Qarabag Media
Haqqımızda Əlaqə

"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə


Tarix:18-03-2019, 23:54 Kateqoriya:Manşet / Siyasət

"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə"Ümid Partiyası hüquqi təşkilatdır. Bizim hansısa fərdlə, o cümlədən Əli İnsanovla hansısa formada birlik yaratmağımız mümkün deyil. Ancaq əgər Əli İnsanov siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, buyurub, Ümid Partiyasına üzv ola bilər”.

Bu sözləri Bakupost.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya sədri keçmiş səhiyyə nazirinin müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İ.Ağazadə deyib ki, Ümid Partiyasının Ə.İnsanov statusunda bir şəxslə hansısa formada birlik yaratması mümkün deyil: "Bizim hər bir Azərbaycan vətəndaşının səsinə iddiamız var. Əli İnsanov da Azərbaycan vətəndaşıdır. İstəsə, buyurub partiyamıza üzv ola, hətta sədrlik uğrunda mübarizə apara bilər. Ancaq bizim Əli İnsanov və ya başqa soyadlı bir Azərbaycan vətəndaşının ətrafında birləşmək kimi bir fikrimiz yoxdur”.

Partiya sədrinin sözlərinə görə, gələcəkdə Ə.İnsanov hansısa təşkilat və ya partiya yaradarsa, bu zaman onun rəhbərlik etdiyi qurumun siyasi fikirlərini analiz edib, əməkdaşlığı düşünə bilərlər: "Bizim müdafiə etdiyimiz siyasi fikirlərlə, Azərbaycan üçün istədiklərimizlə Əli İnsanovun da fikirləri üst-üstə düşsə, gələcəkdə bu barədə düşünmək mümkündür”.

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"