Qarabag Media
Haqqımızda Əlaqə

Akif Əli vəzifəsindən azad edildi


Tarix:15-03-2019, 14:13 Kateqoriya:Manşet / Gündəm

Akif Əli vəzifəsindən azad edildi

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Karabakhmedia.az xəbər verir ki, bu barədə modern.az-a Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .

Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:

-“Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” kst., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” kst., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7 sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir (2000).

Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru olub.

Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri, klassik irsimiz, kulturologiya, maarifçilik və digər mövzularda çoxlu sayda məqalələri dərc olunub.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

Karabakhmedia.az

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı