Qarabag Media
Haqqımızda Əlaqə

"Bu görüş danışıqlara yeni impuls verdi" - Hikmət Hacıyev Vyana görüşündən danışdı


Tarix:30-03-2019, 14:55 Kateqoriya:Manşet / Siyasət

"Bu görüş danışıqlara yeni impuls verdi" - Hikmət Hacıyev Vyana görüşündən danışdı

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı açıqlama verib.

Karabakhmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, şöbə müdiri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüşün normal və konstruktiv şəraitdə keçdiyini bildirib.

"Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır", - H.Hacıyev vurğulayıb.

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunan şöbə müdiri deyib: “Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar”.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.

Karabakhmedia.az

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı