Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix


Tarix:18-03-2019, 13:43 Kateqoriya:Manşet / Araşdırma

Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix1994-cü il martın 17-də İranın Rusiyadakı səfirliyinin bir sıra əməkdaşının olduğu "Herkules C-130” hərbi nəqliyyat təyyarəsinin Xankəndi səmasında Ermənistan silahlı bölmələri tərəfindən vurulmasından 25 il ötür.

Hadisə nəticəsində 9 uşaq da daxil olmaqla, 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həlak olub.

Təyyarədəki şəxslərin İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olduğu, Novruz bayramı münasibətilə Tehrana gedərkən qətlə yetirildikləri bildirilib.

Ermənistan hakimiyyəti hadisədən dərhal sonra açıqlama verərək, təyyarənin nasazlıq üzündən yerə çırpıldığını iddia etsə də, Azərbaycan kəşfiyyatı bunun yalan olduğunu açıqlayıb.

Hadisədən sonra İran hökuməti araşdırma komissiyası yaradıb. 1994-cü il martın 31-də Azərbaycan Prezidenti Heydər Əliyev həmin komissiyanı qəbul edərək, müzakirələr aparıb. O vaxt ermənilər hadisə ilə bağlı hiyləyə əl atıb şayiə yaydılar ki, guya Azərbaycanın Gəncədəki dispetçer məntəqəsi bilərəkdən İran təyyarəsinə yanlış koordinatlar verməklə onu Xankəndi istiqamətinə yönəldib. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının müəyyən etdiyi faktlar, eləcə də erməni rəsmilərinin ziddiyyətli ifadələri bu fitnəni də alt-üst etdi.

Belə ki, Azərbaycan kəşfiyyatçıları erməni hərbçilərinin olayla bağlı radiostansiya danışıqlarını yaydı. Məlum oldu ki, ermənilər həmin təyyarəni Azərbaycana məxsus olduğunu zənn edərək vurublar. Sözügedən danışıqlarda "Biz bir neçə dəqiqə əvvəl Azərbaycana məxsus təyyarəni vurduq” cümləsi yer alırdı.

İran rəsmilərinin keçirdiyi ekspertiza da erməni yalanını aşkara çıxardı. Ekspertizanın rəyinə görə, təyyarəyə iki raket mərmisi dəymişdi.

Hadisədən sonra İranın o zamankı prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Ermənistan hakimiyyətindən günahkarların tapılaraq cəzalandırılmasını tələb etsə də, bu istəyi yerinə yetirilmədi.

İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayaraq, təyyarənin vurulmasında erməni tərəfinin məsuliyyət daşıdığını bildirdi:

"İranın qəza qurbanları üçün kompensasiya almaq hüququ var və erməni rəhbərliyini təyyarənin məhv edilməsi ilə bağlı günahkarların tapılması və cəzalandırmasına çağırır”.

Bəzi rus ekspertlər İran təyyarəsinin kəşfiyyat missiyası icra etmək üçün havaya qalxdığını iddia etsə də, İranın Xarici İşlər Nazirliyi bu fərziyyələri də qəti sürətdə rədd etdi.

Beynəlxalq İnsan Haqları təşkilatının terror aktı ilə bağlı yaydığı açıqlamada isə bu sözlər yer almışdı:

"Müharibə qanunlarına görə, Qarabağ ermənilərinin silahlı birləşmələri atəş açmamışdan öncə hava gəmisinin məxsusluğunu müəyyən etməli idilər. Əgər onlar hava gəmisinin identifikasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyiblərsə, bu, humanitar hüququn ciddi pozuntusudur”.

Qeyd edək ki, İran diplomatlarını qətlə yetirməsinə baxmayaraq, Tehran buna görə Ermənistandan nə təzminat alıb, nə də cinayəti törədənlərin cəzalanmasına nail olub. Bu qətliam belə İranın Ermənistana yardımlarını dayandırmayıb./miq.az/

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü
Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü
Koronavirus Vahid Ələkbərova 1.2 milyard ziyan vurdu
“Fly Dubai” Bakıdan uçan təyyarədə erməni filmi ilə sərnişinləri təxribata çəkir - FOTO
Orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI