Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyə müdafiə sənayesi LAAD sərgisinə hazırdır


Tarix:2-04-2019, 13:54 Kateqoriya:Manşet / Türk dünyası

Türkiyə 2-5 aprel tarixlərində Braziliyada keçiriləcək 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin liderliyi ilə 17 firma ilə iştirak edəcək.

Türkiyə müdafiə sənayesi LAAD sərgisinə hazırdır

Türkiyə 2-5 aprel tarixlərində Braziliyada keçiriləcək 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin liderliyi ilə 17 firma ilə iştirak edəcək.

Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin verilən məlumata görə, 12-ci LAAD Müdafiə və Təhlükəsizlik Sərgisi Braziliyanın Rio de Janeyro şəhərində 2-5 aprel tarixlərində ölkələrin müdafiə, müdafiə sənayesi nümayəndələri və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

İki ildən bir keçirilən və Latın Amerikasının ən böyük müdafiə sərgisi olan LAAD 2017-ci ildə 450 beynəlxalq firma və 37 mindən çox iştirakçı ilə həyata keçirilib.

Türkiyə LAAD 2019-a Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin liderliyi ilə 17 firma ilə iştirak edəcək. Sərgidə Latın Amerikası ölkələri başda olmaqla, bütün iştirakçılara Türkiyə müdafiə sənayesi firmaları tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim olunacaq.

Sərgi zamanı Türkiyə müdafiə sənayesi firmaları tərəfindən istehsal edilən zirehli vasitə platformaları, müxtəlif pilotsuz quru və hava vasitələri, dəniz sistemləri, silah sistemləri, elektron sistemlər, silah-sursat, simulyatorlar, hərbi tekstil məhsulları, maddi-texniki dəstək məhsulları nümayiş olunacaq.

Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən istehsal edilən "Atak" helikopterinin təqdimatı da bu sərgidə keçiriləcək. Sərgi əsnasında Türkiyənin rəsmi nümayəndə heyətinin sərgidə iştirak edən ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirməsi planlaşdırılır.

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"