Qarabag Media
Haqqımızda Əlaqə

Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"


Tarix:18-03-2019, 00:25 Kateqoriya:Manşet / İqtisadiyyat

Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"

Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Komitənin martın 14-də yaydığı məlumata görə, konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək.

Məlumatda Prezident Administrasiyasından konsepsiya hazırlanması tapşırığı gəldiyi qeyd olunur.

Komitə bildirir ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

İqtisadi və Sosial İnkişaf Mərkəzi bir neçə il əvvəl sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.

Mərkəz sədri Vüqar Bayramov təkliflərini hökumətə 4 il əvvəl təqdim etdiklərini xatırladaraq deyir ki, onların konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

“Müvafiq komitənin bu istiqamətdə həm araşdırma, həm də qiymətləndirmə apardığı nəzərə alınsa, bizim təklifə uyğun olaraq “amnistiyanın” verilməsi daha məqsədəuyğun olardı. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Aparılan monitorinqlər göstərir ki, bu cür evlərə “amnistiya” verilməsi vacibdir. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.



Vüqar Byaramov-un sözlərinə görə, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir:

“ Onların 70 minə yaxını inşaata icazə verilməyən ərazilərdədir. Bunların da bir qismi nisbətən təhlükəli ərazilər sayılır. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin üzərində, yaxınlığında olan yerlərdir. Əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə var. Bu ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Digər hissə isə kənd təsərrüfatı üçün istifadə ediləcək ərazilərdə tikilib”.

İqtisadçı daha sonra da deyib ki, bu tip evlərin sənədləşdirilməsi daha məqsəduyğundur:

“Çünki artıq evlər inşa edilib və bundan yerli icra hakimiyyət orqanlarının, bələdiyyələrin məlumatı olub. Ancaq bu qurumlar çox fərqli səbəblərdən həmin evlərin inşasına şərait yaradıblar. Bizim təqdim etdiyimiz paket ev sahiblərinin mülkiyyət hüququnun tanınmasını nəzərdə tutur. Xüsusən də hündür mərtəbəli binaların təhvil verilməsi ilə bağlı prosedur sadələşdiriləndən sonra növbəti mərhələ olaraq sənədsiz evlərin sənədləşdirilməsi gündəmdədir. Güman edirəm ki, yaxın zamanlarda bu yöndə addımların atılması mümkündür”.

Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.

Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma sonrakı illər bu məsələdə elə bir yenilik olmadı. ("Azadlıq" radiosu)

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!