAR

Hələ körpə olduğu üçün atasını xatırlamayan övladları, Tabilsiz ötən günlərində belə atasının mənəvi dəstəyini hiss etdiklərini bildirirlər. Milli Qəhrəmanın qızı Qəndab Həsənova cismani olmasa da atasının mənəvi olaraq, daim dəstəyini hiss etdiklərini deyir: "Mən atamı görməmişəm. Əsas əmilərim, dayılarım, babalarımdan eşitmişəm atamın necə qəhrəmancasına döyüşdə iştirak elədiyini. O, tək mənim atam deyil. O elin oğludu, bacıların qardaşlarıdı və bizim kimi uşaqların da atalarıdı. Tək bizim üçün o, ata deyil, hamı üçün atadır. Hər yerdə də bizi seçiblər. Çünki biz cəsur və igidcəsinə döyüşən Tabilin övladlarıyıq".

Milli Qəhrəmanımızın ömür-gün yoldaşı Lətifə xanım deyir ki, 2 qız, 1 oğul övladı var və hamısı qəhərmanımızın adına layiq olmalıdır. Bu gün müharibə başlayarsa, o öz övladlarını heç tərəddüd etmədən vətən yolunda verməyə hazır olduğunu vurğulayıb: "Mənim onda 26 yaşım vardı. Oğlum 4, qızımın biri 3, biri isə 1 yaşındaydı. Torpaqlarımızda şəhidlərimizin ruhu yatır, hər bir damlasında şəhidlərimizin qanı var. Mən ona görə də deyirəm ki, bu gün prezidentin fərmanı olarsa, mən oğlumu yenə müharibəyə yola salmağa hazıram".

Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun övladlarının ən böyük istəyi də, tezliklə torpaqlarımızın azad olunması üçün döyüş əməliyyatlarının aparılmasını görməkdir.

Daşqın Güneyli
Ordu.az

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi