Qarabag Media
Haqqımızda Əlaqə

Sənətilə Sumqayıtda ucalan həkim


Tarix:18-03-2019, 23:22 Kateqoriya:Manşet / Cəmiyyət

Sənətilə Sumqayıtda ucalan həkim

Deyirlər insan anadan olanda taleyi onun alnına yazılır. Həyatdakı istəyi, amalı nə qədər çox və güclü olsa da həyatın ona bəxş etdiyi başqa olur. Məqsədə çatmaq üçün daşlı-kəsəkli yollarda yıxılıb dura-dura bərkiyir. Dadına çatan isə çox zaman sənəti olur. Həmişə onunla birgə addımlayan, bir yerdə olan sənəti… Dərdi-qəmi unutduran sevimli sənəti… Sənətinin sənətkarı olmaq isə hər adama müyəssər olmur. Amma bu xoşbəxtlik simurq quşu kimi başa qonanda onu dost-tanış arasında, bütövlükdə cəmiyyətdə tanıdanda o bir şəxsiyyət kimi seçilir. Belə şəxsiyyətlərdən biri də tanışlığım uzun illər öncəyə təsadüf edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Şəfqət” klinikasının Baş həkimi, qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevdir. Səhiyyənin inkişafında xüsusi xidmətləri olan həkimin 70 yaşlı Sumqayıtla birgə ucaldığına sevinirəm…

1964-cü il iyun ayının 22-də Laçın rayonunun Ağbulaq kəndində ziyalı ailəsində anadan olan Fikrət Baxşəliyev səkkizillik təhsilini doğma kənd məktəbində bitirərək müsabiqə yolu ilə Bakı şəhərindəki 5 nömrəli kimya-biologiya təmayüllü məktəbə daxil olub. Orta təhsilini əla qiymətlərlə başa vuraraq hərbi xidmətə yollanıb. 1983-cü ildə Voronej Tibb Universitetinə qəbul olunub. Şəxsi müraciəti əsasında beşinci kursdan Azərbaycan Tibb İnstitutuna köçürülüb. İnstitutu fərqlənmə diplomu ilə bitirərək Böyük Elmi Şuranın tövsiyəsi ilə III Mamalıq ginekologiya kafedrasının əyani aspiranturasına daxil olub. 1993-cü ildə aspiranturanı müvəffəqiyyətlə başa çatdırdıqdan sonra həmin kafedraya assistent təyin olunub. Elmi-tədqiqat işlərində bir sıra nailiyyətlər əldə edib. 134 elmi məqaləsi, 2 ixtirası var. Bu gün artıq qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktorudur.

-Fikrət həkim, gənc yaşlarınızdan bu şəhərdə yaşayırsınız. Vurğunu olduğunuz sənətiniz sizi təkcə Sumqayıtda deyil, həm də ölkəmizin müxtəlif bölgələrində tanıdıbdır. 70 yaşlı Sumqayıta ən böyük hədiyyəniz nədir?

-Sumqayıt mənim güvəndiyim, uğur və sevinc tapdığım şəhər olub desəm, yanılmaram.

Taleyimi bu şəhərlə bağlamışam və xoşbəxtliyimi tapmışam. Qırx ildən çoxdur ki, gənclik şəhəri ilə əlaqələrim var. Kiçik onkoloji palatadan işə başlasam da, sonradan üzümə açılan geniş qapılar Sumqayıtda ilk özəl tibb ocaqlarından olan “Şəfqət” klinikasını yaratmağa imkan veribdir. İlk vaxtlarda 58-59 nəfər tibb işçisini başıma toplayıb əhaliyə xidmət göstərməyə başladım. Əhalinin sağlamlığının qayğısına qalmaq ən ümdə vəzifəmdir. Ona görə də hələ 1998-ci ildən fəaliyyətə başlayan“Şəfqət” klinikasının tibbi xidmətlərini artırmaq qərarına gəldim. Bu məqsədlə Sumqayıtın 26-cı məhəllə ərazisində klinikanın altı mərtəbəli binasını yenidən inşa etdirməyə nail oldum. “Şəfqət” klinikası bu gün də geniş və yüksək keyfiyyətli tibbi xidmətləri ilə əhalinin qulluğundadır. Hazırda klinikada stasionar, ambulator, qinekoloji, kardioloji stasionar, bütün analizlər üzrə laborator, ultrasəs müayinəsi, açıq və endoskopik, estetik, plastik, cərrahi xidmətlər göstərilir. Hazırda 70 nəfər təcrübəli tibb işçisi olan klinikanın uğurları bu qapıya gələn xəstələrə ümid verir. Həkimlər müraciət edənlərə tibbi yardım göstərməklə, onları müalicə və müayinə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar. “Şəfqət” klinikası Sumqayıta və sumqayıtlılara ən böyük hədiyyəmdir.

-Sizi həkimlər ailəsi kimi tanıyırlar. Davamçılarınız varmı?

Sənətilə Sumqayıtda ucalan həkim

-Bizi həkimlər ailəsi kimi tanıyanlar yanılmayırlar. Sumqayıtda dünyaya göz açan hər iki oğlum da bu müqəddəs sənətin davamçılarıdır. Onlar Azərbaycan Tibb Universitetinin tələbələridirlər. İnanıram ki, bu şəhərin ictimai-siyasi, mədəni həyatında, inkişafında və səhiyyəsində övladlarımın da payı olacaqdır. Özüm və doğmalarım bu şəhərə nə verə bilmişiksə, bəllidir. Əldə etdiyim nailiyyətlərə və hörmətə görə ilk növbədə bu şəhərin sadə və əməksevər insanlarına, eləcə də xidmətlərimizin üzə çıxarılmasına lazımi şərait yaradan və dəyərləndirən dövlətimizə borcluyam.

Üzündən nur yağan şəfalı əllərin sahibi Fikrət həkimlə söhbət etdikcə onun gözlərində sevinclə yanaşı kədər də aydın sezilirdi. Səmimi söhbətimiz uzun çəkə bilərdi, amma Fikrət həkimi cərrahiyyə əməliyyatına çağırırdılar. Buna baxmayaraq həyatda amalının nə olduğunu soruşa bildim, cavabı məntiqli oldu:

Vətənin layiqli ziyalısı harada yaşamasından asılı olmayaraq qurub yaratmalı, millətinin cəfasını çəkməklə kimliyini üzə çıxarmalıdır. Amalımla yanaşı istəklərim də çoxdur. Yaxşılıq etdiyim insanlardan pislik yox, yaxşılıq görmək istəyirəm.

Qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevlə danışdıqca istəklərinin içərisində biri qabarıq üzə çıxırdı. Mən onu duysam da qəlbində gizlətməyə çalışdğı nisgilliyi özündən eşitmək istəyirdim

-Deyirlər göz ürəyin aynasıdır. Gözlərinizdəki xəfif kədər nə ilə bağlıdır?

Sualım ona gözlənilməz oldu, gözlərində bir qədər yaş da gördüm. Kövrək hisslərə malik tanınmış həkimin açıqladığı yalnız bu kəlmələr oldu

-Laçını laçınlılarla görmək istəyirəm.

Söhbəti yekunlaşdırmaq qərarına gəldim. Amma Fikrət həkim dəftərini bağlama: – Mən təkcə Laçının deyil, bütün işğal altında olan torpaqlarımızın geri alınacağına əminəm. O gün uzaqda deyil! – dedi.

Həkimin gözlərindəki kədər səmadakı qara buludlar çəkiləntək itirdi. Sevinclə dolan baxışlar məndə işıqlı sabahlara inamı, yaşamağa, qurub-yaratmağa olan həvəsi daha da artırırdı.

Cərrahiyyə əməliyyatına tələsən cəfakeş həkim, dəyərli qinekoloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyevə uğurlar diləyib ayrıldım.

Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Fikrət Baxşəliyev ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir. Gözləri önündə böyüyüb inkişaf edən və artıq 70 yaşına çatan Sumqayıtla birgə ucalan əsl şəxsiyyət, kamil bir insanla sumqayıtlılar fəxr edir.

Rəna İmanova,
sumqayitxeber.com

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil