Qarabag Media
Haqqımızda Əlaqə

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR


Tarix:1-04-2019, 13:53 Kateqoriya:Manşet / Qarabağ

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş hərbçilərin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov və şəhid ailələri tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.
Qeyd edilib ki, üç il əvvəl möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.
Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər.
* * *
Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağaclar əkildi - FOTOLAR

Karabakhmedia.az
_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!