Bütün bu oyunlara son qoyaraq torpaqlarımızın azad edilməsinin yeganə yolu birləşərək ORDU-XALQA çevrilməyimizdədir...
Xəbər verdiyimiz kimi, bu günlərdə işğalçı ölkənin Azərbaycanın işğal altındakı torpaqlarında da şöbəsi təsis edilmiş “Sasna Tsrer” müxalifət partiyası Dağlıq Qarabağın təcili olaraq Ermənistana birləşdirilməsi haqda bəyanat yayıb.
Karabakhmedia.az xəbər verir ki, keçmiş silahlı müxalifət partiyası artıq Xankəndi, Şuşanı və s. zəbt etmiş ermənilərdən işğalçı ölkəyə birləşmək barədə imza toplamağa başlayıb. Bu haqda martın 18-də İrəvanda keçirilmiş mətbuat konfransında partiyanın yaradıcılarından biri Varujan Avetisyan söyləyib. Onun sözlərinə görə, öncə əsas tələb kimi Qarabağı zəbt etmiş ermənilərin Ermənistanın parlament seçkilərində iştirak etmək hüququ tələb ediləcək. Bundan sonra separatçı rejimin və işğalçı ölkənin parlamentləri birləşmək barədə qərar verməlidir. V.Avetisyan, Jirar Sefilyan və digər “Sasna Tsrer” üzvləri bütün “qarabağlı ermənilərin hələ sovet dövründən “ana Ermənistana birləşmək arzusu”nun olduğunu vurğulayıblar.
Xatırladaq ki, 1988-ci ildən başlanan separatçı erməni hərəkatının ilk və əsas şüarı “Miatsum”(“birləşmək”) olub...
P.S. Əgər Azərbaycanın tərkibində biz azərbaycanlılardan da qat-qat yaxşı yaşamış ermənilərin bu qondarma “azadlıq”hərəkatı müstəqil, gerçək olsaydı, Ermənistan, ən azı, keçmiş Dağlıq Qarabağ ərazisini çoxdan özünə birləşdirərdi. 30 ildən çoxdur ki, ermənilər SSRİ-nin, ardınca da İslam-türk dünyasının, eləcə də ayrıca Azərbaycanın tamamilə parçalanmasına, məhvinə və sonda rəsmən Vahid Dünya Dövlətinin elan olunmasına yönəlmiş bu separatçılıq, terrorçuluq, işğalçılıq proseslərini idarə edən transmilli super güclərin əlində alət olub və bundan sonra da olmaqda davam edəcək. Və hər təşkilat, hər dəstə də öz bildiyi havanı çala-çala yenə də illər ötəcək... Dəfələrlə demişik: bütün bu oyunlara son qoyaraq torpaqlarımızın azad edilməsinin yeganə yolu Azərbaycan xalqının bir yumruq kimi birləşib, səfərbər olunub ordu-xalqa çevrilməsidir. İstər ictimai, mədəni, istərsə də hərbi-siyasi şoularla torpaqların azad edilməsi mümkün deyil./moderator.az/
Sultan Laçın
________________________________________________________________________________________________________