Qarabag Media
Haqqımızda Əlaqə

İşıqlı şəxsiyyət Yusif Rüstəmov - II Yazı


Tarix:1-04-2019, 19:56 Kateqoriya:Manşet / Şəxsiyyətlər

İşıqlı şəxsiyyət Yusif Rüstəmov - II YazıYusif Rüstəmovun yaradıcılığında “Mövlana Cəılaləddin Ruminin sufilik fəlsəfəsi” adlı əsəri xüsusi yer tutur. Əsər 2006-cı ildə nəşr olunmuşdur. O, müxtəlif illərdə yazılmış məqalələrin məcmusudur.

Mövlana Cəlaləddin Rumi türk dünyasının ən tanınmış və məşhur simalarından biridir. Bu əsər də onun sufilik fəlsəfəsinin tədqiqinə həsr olunmuşdur. Yusif müəllim ömrünün müəyyən illərini buna sərf etmişdir. Yusif Rüstəmov bu münasibətlə yazır: “Elə müsəvvif—sufi mütəfəkkirlər var ki, onlardan tək birinin həyatını və dünyagörüşünü araşdırmaq alimin bütün həyatının məzmununu təşkil edə bilər. Onlardan biri, bəlkə də, ən görkəmlisi Mövlana Cəlaləddin Rumidir. Onun görüş dairəsi o qədər geniş, mürəkkəb, rəngarəng, bəzi hallarda ziddiyyətlidir ki, burada vahid sistem yaratmaq, məntiqi ardıcıllığa tam əməl etmək, mövzları bir ad altında birləşdirmək çox şətindir”.

Bu əsər türk xalqlarının fəlsəfi fikrinin tədqiqi sahəsində dərin mənalı və məzmunlu bir əsər kimi qəbul edilməlidir. Yusif müəllim Cəlaləddin Ruminin dünyagörüşünün əsas xüsusiyyətlərini təhlil etməyə səy göstərmişdir. O, hər şeydən əvvəl, Cəlaləddin Rumini dövrünün mötəbər bir şəxsiyyəti, dərin və hərtərəfli biliyə malik olan alim kimi göstərməyə çalışmış və məqsədinə nail olmuşdur.

Professor Yusif Rüstəmov Cəlaləddin Rumini, ilk növbədə, bir sufi kimi təqdim edir. O yazır: “Mövlana bütün əsərlərdə təsəvvüfün əsas prinsiplərinə sadiq qalır, dünyanın faniliyini Quran və hədislərə əsaslanaraq sübut edir, ilahi eşqi tərifləyir, “ənəlhəq” ideyasını əsaslandırır. Onun yaradıcılığının ana xətti vəhdət fikridir. Kainatın ən kiçik zərrəciyi də tamdan ayrılanda hicran odunda yanır, fəryad edir. Bütün bunlar ən yüksək poetik səviyyədə, böyük ilhamla təsvir edilir. Mütəfəkkir-şair bir sıra bədii metodlardan istifadə edir”.

Burada Cəlaləddin Rumiyə qədər olan sufiliyin mahiyyəti işıqlandırılsa da, əsas məqsəd təsəvvüfün həqiqi mahiyyətini açmaqdan ibarətdir. Yusif müəllim bu barədə yazır: “Təsəvvüf (sufizm) islam zəminində meydana gələn mistik, dini-fəlsəfi dünyagörüşdür. Onun təmsilçiləri hesab edirdilər ki, şəxsi ruhi-psixoloji təcrübə vasitəsilə insanın allah ilə bilavasitə mənəvi ünsiyyəti, heç olmasa, kənardan seyr etməsi, sonra qovuşması mümkündür.Bu ünsiyyət ürəyində dərin ilahi məhəbbət olan insanın ehtirası, vəcdi (ekstaz) və mənəvi işıqlanma vasitəsilə yaranır.

Orta əsrlərdə belə cərəyanlar nadir hadisə deyildi. Mistika bəşəriyyət rərəfindən yaradılan bütün böyük dini sistemlərdə (buddizmdə, hinduizmdə, iudaizmdə, xristianlıqda) az yer tutur. Lakin təsəvvüf onların hamısından özəllikləri ilə fərqlənir”.

Yusif Rüstəmov kitabda türk sufilərinin və təriqətlərinin təhlilinə geniş yer ayırmışdır. Habelə, Anadoluda yayılan sufiliyin və onun bəzi özəlliklərinin, yəsəviliyin və ələviliyin, nəqşbəndliyin izah olunması, onların müsəlman Şərqinin sosial-siyasi həyatındakı rolu ətraflı şəkildə izah edilir.
Əsərin mərkəzi xəttini Cəlaləddin Ruminin həyat və yaradıcılığı, onun sufiliklə bağlı fikirlərinin təhlili təşkil edir. Müəllif xüsusən Cəlaləddin Ruminin “Divani-kəbir”, “Fihi ma fih”, “ Məcalisi-Səba”, “Məktubat” kimi əsərlərinin də qısa təhlilini verir, onun “Məsnəvi”sinin məzmununu oxucunun diqqətinə çatdırır. Habelə, Yunis Emrənin də sufiliklə bağlı fikirlərini təhlil edir, mövləvilik təriqəti haqqında da qısa məlumat verir.

“Allah, İslam, İnsan” – kitabın üçüncü fəslinin adıdır. Burada müəllif Cəlaləddin Ruminin təsəvvüf fəlsəfəsinin təhlili üzərində dayanır. Başlanğıcda oxuyuruq: “ İslamın əsas prinsipi “ Allahdan başqa heç bir tanrı yoxdur” fikrini qeydsiz-şərtsiz qəbul edən sufilər və Mövlana təsdiq edirlər ki, yeganə varlıq Allahdır, ondan başqa dünyada nə varsa, fanidir, keçicidir, varlıq deyil, dünyada ancaq Yaradan və yaranmışlar mövcuddur. Bütün canlı və cansız varlıqların arasında olan qarşılıqlı asılılıq Allahın işidir “.

Mövlanaya görə, Allah dünyanı öz mənfəəti üçün deyil, insanlar üçün yaratmışdır. Kainatda nə varsa, hamısı Allahdandır, onun təzahürləridir. Varlıq təkdir, vahiddır, təzahürləri isə çoxdur. Maddi təzahürlər surətdir, görünəndir, ruh isə gizlidir, görünməzdir. Nəticə: kainatda Allahdan başqa yaradan yoxdur.

Yusif müəllim, demək olar ki, Cəlaləddin Ruminin sufilik haqqında yazdıqlarının hamısını araşdırmış, təhlil etmiş və öz münasibətini də bildirməkdən çəkinməmişdir. Kitabın ikinci fəslində Mövlananın həyatı, əsərləri, həmfikirləri və davamçıları haqqında danışır. Professor göstərir ki, insan problemi Cəlaləddin Ruminin fikir dünyasının mərkəzində dayanır. İnsan həyatının məqsədi onu həmişə düşündürmüşdür.

3-cü fəsildə Allah, peyğəmbər, Quran, Allahın birliyi, Kainatın vəhdəti (vəhdəti-vücud) və ənəlhəq fəlsəfəsi açıqlanır.
4-cü fəsildə varlıq və yoxluq, maddi və mənəvi dünya, axirət, həyat, ölüm və fanilik haqqında Cəlaləddin Ruminin fikirləri işıqlandırılır.
5-ci dəsildə sufi məhəbbətinin mənası, hicran və vüsal, qorxu və ümid,
6-cı fəsildə bədən və ruh, 7-ci fəsildə elm və dünyanın öyrənilməsi, ağıl, fəlsəfə, məntiq, dil, söz, hissi və təsəvvüfi idrak; 8-ci fəsildə nəfs və həsəd, səbr, tövbə, şükr və əxlaq; 9-cu fəsildə curət və məna anlayışları, ilahi nur, atəş və zülmət; 10-cu fəsildə zahidlər, ariflər, alimlər, möminlər, şeyxlər, dərvişlər, səma, rəqs və musiqi; 11-ci fəsildə məkan və zaman, canlı və cansız, səbəb və nəticə, ziddiyyətlər və əksliklər barəsində Cəlaləddin Ruminin dedikləri nəzərə çatdırılır.

Bütün bu deyilənlər haqqında Yusif müəllimin verdiyi şərhləri oxuduqca, onun bu sahədəki bilik və bacarığına, fəlsəfi ümumiləşdirmələr etmək qabiliyyətinə, məntiqinə, dilinin aydın və səlisliyinə, sadəliyinə, axıcılığına, həm də sufilərin işlətdikləri terminlərin aydın tərcüməsinə və şərhinə görə ona qibtə etməmək mümkün deyil.

Ümumiyyətlə, bu əsər sufizmi və onun təlimlərini öyrənmək, sosial-siyasi fikrimizi zənginləşdirməklə yanaşı, türk dünyasının görkəmli mütəfəkkirlərindən biri olan Cəlaləddin Rumini dünya xalqlarının nəzərində ən uca zirvələrə qaldıran bir qiymətli vəsaitdir.

Yusif Rüstəmovun həcmcə ən böyük kitabı “Fəlsəfənin əsasları”dır. Kitab 2004-cü ildə nəşr edilmişdir. 1-ci bölmə 22 paraqrafdan, 2-ci bölmə 16 hissə və 105 paraqrafdan, 3-cü bölmə 3 hissə və 32 paraqrafdan, 4-cü bölmə 27 pöaraqrafdan, 5-ci bölmə 9 başlıq və 19 paraqrafdan ibarətdir.
1-ci bölmə “Fəlsəfə və onun bilik sistemində yeri” adlanır. Burada “ Fəlsəfə nədir?” sualına müəllif aydınlıq gətirir və izah edir ki, bu sözü elmə Pifaqor gətirmişdir. Bəzilərinin fikrincə, bu sözün müəllifi Heraklitdir. Bu sözü elmdə saxlayıb əbədiləşdirən isə yunan filosofu Platon olmuşdur.
Professor fəlsəfə və onun mahiyyəti haqqında onlarla filosofun fikirlərini verir və nəhayət, “ fəlsəfə, ümumiyyətlə, dünya haqqında, varlıq və təfəkkürün ümumi prinsipləri haqqında elmdir, başqa sözlə, fəlsəfə insanın dünyanı və bu dünyada özünüdərketmə vasitəsidir” qənaətinə gəlir. Fəlsəfə haqqında Sokratin da tərifini qeyd edir: “Fəlsəfə--rəhbər prinsipi ağıl olan və məqsədi özünütənqid yolu ilə başa düşmək olan fəaliyyətdir.” Müəllifin fikrincə, fəlsəfənin mövcudluğu və inkişafı bir çox siyasi , ideoloji və milli amillərdən asılıdır. Bu amillər fəlsəfənin şüurda necə əks olunmasının real mənzərəsini yaradır”

Yusif müəllim qeyd edir ki, hər bir müstəqil mütəfəkkir özünün fəlsəfi sistemini yaradır. O, fəlsəfi biliklərin təbiətindən danışarkən göstərir ki, fəlsəfənin 3 əsas mövzusu var: dünya, insan və dünyaya münasibət. Bu əsas mövzulara uyğun olaraq, fəlsəfənin 3 əsas aspekti mövcuddur: 1).varlıq (metafizika), 2).fəlsəfi baxımdan insan və 3).idrak. Beləliklə, əsas fəlsəfi fənlər bunlardır: metafizika(ontologiya), aksiologiya (dəyər haqqında təlim) və qnoseologiya (idrak haqqında təlim). Bundan başqa təbiətin fəlsəfəsini (natur fəlsəfə), cəmiyyətin fəlsəfəsini(sosial fəlsəfə), elmin fəlsəfəsini, texnikanın, dinin, hüququn, mədəniyyətin və sairənin fəlsəfəsini də fərqləndirirlər.

Fəlsəfə xüsusi elmləri əvəz etmir, o, fiziki aləm və yaxud cəmiyyətin sosial həyatı haqqında yeni nəzəriyyələr yaratmır, elmin yeni məlumatları əsasında idraki əhəmiyyəti olan nəticələr çıxarır, onlara istinad edir, konkretləşdirir, zənginləşdirir, ümumi nəzəriyyəni və idrakın məntiqini inkişaf etdirir.

Fəlsəfə bütün bilik sahələri ilə əlaqədə olur, hər bir elmdə tətbiq edilə biləcək ümumi prinsiplər hazırlayır. Deməli, fəlsəfə və xüsusi elmlər dünyanın dərk edilməsi prosesində bir-birinə qarşılıqlı təsir göstərir və faydalanırlar. Fəlsəfə bəşəriyyətin topladığı bütün bilik sisteminə əsaslanır və xüsusi elmlərlə sıx əlaqədə olsa da, onları əvəz etmir.

1-ci bölmədə fəlsəfi dünyagörüşü, əsas fəlsəfi anlayışlar, məkan və zaman, xüsusi və ümumi, bütöv və hissə, mahiyyət və təzahür, məzmun və forma, səbəb və nəticə, determinizm, zərurət və təsadüf, imkan və gerçəklik, keyfiyyət, xassə, kəmiyyət, ölçü, əkslik, ziddiyyət, vəhdət, mübarizə, eynilik, fərq, harmoniya və inkar anlayışları haqqında məlumat verilir.

2-ci bölmə “Fəlsəfə tarixi”(qısa icmal) adlanır. Bu bölmə 94 paraqrafdan ibarətdir. Bura qədim Hindistanda fəlsəfi fikirdən danışarkən, bir çox təlimlər: upanişad, çaynizm, karma, axımsa, lokayata, hinduizm, vayşeşika və sair təlimlər ətraflı izah olunur, bu təlimlərin mahiyyəti açıqlanır. Sonra Yaponiyada, Misirdə, Çində, Mesopotamiyada, qədim Azərbaycanda, İranda olan fəlsəfi fikirlər barədə danışılır, Zərdüştilik təliminin yaranması və mahiyyəti izah olunur.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!