Qarabag Media
Haqqımızda Əlaqə

Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...


Tarix:18-03-2019, 14:16 Kateqoriya:Manşet / Yazarlar

Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...

BiR KiTABIN FƏRYADI

Mən 1987-ci ildə yağışlı bir gündə Qubadlı rayon Müskanlı kəndində dünyaya göz açdım. Mən dünyaya gələndə ana təbiət də dolmuş qəlbini boşaldır, ovçu yaralamış maral kimi ətrafa göz yaşı axıdırmış. Dolmuş buludlarda rəqs edən dəlisov şimşəklərdən sonra tükürpədici göy nəriltilərinə mən də dodaqlarımı büzər, gözlərimi yumar, için- için hıcqıraraq qoşularmışam. Kim bilir bu yeni doğulmuş körpə bəlkə də Vətənin başına gələcək, göylərə sığmayan bəlaları hiss edib, ara vermədən ağlayırdı. Onun bağırtısını nə ananın isti, həlim nəfəsi, nə də ata qollarının möhkəm əzələləri kəsə bilirdi!... Çox çəkmədi şeytanın içimizdə əkdiyi toxum bitiş tutdu, cücərdi, qol-qanad atdı.Vətənin üstünü qara buludlar aldı...Günəşin çıxmasını görməmiş batdığını gördük, yaz gəlməmiş çovğun, boran gəldi, toy-büsat görməmiş yas gördük, anaların oğul evləndirməsini, qız köçürməsini görməmiş, fəryad qoparmasına, səsinin ərşə bülənd olmasına şahidlik etdik! Atalarımız xəstə ürəklərini sinələrində gəzdirməkdən usanırdılar, üzümüzə baxmağa ar edirdilər. Nəbinin göz bəbəyi kimi qoruyub bizə verdiyi Vətəni erməni dığalarına verdik. Həyalı gəlin kimi nazlanan Bərgüşad dərd çəkməkdən beli bükülmüş qarılar kimi büdrəyə-büdrəyə, başı aşağı Araza tərəf süzülür...Sizə elə gəlməsin ki, 6 yaşında elindən ayrı düşmüş bu qız Vətəndən belə danışır. Axı, bu Vətən dadını hardan bilir? Anamın evin küncünə çəkilib, xısın-xısın ağlaması, atamın başını əlləri ilə qucaqlayıb üzü üstə saatlarca belə qalması, nənəmin yanıqlı-yanıqlı bayatı haraylaması Vətənsizliyimizi bizə demirdimi?

...Bu günlərdə Səyavuş Yusifovun "YALQUZAQ ULARTISI” kitabını oxudum. Məni məndən alıb apardı hər sətir, hər söz, hər cümlə. İlahi, kimlər, nələr vardı burda? Burda diri-diri məzara gömülənlərinin ruhlarının çığırtısı, burda əsirlərin harayı, Zəngəzur yarası, Qubadlı fəryadı vardı.

Bu kitab sanki gənciliyinə, cavanlığına yoxluqların, qaçqınlığın qonaq olduğu bir adamın hayqırtısıdır. Sanki gördüyü onca vəhşiliklər içində, qan, nifrət, güllə səsi içində içinin paklığına , saflığına hələ də xəyanət etməyən bir adamın iç səsidir. Sanki babamın köksünü gərərək , ürəkdən "qardaşım" dediyi Əli əmidir. Sanki nənəmin bir küncə çəkilib Vətən həsrətindən bayatı deməsi, bizim-biz Qubadlıların Gürşad dədəmizdir, hərif-hərif Qubadlıdır. Eh, daha nələr, nələr...

...Oxuduqca hər şey o qədər canlı gəlir ki, mənə hərdən əlimlə vərəqlərə toxunuram və düşünürəm ki, "görəsən, vərəqi cırsam qan axar?", "görəsən, o biri vərəqi öpsəm babamın qoxusu gələr?"

Bu kitabda oxuduqlarım bir az kədərli,bir az da çağrış notları üstündə köklənən xəyallarımı ayaq izləri kəsilən, ot basmış yollarla Sumqayıtdan uzaqlara –düşmən tapdağı altında qalan torpaqlarımızda uyuyan doğmalarımızın ruhlarının ziyarətgahlarına çevrilən, səs-səmir gəlməyən boş qalmış yurd yerlərinə, sahibsiz bağ-bağçalara apardı. Bir neçə zamanlıq da olsa xəyalım həqiqətə çevrildi. O qayğısız, xoş keçən günlərimizi yenidən yaşadım. Və elə bu kitabdaki sətirləri, xatirələri oxuduqca xoş xatirələrlə yaşayan, torpaq həsrətindən qəlbləri yanıb bir ovuc külə dönmüş biz Qubadlılılar - səsimizi Gülşad dədəmizin səsinə qatıb, üzümü Qarabağın bütün ər oğullarına tutur və deyirəm: "OLUMla ÖLÜM arasında qalmayın! Bilin ki, OLUMun özündə də bir ÖLÜM var. Qarabağın izləri kəsilən yolları, yurd yerlərimiz, doğmalarımızın ruhları bizi çağırır.
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır... Bir ömür Təbrizlə Bakının ayrılığına yanan atanın, ananın övladlarıyıq axı! Yalvarırıq qoymayın Vətəndə Vətən bölünsün.. Övladın tərbiyyəsinə valideyn cavabdehdir, Vətənin, millətin narahatlığına, bütövlüyünə isə onun ziyalı oğul və qızları."

...Gözlərimdə ağrı səsi, ruhumda yalquzaq ulartısı, içimdə bir kitabın yaratdığı və yaşatdığı üsyan!
Hələlik, oxucum!

Çinarə Ömray
AYB-nin üzvü,
Prezident təqaüdçüsü, miq.az

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov