Qarabag Media
Haqqımızda Əlaqə

Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb


Tarix:17-03-2019, 21:23 Kateqoriya:Manşet / Gündəm

Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb

Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı “OPEC plus” çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti, Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Aleksandr Novak hasilatın azaldılması ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və öhdəliyin icrası ilə bağlı prosesin tədrici xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər.

Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının inkişaf tendensiyalarından bəhs edərək, qiymət sabitiliyinin saxlanması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, “Star” neft emalı zavoduna Rusiya neftinin təchizi, “Türk axını” layihəsi və s. digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqəsdi ilə hər iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov