Qarabag Media
Haqqımızda Əlaqə

Prezident OPEC-in baş katibini qəbul edib


Tarix:16-03-2019, 14:35 Kateqoriya:Manşet / Siyasət

Prezident OPEC-in baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Karabakhmedia.az xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və “OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev “OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərindən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə etdi.

OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirdi. Məhəmməd Barkindo qeyd etdi ki, Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladı. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdi. O, ümumiyyətlə, “OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda “OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirildi.

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO