Qarabag Media
Haqqımızda Əlaqə

Yüzlərlə gənci öldürən, qatil edən, intihara sürükləyən YENİLİK: TROLL NƏDİR?


Tarix:2-04-2019, 14:12 Kateqoriya:Manşet / Cəmiyyət

Yüzlərlə gənci öldürən, qatil edən, intihara sürükləyən YENİLİK: TROLL NƏDİR?

İnternet-trollar müasir cəmiyyətin əsas probleminə çevrilib. İnsanlar onları narahat edən, belə desək, "trollayan" internet istifadəçilərinin ucbatından depressiyaya düşürlər. Araşdırmalar göstərib ki, şəbəkələrdə saysız-hesabsız qruplar insanların şəxsi fotoları, yaxınları, eləcə də, çalışdıqları iş yerləri üzərindən lağa qoyulurlar.

Texnologiyanın gətirdiyi yeniliklər sürətlə mənimsənilir və gündəlik vərdişlərə çevrilir. Amma ortaya çıxan problemlər, səbəb və nəticələr haqqında düşünmürük. Əslində bunlar, heç də sadə istifadəçilərin işi deyil. Yaşamağa mane olan bu şəbəkə istifadəçilərinin hesabları əksər hallarda saxta olur. Əməlləri ilə birəbir uzlaşan saxta, qurama hesablardan insanlara yanlış informasiyalar verərək onları qəzəbləndirirlər. Hər cür təhrik üsullarından istifadə edən trollar kimlərdir? Ümumiyyətlə "troll" anlayışı necə formalaşıb?

Müxtəlif dillərdən tərcümədə "troll" sözünün - "şeytan", "çirkin insanabənzər varlıq", "ovsunlayan" və s. kimi mənaları var. "Troll” ingilis dilindən tərcümədə "balıq tutmaq üçün istifadə olunan tilov" (qarmaq), "tilovun ucuna taxılan yem", "suya tilov atıb balıq tutmaq" mənalarını verir. Skandinaviya mifologiyasında isə dağlarda, meşələrdə və yeraltı mağaralarda yaşayan, ətlə bəslənən, bəzən nəhəng, bəzən isə kiçik və qorxulu görünüşə malik qorxunc varlıqlardır. İnternetdə isə trollar həm mifologiyanın, həm də sosial şəbəkələrin "haqqını" verirlər. Onlar müxtəlif bloqları, forumları, xəbər saytlarının şərh bölmələrini özlərinə hədəf seçə bilərlər. Şansınız yoxdusa, siz də onların hədəfləri ola bilərsiz.

Troll elmi

İnsanların həyatını korlamaq naminə hətta ən dəhşətli hadisələri, ölüm hallarını belə məsxərəyə qoyurlar. Şəbəkə sakinləri trolla mübarizədə iki yerə bölünür: bir qrup insan düşünür ki, onlara sadəcə olaraq fikir vermək lazım deyil. Digər qrup düşünür ki, onlara fikir verməmək olmur. Qurbanı ilə mübahisə edib, ağıl verməyə çalışan bu anonim istifadəçilər onların qəzəblənməsindən həzz alırlar. Nə qədər tez reaksiya versəniz, onlar sizi bir o qədər çox həvəslə narahat etməyə başlayacaq.

Statistikaya görə hər 14 istifadəçidən 4-ü mütləq şəkildə trolların təhqirinə, məsxərəsinə məruz qalıb. Sosial şəbəkələr hər kəsin azad fikrini ifadə etdiyi yer olmasına baxmayaraq, bir çox saytlar sırf bu səbəbdən şərh bölmələrini bağlayıblar.

1996-ci ildə onlardan biri, hiperaktivist Con Perri Barloy internet haqqında qondarma məlumatların yaradıcılarından biri olub. Electronic Frontier Foundation yaradıcılarından biri internet haqqında böyük manifest dərc edib. Kiber aktivistlər təzə-təzə yaratdıqları şəbəkəni "real dünyadan azad olan imperiya birliyi" adlandıraraq diqqət toplayıblar. "Bizə bütün dünyadan hər kəs qoşula bilər. Burada heç bir irqi, iqtisadi, hərbi və ya anadan olduğu yerə görə ayrı-seçkilik yoxdur" - dərc olunan sənəddə qeyd olunub.

Barloy düşünmürdü ki, belə bir şəbəkə sonradan hakimiyyətin, eləcə də internet üzərindən pul qazanmaq istəyən insanların işinə yarayacaq. Çox sonralar artıq nəzarət itdikdən sonra hiperaktivistlər özləri qlobal problemlərdən biri olmağa başladılar. Onların çoxu şərtlərə riayət etməyərək qaradərili insanları, qadınları, kök insanları ələ salmağa davam etdilər.

Hiperaktivistlər anonimliyi qoruyaraq, heç bir cəza almadan internetdə azad şəkildə istifadəçiləri təhqir ediblər.

Bir çoxları internetdə mütəmadi şəkildə oturan insanları normal hesab etmirlər. Tədqiqatçılar troll portretini yaradaraq anonim istifadəçilərin statistikasını hazırlamağa çalışıblar. Məlum olub ki, hiperaktivistlərin əksəriyyəti aktiv təxribatçılar, sadistlər, cazibədar, cəsarətli və soyuqqanlı trollardan ibarətdir.

İnsanlar real həyatda manipulyasiyanı yaxşı bacara bilsələr də, heç də həmişə virtual dünyada buna nail ola bilmirlər. Qarşıdakı insanın gözlərinə baxaraq onunla söhbət etmək, emosiyaları bölüşmək daha tez effekt verir. Trollar isə istənilən şəraitdə insanları idarə edə bilirlər. Böyük oyunlardan fərqli olaraq, şəbəkələrdə trollar sadə dillə desək özünə obraz seçir və naməlum insanların taleyinə sərəncam verir.

Ekspertlər bu tip istifadəçiləri şəxsi həyatında problem yaşayan, uğursuzluqlarla qarşılaşan və özgüvəni az olan insanlardan ibarət olduğunu düşünür. Onlar cəmiyyətdən təcrid olunaraq, kompüter arxasında başqa insanlara ağıllı məsləhətlər verir, özlərini psixoloq kimi təqdim edir və.s. Bu bir az da şizofreniya əlamətlərinə oxşayır.

Troll yoluxucu ola bilir

Bir müddət əvvəl maraqlı eksperment üçün tədqiqatçılar CNN-in saytını seçiblər. Mükəmməl. 16 milyondan çox şərh oxunub və budur, hiperaktivistlər iş başında. Eksperment üçün 600 nəfər seçilib. Onlara verilən məqaləni oxuyub şərh yazmaq təklif olunub. Yazılan şərhlərin yarısına irqçilik, təhqir, söyüş məzmunlu cavablar gəlib. Həftənin müxtəlif günlərində, günün müxtəlif saatlarında rəylərə cavablar yazılıb. Bu insanları qıcıqlandıraraq həmin materiala geri dönüb cavabı oxumağa vadar edirdi.

Eksperiment bir çox maraqlı məqamı üzə çıxarıb. Məsələn, insanların çoxu səhər saatlarında diqqət etmirlər. Lakin axşam saatlarında işdən yorğun gələn insanlar internetdə vaxt keçirərək istirahət etmək istəyir. Və günün ən məhsuldar saatlarında trollar müzakirə mövzuları açırlar. Bundan sonra onların heç nə etməsinə gərək qalmır. İstifadəçilər dayanmadan bir-birinin fikirlərinə münasibət bildirir. Daha sonra mövcud olan şərhləri ədəbsiz zarafatlar və ya birbaşa təhlükəli təhdidlər əvəz edir.

Tədqiqata trolların müzakirələrini dəyərləndirən alqoritmlər qoşulmuşdu ki, müzakirələrdə 80%-ə yaxın istifadəçinin iştirak etdiyini göstərdi. Troll olaraq dünyaya gəlmirsən. Troll olmaq üçün sadəcə bir mənfi rəy, ittiham yazmaq kifayətdir. Daha sonra ardıcıl təhqirlər, ittihamlar, bir sözlə hər növ mənfilik tapmaq olar. Bu sizə asan görünməsin. Troll sözün əsil mənasında alüdəçilik yaradır. Və bu insanları real həyatdan uzaqlaşdıraraq internet alüdəçisinə çevirir.

Bəli, qırğın başlayacaq

Mütəxəssislər anlamağa çalışırdılar ki, ildırım sürətilə artan nifrətin səbəbi nədir?

Troll söhbətlər bəzən ölümcül nəticələrə gətirib çıxara bilər. Gənc nəsil bu sistemə daha tez qoşulur. Aqressiv gənclik bunun təsirində qala bilir. Bir müddət avvəl Rusiyanın əyalətlərindən birində troll şəbəkəsinin qurbanları olan məktəblilər, azyaşlılar haqqında məlumat yayılmışdı. Psixoloji təsir altına düşən gənclər yaşamaq istəmədiklərini bildirərək intihar edirdilər. Yaşanan dəhşət valideynləri narahat edirdi.

Ancaq digər tərəfdən bu həm də blogerlər üçün qazanc mənbəyi ola bilir. Lakin istifadəçilərin təzyiqlərinə dözməyən blogerlər bu qazanc növündən imtina edirlər. Ekspertlər hələ də bilmirlər ki, təhqiramiz şərhlər internetdə niyə bu qədər sürətlə artır.

Trollarla bağlı Reddit sosial şəbəkəsidə eksperiment keçirib. 13 milyon istifadəçi içərisində keçirilən eksperimentin dəyişikliklərini izləmək mümkün olmayıb. Davranış qaydalarına riayət etməyən kütlə bir anda şərhlər yağdırırlar.

Eksperimentin müəllifi, tədqiqatçı Cey Natan Matias bildirib ki, yeni iştirakçıların qaydalara riayət etməsi üçün mütəmadi olaraq inzibati qaydalar paylaşılmalıdır. Bundan sonra şəbəkəda aqressiyanı nisbətən azaltmaq mümkün olar. Necə ki, təbliğat sayəsində insanlar küçələri zibilləmirlər, otaqda siqaret çəkmirlər, eləcə də trollar qaydalara riayət etsələr, hazırki vəziyyət nisbətən yaxşılaşar.

Ümumiyyətlə, tədqiqatçılar internet-diskussiyalarının xeyli qaydalara salınmalı olduğunu düşünürlər. Dünyada ən azad söz meydanı hesab olunan şəbəkələr artıq sərhədsizdir. Müəyyən sərhədlər, məhdudiyyətlər qoyulmalıdır ki, insanlar yaxşılığa doğru dəyişə bilsinlər./publika.az/

Könül Cəfərli

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil