Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyanın Xankəndində təhlükəsizlik şurasının iclasını keçirməsi meydan sulamaqdı


Tarix:16-03-2019, 14:40 Kateqoriya:Manşet / Qarabağ

Paşinyanın Xankəndində təhlükəsizlik şurasının iclasını keçirməsi meydan sulamaqdı

Bir dəfə İssık-Kul sahilində, vaxtilə Sovet İttifaqı Kommunist Partiyasının tabeliyində olmuş “Avrora” sanatoriyasında konfransdaydım. Bir vaxt Brejnevin istirahət elədiyi hoteldə qalırdıq. Konfransın sessiyalarından birində Qırğızıstan Elmlər Akademiyasından qoca bir alim mövzunu qoyub İssık-Kul gölündən danışmağa başladı. Konfransın mövzusuna dəxli olmasa da, maraqlı çıxış edirdi deyə sözünü kəsmirdilər. O deyirdi ki, 1950-ci illərdə Ermənistanın Sevan gölündən təcrübə üçün balıq gətirmişdilər. Hər iki göl dağda yerləşdiyindən onların bitki və heyvanat aləminin oxşar və fərqli cəhətlərini öyrənirmişlər. Təcrübə onunla nəticələnib ki, gəlmə balıqlar hansısa yerli balıq növünün nəslini kəsib. O, bunu çox ciddi fəlakət hesab edir və kənardan balıq gətirilməsini səhv qərar adlandırırdı. Gölün təbii faunası gəlmə balıqlar hesabına dəyişibmiş.

Bu çıxışı dinləyə-dinləyə mənimlə üzbəüz oturan Helsinki Vətəndaş Assambleyası Ermənistan Milli Komitəsinin rəhbəri Nataliya Martirosyana baxırdım. Gələni saxlamazlar, akademikin sözünü kəsib belə bir replika atdım: “Yaxşı ki, Ermənistandan balıq gətirmisiniz, erməni gətirsəydiniz, indi burda qırğız qalmazdı”. Akademikin başa düşüb-düşmədiyini bilmədim, amma xanım Martirosyan bərk incidi. Dilxor oldu, etiraz elədi, mənə də, təşkilatçılara da, sessiya vaxtı da, fasilədə də. Dostlar onu belə sakitləşdirdilər ki, Vahid zarafatcıl oğlandı, bunu pis niyyətlə deməz. Mən isə dediyim sözün gətirdiyi kefdən xoşhallanırdım. Bu söhbəti “Unudulmaz Gülsarı”da yazmışam, linki şərhdə verirəm, həvəsiniz olsa oxuyarsınız.

Niyə bu əhvalat yadıma düşdü? Paşinyanın Xankəndində Ermənistan təhlükəsizlik şurasının iclasını keçirməsi mənim xanım Martirosyana söz atmağımdan da betərdi. Onunku söz atmaq deyil, meydan sulamaqdı. Yaxşı eləyir! Onun yerinə olsam mən lap betərini edərdim. Onları o torpaqlara biz buraxmışıq. Kişilər döyüşüb aldıqları torpaqları özlərinə vətən eləməklə məşğuldular. Biz neyləyirik?

Sevan canlılarının axırına çıxdığı İssık-Kul balıqlarını o gölə qaytarmaq bəlkə də mümkün deyil. Amma and olsun, türkün Tanrı dağlarından ucalan şaman duasına, biz öz torpaqlarımıza qayıda bilərik. Bunun bir yolu var. Hamının bildiyi yol. Ləyaqət, şərəf, abır yolu. Bakıdan keçən Qarabağ yolu!/moderator.az/

Vahid Qazi,
İsveçdə yaşayan jurnalist-publisist

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”