Qarabag Media
Haqqımızda Əlaqə

"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"


Tarix:17-03-2019, 20:24 Kateqoriya:Manşet / Araşdırma

“Artıq İsrail mətbuatı Rövşən Cavadovu “gələcəyin prezidenti” adlandırırdı...”

"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

Hər hansı bir siyasətçi və ya hərbçi üçün ən böyük səhv və həm də günah - özünü bütləşdirməkdir...

Xalqımız və dövlətçiliyimiz üçün olduqca həlledici, həm də ziddiyyətli, kritik bir mərhələyə təsadüf etmiş 1995-ci il Mart olaylarından artıq 24 il ötür. Müstəqilliyimizin bərpası ərəfəsindəki və sonrakı bir sıra hadisələr kimi, QARDAŞ QIRĞINIYLA nəticələnmiş həmin olayların da hələ də bir çox qaranlıq, sirli məqamları açıqlanmayıb...

Hələ bu günədək bəndənizə tam aydın deyil: “Necə oldu ki, 1993-cü ilin iyununda, ölkənin vətəndaş müharibəsinə hamilə olduğu, hər bir siyasi lider üçün qorxulu, təhlükəli və gərgin günlərdə o zaman Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan mərhum Prezident Heydər Əliyevin mühafizəsini təşkil edərək Bakıya- düz Prezident Aparatınadək gəlməsinə şərait yaratmış, bizlərə verdiyi müsahibə və çıxışlarında daim Qarabağı işğaldan azad etmək üçün xalqı və gəncləri Heydər Əliyev ətrafında sıx birləşməyə çağıran Daxili İşlər nazirinin müavini, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda ən gərgin döyüşlərin iştirakçısı olmuş, qəzet və kitablarda ermənilərin başına külli miqdarda pul qoyması barədə yazılan “OMON” komandiri olan şəxs və ona sadiq onlarla döyüşçü iki il ötməmiş ölkənin Prezidentinə, Ali Sovet sədrinə qarşı çıxdı və sonda özü və ətrafındakılar dövlət çevrilişinə cəhddə ittiham olundular?”...
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

Düzdü, dövlət orqanları istintaq aparıb, cinayət işi açılıb, yüzlərlə hadisə iştirakçısı, bəndəniz də qarışıq şahidlər dindirilib, hökm verilib, cəzalarını çəkənlər çəkib və hələ də çəkənlər var, amma bu günədək içimizi gəmirən və cavabsız qalan suallar var...

...Hələ 1991-1992-ci illərdə yetkin yaşlarda olan Azərbaycan sakinlərinin xeyli hissəsi artıq həm el arasındakı söhbətlərdən, həm də televiziyadan və qəzet səhifələrindən Rövşən Cavadovu erməni separatçı və terrorçuluğuna, təcavüzünə qarşı mübarizə aparan bir döyüşçü komandir kimi tanımağa başladı. Şəhid Daxili İşlər naziri Məhəmməd Əsədovun yaratdığı “OMON” döyüşçülərinin fədakarlığının da komandirlərinin nüfuz qazanmasında böyük rolu vardı. Özüm gözlərimlə görməsəm də, Rövşən Cavadovun hələ “OMON”un rota komandiri olarkən öz dəstə üzvləri ilə birgə konkret olaraq bizim kəndimizdə - işğal altındakı Laçın rayonunun Ağanus kəndində qonşu erməni kəndindəki yaraqlılara qarşı mübarizə aparmasından atam, qohum və dostlarım danışırdı(O zaman tələbə olduğumdan çox vaxt Bakıda olurdum)...

"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

..R.Cavadovun 1990-cı ilin payızında sakinlərdən Təvəkkül Məhərrəmovun şəhid edildiyi ağır vaxtlarda öz dəstəsi ilə günlərlə kəndimizdə qaldığını, evlərdən birində gecələdiyini də bilirdim. Sonradan o evin sahibi olan həmkəndlimiz R.Cavadovun gecələr öz əli ilə vətənpərvərlik, türkçülük haqqında ibrətamiz kəlamlar yazdığı bir dəftəri də bəndənizə vermişdi. Həmin dəftərdə belə bir cümləsi də vardı: “Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…” Rövşən həlak olandan sonra o dəftəri bir əmanət olaraq rəhmətlik anası Tamara xanıma çatdırdım...

Rövşən Cavadovun “OMON” komandiri kimi Xocalı faciəsi zamanı, AXC hakimiyyəti dövründə keçirilmiş Ağdərə əməliyyatlarında və s. göstərdiyi fədakarlıqlar, döyüşlərin birində yaralanması və s. barədə yazılanlar və danışılanlar, televiziyada nümayiş etdirilənlər onun nüfuzunu gündən-günə artırırdı...

Xülasə, bu minvalla cəmiyyətdə erməni işğalçılarına və ümumiyyətlə, cəmiyyətdə haqsızlığa qarşı döyüşən igid, dönməz, prinsipial, qətiyyətli və səxavətli bir Rövşən Cavadov obrazı yarandı. Onu da deyim ki, burada mərhumun gerçək keyfiyyətləri ilə yanaşı, məqsədli aparılan ictimai-siyasi təbliğat da rol oynayırdı. Xatırladım ki, R.Cavadov hələ 1990-cı ildə sovet dövründə keçirilən parlament seçkiləri zamanı Laçın rayonundan namizədliyini də irəli sürmüş və bu zaman digər namizədlər və hökumət üzvləri ilə arasında müəyyən ziddiyyətlər də baş qaldırmışdı...

Amma bütün hallarda 1992-1993-cü illərdə Rövşən Cavadovun nüfuzu, ona olan inam o dərəcədə yüksəlmişdi ki, hətta o zaman Naxçıvan Ali Soveti sədri olan mərhum Prezident Heydər Əliyev də 1993-cü ilin məlum İyun olaylarında ölkə üçün ən gərgin, ən kritik və hər bir siyasi lider üçün təhlükəli günlərdə Naxçıvandan Bakıya gəlmək üçün öz şəxsi təhlükəsizliyini məhz keçmiş Daxili İşlər nazirinin müavininə, “OMON” komandirinə və onun döyüşçülərinə etibar etdi... Artıq Heydər Əliyev faktiki ölkə lideri olduqdan sonra R.Cavadovun Daxili İşlər naziri təyin ediləcəyi də gözlənilirdi. Lakin görünür, bu, məsləhət bilinmədi. Buna rəğmən onun nüfuzu yenə də artmaqda davam edirdi. Çünki hamı onu döyüşkən olmasıyla yanaşı, şəxsiyyətini qoruyan, hakimiyyətdə kimin olmasından asılı olmayaraq qəlbindən keçən tənqidi fikirləri çəkinmədən söyləməyi bacaran bir şəxs kimi tanıyırdı. Bu, özünü Daxili İşlər nazirinin müavini olaraq Rövşən Cavadovun 29 aprel 1994-cü ildə Prezident yanında DİN-in rəhbər işçilərinin müşavirəsindəki çıxışında da göstərdi. Həmin çıxışında o, ölkənin hökumət qurumlarındakı neqativ hallardan qısa və kəskin danışdı:

“Cənab prezident! Cənab zabitlər!Respublikamızın güc nazirliklərinin hamısı iflic vəziyyətindədir. Eləcə də Daxili İşlər Nazirliyi… Ona görə də məsələyə kiçik prizmadan baxmaq olmaz. Nə qədər ki, polis nəfəri öz maaşı ilə dolana bilmir, rüşvətxorluğun kökünü heç kim kəsə bilməz. Amma dövlət üçün strateji hər hansı bir məsələdə rüşvət almaq dövlətə xəyanətdi… O adamın bir cəzası var – ölüm… Kim cəzalanıb?! Heç kim?! Ona görə də təcili tədbirlər görmək lazımdır, bir-birimizi aldatmağın yeri yoxdu…”

"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

Belə bir çıxış o zaman edilirdi ki, Vətənimizdə korrupsiya və rüşvətxorluq sovetlər dövründən qalmış kökləri üzərində hələ yenicə müstəqil(!) cücərtilər verirdi. Hələ Azərbaycan iqtisadiyyatının güclənməsi üçün böyük önəm daşımalı olan “Əsrin müqaviləsi” imzalanmamışdı. Hələ büdcə pulları, neft-qaz gəlirləri bəzi üzdəniraq korrupsionerlərin əlinə keçib küçələrə sovrulmur, qızıl külçələrə dönüb zirzəmilərə yığılmır, London, Sürix banklarına yatırılmır, möhtəşəm villalar, göydələnlər ucaldılmır, yollar, körpülər tikilmir, eyni küçədə üç aydan bir asfalt çəkilmir, səkilər döşənmirdi… Ancaq hər bir hakimiyyətin daxilində olduğu kimi, burada da artıq vəzifədə ikən əlinə keçəni “yeyib-dağıdıb” özünə, nəslinə gün-güzəran qurmaq məqsədi güdənlər vardı…Təbii ki, Rövşən Cavadovun çıxışı onların ürəyincə deyildi və birləşərək məddahlığı sevməyən, hər kəsin üzünə gerçəyi deməyi bacaran belə bir rəqibə tələ qurub aradan götürməyi planlaşdıra bilərdilər...

Hələ 1993-1994-cü illərdə — ölkənin dağıdıcı müharibə şəraitində olduğu bir zamanda Rövşənə ümid edən, güvənən nə qədər insan var idi...

Tale elə gətirdi ki, 1993-cü ilin sentyabrında Rövşən Cavadovun rəhbəri olduğu Xudu Məmmədov xeyriyyə cəmiyyətinin təsisçisiliyi ilə nəşr edilən “Təzadlar” qəzetində cüzi maaşla müxbir, az sonra isə baş redaktor müavini işləməyə başladım... Yaxşı yadımdadır, 1994-cü il iyunun 24-də gözlərini bu dünyaya yummuş şairimiz Xəlil Rza Ulutürk ölümündən iki gün öncə son məktubunu Azərbaycan Demokratik Gənclər Birliyinin sədri kimi Rövşən Cavadova ünvanlayaraq yazırdı: “Son ümidim sizə -gənclərədir…”. Şair mayın 12-də Bişkekdə təslimçi “atəşkəs” sazişinə imza atmış o vaxtkı parlament sədri Rəsul Quliyevə ünvanlanmış “Ləkə” şeirini yazmış və bundan az sonra ürək xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi... Artıq o zamanlardan Rəsul Quliyevlə Rövşən Cavadovun da münasibətləri daha da gərginləşməyə doğru gedirdi...

"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

Hər hansı bir hərbi, yaxud ictimai-siyasi lider üçün ən böyük səhv, həm də günahlardan biri öz gücünü, potensialını olduğundan çox dəyərləndirmək, özünü bütləşdirmək, eyni zamanda ətrafındakılar tərəfindən bütləşdirilməsinə şərait yaratmaqdır.. Təəssüf ki, artıq Qarabağ savaşında atəşkəs elan edildikdən sonra Daxili İşlər nazirinin müavini olmaqla yanaşı, ictimai-siyasi fiqur kimi də ortalığa çıxan Rövşən Cavadovda da bütün mövcud müsbət keyfiyyətləriylə yanaşı, özündən razılıq, öz gücünə həddindən artıq inam yarandı. Bu da artıq onun ətrafında onunla eyni – Azərbaycanı, Qarabağı xilas etmək ideyasını yox, bu nüfuzlu hakimiyyət fiqurundan yararlanıb maddi baxımdan nələrsə əldə etmək məqsədi güdənlərin: yaltaqların, dəstəkçilərin, məddahların toplaşmasına səbəb oldu. Bununla da Rövşən Cavadov şəxsiyyətinin də bütləşdirilməsinə rəvac verilirdi. Bu gün də vəzifə başında olan, ictimai nüfuzlu şəxslərdən bəzilərini R.Cavadovun ətrafında quyruq bulayan görümüşəm... Tez-tez reklam xarakterli müəyyən tədbirlər, görüşlər təşkil edilir, cəbhə zonalarına haylı-küylü səfərlər edilir, adına mükafatlar təsis edilir, idman turnirləri keçirilirdi. Bu cür hallar isə R.Cavadovun ətrafındakılar, daxili və xarici qüvvələrlə bağlı yanlış qərarlar verməsinə səbəb olurdu...
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"

1994-cü ilin yayından etibarən Rövşən Cavadov fiquru xarici güclərin də diqqətini cəlb etməyə başlayırdı... Bəzən daxildəki, yaxud dünyadakı qüvvələr hər hansı bir qabarıq fiquru daha da böyütmək üçün deyil, bir az da “şişirdib-partlatmaqla” məhv etmək məqsədi güdürlər. Bunu o zaman edirlər ki, o fiqur ipə-sapa yatmır və həmin güclərin taktiki və strateji planlarına əngəl olurlar...

Şahidiyəm ki, artıq 1994-cü ilin avqustunda İsrail mətbuatı Rövşən Cavadova olmazın təriflər vurur, “gələcəyin prezidenti” adlandırırdı... Təl-Əvivdə çıxan rus dilində “Vesti” qəzetinin ardıcıl iki sayında “Komandir” adlı böyük bir məqalə dərc olundu. Həmin məqaləni rəhbərliyin göstərişi ilə doğma dilimizə bəndəniz tərcümə etmişdi. Həmin qəzetlərin nüsxələrini arxivimdə saxlayıram./moderator.az/

(Davamı var)

Sultan Laçın

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür