Qarabag Media
Haqqımızda Əlaqə

"Əmir gəldi ki, Laçının şimalındakı qüvvələr təcili Kəlbəcərə çəkilsinlər..." - Qərargah rəsinin müharibə xatirələri


Tarix:1-04-2019, 14:49 Kateqoriya:Manşet / Qarabağ

"Əmir gəldi ki, Laçının şimalındakı qüvvələr təcili Kəlbəcərə çəkilsinlər..." - Qərargah rəsinin müharibə xatirələri“Birazdan geri qayıtdı, belində də qoca bir qadın gətirdi. Kənddə qalan tək o qadın idi...”

"Təxminən 110 nəfərə yaxın ermənidən 5-10 nəfəri “BTR” və bir yük maşınında qaça bilirlər, qalanları orada məhv edilir..."


2 aprel 1993-cü ildə Laçın rayonunun şimal hissəsinin və Kəlbəcər rayonunun Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmağının 26 ili tamam olur. Laçın rayonunun işğalı ilə əlaqədar olaraq Kəlbəcərin işğalı günlərində, o vaxtkı Müdafiə naziri Dadaş Rzayevin şifahi telefon əmri ilə Laçın rayonunun 5-6 km-dək əlimizdə olan 50-dən çox kəndini tərk etməyə məcbur edilən Laçın alayı döyüşçülərinin Kəlbəcər ərazisindən keçməklə mühasirədən çıxarkən başlarına gələnlərdən bəhs edilir.

Karabakhmedia.az saytı 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi, mayor Rafiq Nağıyevin xatirələrini sizə təqdim edir:

"1993-cü il martın 30-da oradakı şimal qruplaşmasının hospitalındakı yaralılarımıza baş çəkmək məqsədi ilə Laçının Hacısamlı kəndinə getdim... Kənddəki mənzərəni görəndə məəttəl qaldım- hospital köçürdü... Onu bir daha xatırladım ki, həmin ərəfədə ermənilər müxtəlif istiqamətlərdən dəfələrlə hücuma keçsələr də, alayımızın güclü müqaviməti sayəsində ağır itkilər verərək geri oturdulmuşdu... Əhliman həkimlə (Allah rəhmət eləsin) görüşdüm. Dedi ki, əmr var, buraları, Kəlbəcəri tərk etməliyik. Mənimlə bərabər gəlmiş komandir muavini Xıdırov Sabir Qurdhacı kəndinə- briqadanın qərargahına getdi ki, vəziyyəti ətraflı öyrənsin. Mənsə Təzəkəndə- alayın qərargahına qayıtdım. Komandir Tahir Süleymanova məruzə etdim. Xıdırov gəldi və briqadanın komandir muavini Qorxmaz Qarayevin imzası və hərbi hissənin möhürü olan əmri gətirdi. Əmrdə göstərilirdi ki, Müdafiə naziri Dadaş Rzayevin telefonla verdiyi şifahi əmrə əsasən Laçının şimalında olan qüvvələr təcili olaraq döyüş bölgəsini Kəlbəcər istiqamətindən tərk etməlidir. O vaxtlar Laçın alayının döyüşçüləri sol cinahdan Qırxqız dağında, Qoruq dağında, Fingə, Qozlu, Ayıbazarı, Bülüldüz, Tiğik kəndlərində müdafiə mövqeyində idilər. Kəndlərdə olan mövqelərimizdə xətli telefon və daşınan radio- qəbuledicilər vardı. Tahirlə qərara gəldik ki, qüvvələrimiz nizamlı şəkildə, göstəriş verdiyimiz ardıcıllıqla müdafiə mövqelərini tərk edərək Ərikli kəndində toplansınlar. Belə ki, Şəlvə, İmanlar, Dambulaq, Ərikli, Şamkənd, Lolabağırlı, Oğuldərə, Piçənis kəndlərində mülki əhali yaşayırdı. Cəmi 3000 nəfərə yaxın mülki əhali olardı... Təcili həmin kəndlərə maşın və atlı çaparlar yolladıq. Əhalinin mühasirədən çıxarkən təhlükəsizliyini təmin etmək üçün Qalib Abdullayevin komandanlığı altında bir bölük Piçənis kəndində qaldı...

Artıq Hoçaz ərazisində olan qüvvələr Kürdhacı kəndindən Kəlbəcər istiqamətində hərəkət edirdilər. Axşama yaxın Qalib çətinliklə (radiostansiyaların batareyaları zəifləmişdi ) məlumat verdi: “Kəndin aşağısından 1 “UAZ”, 1 “BTR”, 1 “QAZ-66”, 4 ədəd “Zil-131” bizə tərəf gəlir. Onlar sakitcə atəş mövqeləri tutub gözləyirlər. Ola bilər ki, Hoçazdan arxada olan erməni qüvvələridir. Onlar kəndin girəcəyində (geniş düzənlik sahə idi) istirahət üçün dayanıblar...”

"Əmir gəldi ki, Laçının şimalındakı qüvvələr təcili Kəlbəcərə çəkilsinlər..." - Qərargah rəsinin müharibə xatirələri

Yəqin, ermənilər tam əmin imişlər ki, bizimkilər oranı çoxdan tərk ediblər. Qalib də əmin olub ki, bunlar ermənidilər. Danışıqları təmiz eşidilirmiş. Bizim Piçənisdə briqadanın qoyub tərk etdikləri bir tankımız, yedəkdə daşınan zenit qurğumuz, 80 nəfərlik canlı qüvvəmiz vardı. Q.Abdullayevin göstərişi ilə eyni zamanda atəş başlayır. Təxminən 110 nəfərə yaxın ermənidən 5-10 nəfəri “BTR” və bir yük maşınında qaça bilirlər, qalanları orada məhv edilir. Ələ keçən yaralı bir rus mayoru açdığı xəritəni bıçaqla cırmaq istəyərkən bizimkilər xəritəni ondan alırlar. Xəritədə 10 gün sonra Qubadlıya ediləcək hücum planı çəkilmişdi...

Bundan sonra bizimkilər trofeyləri də götürüb Kürdhacı kəndi istiqamətində geri çəkilirlər. Kürdhacı qəbiristanlığında ermənilərin pusqusuna düşürlər. Güclü döyüş gedir. Onlar qumbaraatanla bizim “Qaz-66”-nı və tankı vururlar. Əsgərlərimizin bir qismi kəndin aşağı, bir qismi yuxarı hissəsi istiqamətinə çəkilirlər. Yaralanan və şəhid düşən olur...

Kürdhacı ilə Ərikli arasında ermənilər briqadanın sursat yuklu maşınını vurmuşdular, maşın yanır və güclü partlayışlar yaranırdı. Qərargah ve arxa cəbhə, silah-sursat olan maşınlarımız artıq Ərikli kəndindən Kəlbəcər istiqamətində hərəkətə başladılar. Belə ki, Kəlbəcərdən məlumat gəldi ki, bir saata tunelə çatmasanız, ermənilər artıq tuneli tutacaq və mühasirədə qalacaqsınız. Bir saat ərzində tunelə çatmaq bizim üçün qeyri-mumkun idi. Həm mülki əhali vardı, həm də geridə qalan əsgərlərimiz...

Əriklidə aşağı və yuxarıdan gələn 30-a yaxın əsgərimiz bizə çatdılar. Kəlbəcərlə Laçının sərhədində yerləşən Ağduzlaq dağında polislərin yoxlama nəzarət postu olan vaqonda kitab vardı. Kitabda geridən gələn olsa, hansı istiqamətdə gəlmələri barədə məlumat yazdım (sonralar mühasirədə qalan döyüşçülərimiz Qalib Abdullayev də daxil olmaqla Kəlbəcər alınandan sonra 10-15 gün ərzində Daşkəsən istiqamətindən, tağım komandiri Etibarın Fərraş kəndində olan mövqeyimizə məlumat çatdırmadığına görə bir qrup əsgərimiz 16 gün sonra minbir müsibətlə yenə Daşkəsən istiqamətindən, 19 nəfər isə 53 gün mühasirədən sonra Qubadlı istiqamətindən mühasirədən çıxmışdılar)...

Bu minvalla Kəlbəcər istiqamətində hərəkətə keçdik. Yolboyu briqadanın xarab olmus “ke-şe-em” deyilən komandir-qərargah maşını və yük maşınına rast gəldik. Almalıq kəndinə yaxınlaşanda briqadanın geridə qalan qüvvələri ilə rastlaşdıq. Qorxmaz Qarayevdən soruşanda artıq tunelin ermənilər tərəfindən tutulduğunu bildirdi. Mənə təhkim olunmuş maşınla Almalıq kəndi istiqamətində hərəkət etdim. Sakitlik idi, kənd görünəndə maşını saxladıq. Binoklla kəndə baxdım. Məsafə 500-600 metr olardı. Kənddə yolun kənarında qaratikan çəpərinin üstündə şəhid olmuş əsgərin cəsədi vardı, qolunda da Azərbaycan bayrağı olan emblemi görünürdü... Əlavə iki cəsəd də gördüm. Bu zaman sürücü sakitcə bildirdi ki, komandir, diqqətli ol, sağdan iki yüz metr çayın o tayında bizi tuşlamış silahlılar görünür. O, bunu deyib cəld maşını geri döndərdi. Atışma başladı...

Vuruşa-vuruşa geri çəkilə bildik. İstifadə etdiyimiz xəritə 1971-ci ilin xəritəsi idi. Piçənisdə rusdan götürdüyümüz xəritə isə 1992-ci ilin xəritəsi idi. Tahir, mən və Xıdırov belə qərara gəldik ki, xəritə ilə hərəkət edərək Kəlbəcər-Laçın yolunda olan İstisu mənbəyinin yanından keçərək Kəlbəcərin Qaraçanlı dağ silsiləsilə hərəkət edərək Nadirxanlı kəndi və Kəlbəcər-Murov yoluna çıxmaq olar. Hərəkətə keçdik. Hərdən Tahir kalonun qabağı ilə hərəkət edirdi, mən arxası ilə, hərdən yerlərimizi dəyişirdik . Biz üç gün idi ki, heç nə yeməmişdik. Qaraçanlı kəndi boş idi. Kənddə malqara, toyuq- cücə qalmışdı. Qapısı qıfıllı mağaza vardı. Qıfılı qırıb baxdılar kı, səksəninci ildən qalmış iki yeşik "Naşa marka" peçeniyası var, iki qutu da kilki. Çətin anda heç kim öz mənafeyini güdmürmüş. Peceniyalar bərabər olaraq hamı arasında bölüşdürüldü. Peceniyanın bir tərəfindən baxanda o biri tərəfi görünürdü, qurd yemişidi.

Konservi qutularını açıb hərəyə bir dənə kilki götürüb yedik. Deyəndə ki, yenə götürün, deyirdilər qoyun hamı götürsün, çatsa yenə götürərək. Dağa çıxan yol qar sürüşməsi nəticəsində bağlanmışdı. Əsgərlərimiz avtomata taxılan bıçaqlarla maşınların təkərləri üçün yol açdılar. Hamı bir nəfər kimi, danışmadan işləyirdi. Orda bir maşınımız yoldan çıxdı və dərəyə doğru yomalandı. Nadirxanlıya 3 km qalmış bataqlıqda bir "Zil-157" maşınımız kuzova kimi qara batdı. Briqadanın top dartan "mtlb"-i bizim maşınları dartıb bataqlıqdan çıxartdı.

Ertəsi günü Nadirxanlıya çatıb kəndin içi ilə yola endik. Pircahandan olan döyüşçümüz Ədalət dedi ki, komandir, kənddə bir qadın görmüşəm. Maşından düşüb ona tərəf getdi. Birazdan geri qayıtdı, belində də qoca bir qadın gətirdi. Kənddə qalan tək o qadın idi. Qamışlı istiqamətində hərəkətə keçdik. Qamışlıda briqadanın qərargahı yerləşirdi. Tahir, Xıdırov və mən qərargaha getdik. Kəlbəcərdən Murov istiqamətində hamı qaçırdı. Ordu da həmçinin. Dedim ola bilsin ki, bizə mövqe göstərib döyüşməyi tələb etsinlər, etiraz etməyək, yenidən vuruşaq. Əks təqdirdə, günahları bizim üstümüzə atacaqlar. Açığı, döyüşməyə nə gücümüz, nə də taqətimiz qalmışdı.

"Əmir gəldi ki, Laçının şimalındakı qüvvələr təcili Kəlbəcərə çəkilsinlər..." - Qərargah rəsinin müharibə xatirələri

Qərargahda briqadanın ərzaq rəisi mayor Şarapovu, korpus komandirinin muavini polkovnik Hamlet Hüseyinovu və MN- nini kəşfiyyat rəisi polkovnikk Ələsgərovu gördük. Tahir bizi də təqdim edib məruzə etdi. Təəccüblə üzümüzə baxdılar. Dedilər ki, biz Bakıya məruzə etmişik ki, Laçın alayı mühasirədə qalıb, məhv olublar. Xəritəyə dəvət edib dedilər ki, Lev çayından Seyidlər kəndi istiqamətində mövqe tutub ermənilərin hücumunu dəf etməlisiniz. Tahir dedi ki, oldu. Yenə təəccüblə bizə baxdılar. Tahir yenidən bildirdi ki, yoldaş polkovnik, əsgərlərimiz döyüşə hazırdılar. Dedilər ki, çöldə gözləyin. İçəri əlində balaca ratsiya olan bir rus girdi. 10 dəqiqədən sonra rus çıxdı, bizi içəri çağırdılar. Elə-belə söhbətlər etdilər. Beş dəqiqə sonra rus tələsik içəri girdi. Məruzə etdi ki, "21" deyir mərkəzə deyin tecili oranı tərk edib Murov istiqamətində hərəkət etsinlər. Onlar bizə dedilər tez Murova çıxın, ermənilər körpünü bağlayır. Biz Qamışlı körpüsü istiqamətində hərəkətə keçdik. Mən qabaqda gedən zilin podnosqasında idim. Biraz qabaqda 11 əsgər az qala bizi vuracaqdılar. Maşını saxladım. Əvvəldən tanıdığım rus kəşfiyyatçı mənə dedi ki, yaxşıki səni tanıdım, yoxsa sizi öldürəcəydik. Dedi qərargahdan bizə ratsiya ilə məlumat verdilər ki, maşınla əsgərlər gəlir, "vstreçayti ix, kak nado". Körpünü keçib sola döndük. Sağda Qənizadə bir neçə əsgərlə dayanmışdı. Ermənilər "BMP" ilə sağdan körpünün solundakı dağı vururdu. Bu zaman soldan bizi atəşə tutdular. İki əsgərimiz yaralandı. Maşınları saxlayıb onları atəşə tutduq. Qənizadə bizə dedi ki, atəş açmayın, dağdakılar bizimkilərdi. Dedim niyə onlar bizə atəş açırlar? Cavab verdi ki, səhv olub.

Murov dağ istiqamətində hərəkətə davam etdik. Yolda dayanıb komandirlərlə ayaqüstü müşavirə keçirdik. Çox məharətlə qurduqları ssenari artıq bizə aydın idi. Bakıda bizdən soruşanda cavab verməliydik ki, ermənilər hücuma keçmisdi, körpü bağlanırdı, hətta körpüdə ermənilər bizi vurdu, yaralılarımız var və s.

Bakıya gəlib Perekeşkül qəsəbəsində yerləşdik. Xəritəni Müdafiə nazirliyində baş qərargah rəisi general Nurəddin Sadıxova verdik. Başımıza gələnləri məruzə etdik. Xəritəni kənara ataraq dedi ki, boş şeydi. Tahir məruzə etdi ki, h/h döyüşə hazırdı. Ordan çıxdıq. Aprelin 15-də əmr verərək alayımızı 1 aprel tarixdən yenidən ləğv etdilər. Halbu ki, 2 apreldə Kəlbəcərdən çıxmışdıq".

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!