Qarabag Media
Haqqımızda Əlaqə

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi


Tarix:17-03-2019, 16:01 Kateqoriya:Manşet / Qarabağ

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi

Con Baçelor tərəfindən aparılan radio proqramı beynəlxalq aləmdə məşhur şou proqram kimi tanınır.

ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış “77WABC” radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb.

Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır.

Müsahibə zamanı C. Baçelor 20-ci əsrin sonlarından başlayaraq erməni qəsbkarlarının işğal siyasəti nəticəsində Azərbaycanlıların öz doğma torpaqlarından qovulduqlarını qeyd edib. O, bəzi ABŞ Konqresi və siyasətçilərin güclü erməni lobbisinin təsiri altında olduğunu və bunun yaxşı hal olmadığını söyləyib. Onun sözlərinə görə, erməni lobbisi Amerika ictimaiyyəti arasında saxta məlumatlar yayır. Con Baçelor qoşunların təmas xəttinə səfər etdiyini və gördüklərindən çox məyus qaldığını bildirib. İşğal altında qalan geniş və zəngin Azərbaycan torpaqların dağıntıya məruz qaldığı, torpaqların becərilmədiyi, ermənilər tərəfindən su resursları və bəndlərindən sui-istifadə edildiyi və Azərbaycan tərəfinə külli miqdarda ziyan vurulduğu, bunun təhlükəli vəziyyət yaratdığı Amerikalı aparıcı tərəfindən xüsusilə vurğulanıb.

T. Gəncəliyev erməni təcavüzü, hərbi işğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğalı, Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığı haqqında məlumat verib. T. Gəncəliyev bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolunun işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkün olduğu bildirilib.(teleqraf.com)

Karabakhmedia.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"