Qarabag Media
Haqqımızda Əlaqə

Dədə Şəmşiri saz, Kəlbəcəri söz ağladı…


Tarix:2-04-2019, 15:04 Kateqoriya:Manşet / Cəmiyyət

Dədə Şəmşiri saz, Kəlbəcəri söz ağladı…

Sumqayıt Mərkəzi Kitabxana Sisteminin İncəsənət şöbəsində 31 mart-Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı/

Azər­bay­can xal­qı­nın öz müs­tə­qil döv­lə­ti­ni ya­rat­maq uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə keş­mə­keş­li, ağır və Er­mə­nis­ta­nın öl­kə­mi­zdə tö­rət­di­yi qan­lı, dəh­şət­li fə­la­kət­lər­lə, fa­ciə­lər­lə yad­da­şı­mı­za əbə­di həkk olun­muş­dur.

Dünən Sumqayıt Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxana Sisteminin İncəsənət şöbəsində 31 mart-Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı.

Tədbirin aparıcısı, Sumqayıt MKS-in İncəsənət şöbəsinin əməkdaşı Sevda Məhəmmədova ümumi məlumat üçün bildirdi ki, Er­mə­nis­tan so­vet re­ji­mi­nin er­mə­ni­pə­rəst rəh­bər­lə­ri­nin hi­ma­yə­si al­tın­da əra­zi id­dia­la­rını irə­li sü­rə­rək, Azər­bay­can Res­pub­li­kasının Dağ­lıq Qa­ra­bağ böl­gə­si və Kəl­bə­cər ra­yo­nu da da­xil ol­maq­la, ona bi­ti­şik 7 ra­yo­nu iş­ğal edə­rək xalqımıza qar­şı əda­lət­siz mü­ha­ri­bə­yə başla­dı:

"...Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir mil­yon­dan çox in­san öz yur­dun­dan di­dər­gin sa­lı­nıb, 18 min azər­bay­can­lı qət­lə ye­ti­ri­lib, 20 min­dən çox dinc sa­kin ya­ra­la­nıb, 50 min­dən çox adam əlil olub, 4 min­dən çox in­san əsir və it­gin dü­şüb, 877 şə­hər, kənd qa­rət edi­lib da­ğı­dı­lıb. Məhz ümu­mil­li li­der Hey­dər Əli­ye­vin baş­la­dı­ğı və öl­kə pre­zi­den­ti İl­ham Əli­ye­vin da­vam et­dir­di­yi məq­səd­yön­lü fəa­liy­yət proq­ra­mı nə­ti­cə­sin­də nə­ha­yət ki, Av­ro­pa Şu­ra­sı, BMT-nın Təh­lü­kə­siz­lik Şu­ra­sı Er­mə­nis­ta­nı tə­ca­vüz­kar ki­mi ta­nı­yıb, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü öz qət­na­mə­lə­rin­də qeyd edib. Öl­kə pre­zi­den­ti cə­nab İl­ham Əli­yev 31 Mart azər­bay­can­lı­la­rın soy­qı­rı­mı gü­nü mü­na­si­bə­ti­lə xal­qı­mı­za mü­ra­ciə­tin­də de­miş­dir: "Əmi­nəm ki, xal­qı­mı­zın və­tən­pər­vər­li­yi, mil­li bir­li­yi və məq­səd­yön­lü fəa­liy­yə­ti Azər­bay­can rəh­bər­li­yi­nin si­ya­si ira­də­si sa­yə­sin­də biz qar­şı­mı­za qoy­du­ğu­muz bü­tün məq­səd­lə­rə, o cüm­lə­dən əra­zi bü­töv­lü­yü­mü­zün və su­ve­ren­li­yi­mi­zin bər­pa­sı­na, onil­lik­lər bo­yu plan­lı ola­raq əsl soy­qı­rı­mı hə­ya­ta ke­çi­rən­lə­rin, in­san­lar və xalq­lar ara­sın­da nif­rət və düş­mən­çi­lik təb­liğ edən­lə­rin if­şa­sı­na na­il ola­ca­ğıq..."

Tədbirdə iştirak və çıxış edən kəlbəcərli qələm adamlarından, "Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırlatdı ki, Dağ­lıq Qa­ra­bağ­dan kə­nar­da yer­lə­şən, 1936 kv.km əra­zi­si, 58 min nə­fər əha­li­si olan Kəl­bə­cər ra­yo­nu 1993-cü il mart ayı­nın so­nu, ap­relin əv­vəl­lə­rin­də Er­mə­nis­tan Si­lah­lı Qüv­və­lə­ri tə­rəfin­dən iş­ğal edil­miş, dinc əha­li­yə vəh­şi­cə­si­nə di­van tu­tul­muş, kəlbəcərlilər min il­lər bo­yu ya­şa­dı­ğı ata-ba­ba tor­pağın­dan qo­vu­la­raq di­dər­gin sa­lınmış­dır: " Əslində, Kəlbəcər hələ 1992-ci il ap­rel ayı­nın 7-dən 8-nə ke­çən ge­cə er­mə­ni fa­şist­lə­ri Xo­ca­lı soy­qı­rı­mının da­va­mı ki­mi, Kəl­bə­cər ra­yo­nu­nun 130 ev­dən iba­rət Ağ­da­ban kən­di­ni ta­ma­mi­lə yan­dır­mış, 779 nə­fər dinc sa­ki­ni­nə di­van tut­andan bu gözdən uzaq, könüldən iraq (uzaq-yaxın diyarı) mühasirəyə salaraq, aradan götürüb Ermənistanla Dağlıq Qarabağı birləşdirmək üçün məkrli planının bir hissəsini reallaşdırmışdı. Er­mə­ni qəd­dar­lı­ğı­nın həd­di-hü­du­du yox idi. 33 nə­fər diri-diri qət­lə yetirilmişdi. On­la­rın arasın­da olan 8 nə­fər 90-100 yaş­lı qo­ca, 2 nə­fər az­yaş­lı uşaq, 7 nə­fər qa­dın di­ri-di­ri od­da yan­dı­rıl­mışdı. 2 nə­fər it­kin düş­müş, 12 nə­fə­rə ağır bə­dən xə­sarə­t almış, ölümcül yaralanmışdı və s”.

Kəlbəcərli şairlərdən Yusif Hüseynlə Namiq Dəlidağlı, həmçinin AYB Sumqayıt filialının üzvlərindən Elbrus Qayalı, Müşfiq Zülfüqar, Rafiq Oday, İbrahim İlyaslı,Ədalət İzzətoğlu, Etibar Səfərli, Qaratel Azəri, Rəhilə Veysəlli, Tahirə xanım, Ələsgər Həsənli, Asif Asiman, tarixçi-tədqiqatçı Taleh Şahməmmədov Taleh Şahməmmədov və digərləri qeyd etdilər ki,bütün bu dəhşətlər barədə 26 ildir ki, kəlbəcərlilər danışır, deyir, mətbuatda yazır. Amma düşmən öz bildiyindədir. İkiüzlü siyasəti ilə bəşəriyyəti çaş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işğalçı ilə təcavüzə məruz qalanları ya bilərəkdən ayırd etmək istəmir, ya da Ermənisatana havadarlığını gizləmir. Demək, dünyada dini tolerantlıq yoxdur! Kəlbəcərlilər isə yurd həsrəti ilə qəribməzar olur, qırılır, o cənnət-məkanda doğulub oranı sevənlərin sayı azalır, yeni nəsil isə ölənləri əmanətə xəyanətdə suçlamaqdadır...

Çıxışlarda xatırladıldı ki, Er­mə­nis­ta­nın mü­na­qi­şə­də, o cüm­lə­dən Kəl­bə­cər ra­yo­nu­nun iş­ğa­lın­da iş­ti­ra­kı qey­ri-hö­ku­mət təş­ki­la­tı olan "Hu­man Rights Watc­h/Hel­sin­ki" "Azər­bay­can. Dağ­lıq Qa­ra­bağ­da mü­na­qi­şə­nin 7 ili" (Nyu-York, 1994-cü il, səh. 67-73) məc­muə­sin­də də təs­diq olun­muş­dur. Bun­dan əla­və, 1998-ci il­də Er­mə­nis­tan­da ke­çi­ri­lən seç­ki­lər za­ma­nı səy­yar səs­ver­mə qu­tu­la­rı Kəl­bə­cər ra­yo­nun­da yer­ləş­di­ri­lən er­mə­ni əs­gər­lə­ri­nin sə­si­ni top­la­maq üçün Er­mə­nis­tan Res­pukb­li­ka­sı­nın döv­lət sər­hə­din­dən ke­çi­ril­miş­dir ki, bu da ATƏT-in De­mok­ra­tik Tə­si­sat­lar və İn­san Haq­la­rı Bü­ro­su­nun Ermə­nis­tan­da 1998-ci il 16 və 30 mart ta­rix­lə­rin­də ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­ri­nə da­ir 1998-ci il 10 ap­rel ta­rix­li ye­kun he­sa­ba­tın­da öz ək­si­ni tap­mış­dır.

Tədbirin ədəbi-bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İlahə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovun da çıxışları yaddaqalan oldu. Sumqayıt şəhər 29 saylı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılarına çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-in incəsənət şöbəsinin rəhbərliyinə - şöbə müdiri Aidə Qələndərovaya, baş multimedia mütəxəssisi Sevda Məhəmmədovaya, multimedia mütəxəssisləri Məlahət İskəndərova ilə Cəmilə Əliyevaya, eləcə də burada mədəni-mənəvi xidmət göstərənlərə - təşəkkürünü də unutmadı.

Taixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-in fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, həmçinin Sumqayıt Dövlət Universiteti Tarix fakultəsinin tələbələri də tədbirin yüksək səviyyədə hazırlanmasından və belə "dəyirmi masalar”ın burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraətlə, telli sazın həzin müşayiətilə Kəlbəcərə həsr edilən şeirləri səsləndirdilər./adalet.az/

Məhəmməd NƏRİMANOĞLU

EY VƏTƏN!

Nə ola - sinəndə sağala yara,
Fələyin gərdişi dönə, ey Vətən!
Üçrəngli bayrağın Qarabağda da
Ucala göylərə yenə, ey Vətən!

Torpağın dayağım, səman umudum,
Əvvəlim-sonumsan, ey ana yurdum!
Səndə həyat tapdım, səndə yoğruldum,
Ən gözəl sevdasan mənə, ey Vətən!

Dörd mövsümüm, sən hüzurlu yuvamsan,
Sən yazılmış ən möhtəşəm dastansan!
Şəhidlərin pak, müqəddəs qanısan,
Qoyma ocağımız sönə, ey Vətən!

Səndən özgə yeri Vətən bilmərəm,
Səni azad görsəm bil ki, ölmərəm.
Başqa əhd etmərəm, qurban demərəm,
Mən özüm qurbanam sənə, ey Vətən!

Gilə ƏLİQIZI

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil