Qarabag Media
Haqqımızda Əlaqə

"Laçınla Mehrinin dəyişdirilməsi variantı təhlükəsizliyimizi təmin etmirdi" - Varqaşak Arutyunyan


Tarix:28-03-2019, 15:18 Kateqoriya:Manşet / Qarabağ

"Laçınla Mehrinin dəyişdirilməsi variantı təhlükəsizliyimizi təmin etmirdi" - Varqaşak Arutyunyan

“O dedi ki, sizdən xahiş edirəm, mənim bu haqda danışdığımı heç kəsə söyləməyəsiz...”

Karabakhmedia.az xəbər verir ki, bu cümləni Ermənistanın keçmiş müdafiə naziri Varqaşak Arutyunyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində sələfi Vazgen Sərkisyanla arasındakı dialoq barədə danışarkən işlədib. O, 1999-cu ilin iyulunda cəmi bir ay öncə əvəz etdiyi sabiq nazirin onu bağ evinə dəvət etdiyini xatırlayaraq deyib:

“Vazgen Sərkisyan Mehri-Laçın variantının olması haqda danışdı və dedi: “Sizdən xahiş edirəm, mənim bu haqda danışdığımı heç kəsə söyləməyəsiz”.

"Laçınla Mehrinin dəyişdirilməsi variantı təhlükəsizliyimizi təmin etmirdi" - Varqaşak Arutyunyan

1999-cu ilin iyulunda, yəni oktyabrın 27-dək(söhbət həmin il Ermənistan parlamentində V.Sərkisyanın da qətlə yetirildiyi məlum terror aktından söhbət gedir-S.L.) biz Ermənistan-Naxçıvan sərhədinin Sədərək məntəqəsində Robert Köçəryan, mən və Azərbaycan Müdafiə nazirinin də yanında olduğu Heydər Əliyevlə görüşdük. Danışıqlardan sonra Köçəryan məni dəvət etdi və sözügedən variantı təqdim edərək dedi ki, bu, müsbət bir seçimdir və Ermənistanın inkişafını təmin edəcək. Əlbəttə, mən buna etirazımı bildirdim. Bununla yanaşı, 27 oktyabrdan sonra da Qarabağla bağlı danışıqlara qatıldım, həmsədrlər mənimlə görüşdülər və yenə də bu layhəni təqdim etdilər. Müzakirələr aparıldı, mən də bir daha dedim ki, bu variant Ermənistanın təhlükəsizliyini təmin etmir...”

V.Arutyunyanın müsahibəsindən bəlli olur ki, işğalçı ölkənin keçmiş parlament sədri Karen Dəmirçiyan, eləcə də həmin vaxt baş nazir olan Vazgen Sərkisyan da Mehri-Laçın variantının əleyhinə olublar...

Xatırladaq ki, “Mehri dəhlizi”nin “Laçın dəhlizi” ilə dəyişdirilməsi planını ilk dəfə məşhur Amerika politoloqu Pol Qobl irəli sürüb və bu layihə tarixə “Qobl planı” kimi düşüb./moderator.az/

Sultan Laçın

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil