Qarabag Media
Haqqımızda Əlaqə

"Əvvəlcə İstanbul mənim ürəyimi fəth etdi, sonra mən onu" - Fateh Sultan Mehmedin doğum günüdür


Tarix:30-03-2019, 16:33 Kateqoriya:Manşet / Tarix

"Əvvəlcə İstanbul mənim ürəyimi fəth etdi, sonra mən onu" - Fateh Sultan Mehmedin doğum günüdür

Bu gün İstanbulu fəth edən Fateh Sultan Mehmetin ad günüdür.

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü ilin 29 may tarixində Osmanlı sultanı II Mehmet tərəfindən fəth edildi. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirdi. Eyni zamanda, Bizans imperiyası tarix səhnəsindən silindi.

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü ilin 29 may tarixində Osmanlı sultanı II Mehmet tərəfindən fəth edildi. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirdi. Eyni zamanda, Bizans imperiyası tarix səhnəsindən silindi.

21 yaşlı VII Osmanlı Sultanı II Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.

Fatih Sultan Mehmet kimdir?

Ədirnədə dünyaya gəlib. Atası II Murad, anası Hüma Xatundur. Yaşadığı dövrün tanınmış elm adamlarından dərs alıb. Osmanlı sancaq sisteminə uyğun olaraq Manisa valisi təyin edilib. Şəxsi keyfiyyətlərinə görə atası tərəfindən 13-14 yaşlarında taxta çıxarılıb. Yaşı az olduğu üçün saray tərəfindən sərt reaksiya ilə qarşılaşıb.

Səlibçilərin Varnaya hücumuyla bağlı II Mehmet saray əyanları ilə birlikdə atasını yenidən taxta dəvət edir və Manisaya qayıdır. Sonra atası ilə birlikdə Varna savaşına qatılır və təcrübəsini artırır. Atası vəfat etdikdən sonra 1451-ci ildə Ədirnəyə qayıdır və taxta çıxır.

Beləcə, İstanbul fəth edildi. Şərqi Roma imperiyası süqut etdi...

Konstantinopolun fəthi (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel - 29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmetin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsidir.

Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazitin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazitin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan Krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı. Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz bağının qarşısını kəsmək üçün Anadolu Hasarı inşa edildi. Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı. Ankara döyüşündən sonra Osmanlı Fetret dövrünü yaşadı. Bu dövrdə Konstantinopol I Bəyazitin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı. Musa Çələbi qarışıqlığa Bizansın səbəb olduğuna və bəzi şahzadələrin Bizans tərəfindən dəstəkləndiyinə inanırdı. Buna baxmayaraq rəqib şahzadələrdən olan Mehmet Çələbinin hərəkətə keçməsi ilə bu mühasirə də dayandırıldı. Dördüncü mühasirə II Muradın dövründə oldu. II Murad Bizansa elçilər göndərərək Mustafa Çələbinin dəstəklənməməsini tələb etdi, ancaq bu tələbi müsbət nəticələnmədi. Üsyan ilə mübarizə aparan II Murad Mustafa Çələbini dəstəklədiyinə inandığı Bizans İmperiyası üzərinə irəlilədi və mühasirə başladı. Bizans İmperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra bu mühasirə də başa çatdı. II Mehmet taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmiş vəziyyətdə idi.

Sultan Mehmet fəthin ilk günü günortadan sonra şəhərə girdi. Müqəddəs Sofiya məbədinə gedərək namaz qıldı və Fateh Sultan Mehmet kimi "min-bad (bundan sonra) taxdım İstanbuldur" deyə buyurdu.

İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali din və vicdan azadlığı kontekstində tamamilə sərbəst buraxıldı.

İstanbul adı

Hal-hazırda işlədilən İstanbul adı ilə bağlı fərqli versiyalar mövcuddur. Niqbolu müharibəsində əsir düşdükdən sonra Osmanlıların xidmətində olan Yohannes Şiltberqer xatirələrində Bizans hakimiyyətində olan Konstantinopola və əhalisinə yer vermişdir. Onun yazdıqlarına görə 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. Qalataya bizanslılar və türklər "Kalathan" deyirdi. İstanbul boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hakimiyyəti illərində şəhər Kostantiniyyə, Stanpolis (şəhərə doğru), Dərsəadət (səadət şəhəri), Asitane (böyük dərgah), Makarr-i-Səltənət (səltənətin mərkəzi), Dar-ül Xəlifə (xilafət mərkəzi) kimi fərqli adlarla anıldı. Ümumi götürülsə Osmanlı hökmdarları şəhər üçün ad seçimi etmədi. Təkcə III Mustafa şəhər üçün İslam şəhəri mənasını bildirən İslambol adının işlədilməsinə çalışdı. Şəhərin türklər tərəfindən ələ keçirilməsindən əvvəl də onlar tərəfindən geniş şəkildə işlədilən Stanpol sözü yunanca şəhərə doğru mənasını verən iki sözün birləşməsindən yaranmışdı. Türkiyə Respublikası qurulduqdan sonra rəsmi ad olaraq İstanbul seçildi. Tarix boyunca fərqli dillərdə şəhər üçün Çarqrad, Konstantinqrad, Eskomboli, Meqali polis, Kalipolis, Vizantiyon, Nova Roma, Alma Roma, Bizantiya və əl-Mahsura adları da işlənmişdir.

Sami Aydınoğlunun II Mehmet, Cahid İrqatın Konstantin, Rəşid Gürzapın isə Çandarlı Xəlil Paşa rolunu canlandırdığı 1951-ci ildə çəkilmiş İstanbulun fəthi filmi şəhərin ələ keçirilməsi ilə bağlı çəkilmiş ilk Türkiyə filmidir. 2012-ci ildə göstərilən "Feth 1453" filmi rejissor Faruq Ağsoyun verdiyi bilgiyə görə 18200000 dollarlıq çəkiliş büdcəsi ilə ən yüksək büdcəli türk filmi oldu. 17 ölkədə göstərilən "Feth 1453" filmi 6000000-dan çox izləyici tərəfindən izlənildi. 2013-cü ildən göstərilməyə başlanan Da Vinçinin Şeytanları (ing. Da Vinci's Demons) adlı seriyalın 4-cü bölümündə şəhərin ələ keçirilməsindən bəhs olunmuşdur. 2006-cı ildə Almaniyanın çəkmiş olduğu "İstanbul boğazı üzərində fırtına" (alm. "Sturm über dem Bosporus") şəhərin ələ keçirilməsindən bəhs edən sənədli filmdir.

Karabakhmedia.az

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"