Qarabag Media
Haqqımızda Əlaqə

Gəncliyimin idealı idi İradə Tuncay...


Tarix:20-11-2015, 10:34 Kateqoriya:Manşet / Yazarlar

Gəncliyimin idealı idi İradə Tuncay...

Şərafət ŞƏFA
Ona baxarkən məşhur fransız müğənnisi Edit Piafın bir sözünü xatırlayıram:” Mən istəyirəm ki, «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «o bağışlanacaq, çünki o sevirdi» desinlər”.

Məktəb illərinin ən məşhur sualı idi bu. İdealınız kimdi? O zaman aldığımız tərbiyə nəticəsində düşüncələrimizdə, gözlərimizdə yalnız qəhrəman, güclü insanları canlandırırdıq. Tez-tez - doğrumu seçdik?-deyə fikir mübadiləsi aparardıq müəllimlərimizlə. Sonra tələbəlik illəri.. Eynilik təkrarlanır. İnsan aldığı tərbiyənin bünövrəsi üstündə binələşir, möhkəmlənir. Və illər keçdikcə hər şeyin safını, gözəlini, dəyərlisini axtarıb seçməyə çalışır. İdeal seçməyə çalışdığı kimi. Mənim də diqqətimdən yayınmayan, nagıl və tarixi qəhrəmanlardan belə seçilən möhtəşəm bir qadın vardı. Gözəl, qara gözlü, işvəli və iradəli, məğrur və qətiyyətli! Mən bu güclü və gözəl qadını idealım seçmişdim. Onu efirlərdə seyrə başlamışdım. Gözəl şairimiz Gəray Fəzliylə çalışmağa başlayandan sonra isə bu qadın daha da doğmalaşmışdı mənə. Gəray Fəzli atamla dost idi. Həmişə işdən söz düşəndə İradə xanımdan danışardı. Onun dəyanətindən, mərdliyindən, diqqətcil və qayğıkeş olmasından.

Mən də ağzımı ayırıb maraqla qulaq kəsilərdim bu şirin söhbətlərə. İllərlə seyrimdən nəzərdən qaçırmadığım bir nüans da vardı. Hər şeyə mətanətlə dözüb, içindəki təlatümlü fırtınanı boğan bu qadın həm də çox sadiq bir dost idi. Yəqin oxucuların çoxu bu dostun, bu insanın kim olduğunu anladı. Öz əxlaqı, özünəməxsusluğu ilə seçilən gözəl qələm sahibi Rəşad Məcid! Bilirsizmi, mən illərdir bu dostluqdakı sədaqətə həsəd aparmışam! Çox gözəl, mehriban, sarsılmaz bir dostluqdu bu! Sivil cəmiyyətin çirkinliyi içində nülufər gülünə bənzəyir bu dostluq! Dost – insanın güvən təməlidi. İmam Sadiq (ə) buyurur: “Yaxşı dost gülüstanda əsən küləyə bənzər. Əgər dostun yaxşıdırsa, səni ətirli edər, amma əksinə, pis dost atəş kimidir və əgər siz o atəşlə təmasda olsanız, o, sizi yandırar”. Rəşad Məcid mətbuat aləmində dəyər verdiyim şəxslərdən biri olaraq, həm də gözəl ailə başçısıdı. Eqoizmdən uzaq olan bu adamın sadəliyi və səmimiyyəti onu həmişə cəmiyyətə sevdirmişdir. Bu xüsusiyyətlərin ən ekzotik görüntüsü isə məhz İradə Tuncayla olan sədaqətli dostluğudur!

İradə Tuncay olduğu kimi olan bir xanımdı. Maskalanmaqdan, riyadan uzaq bu xanım cəsarətli çıxışları ilə də fərqlənir. Sosial şəbəkələrdə seçilən statuslarla çıxış edən İradə xanımın yazılarında sətiraltıdan çox mükəmməllik daha çox diqqət çəkir. Güclü mütailəsi olan xanımın ünvanlı statusları başqalarını deyə bilmərəm, mənim ruhuma qida verir. Tutarlı ifadələrlə bayağılaşan və ucuzlaşan insanlara öz yerlərini göstərməyin özü də böyük fədakarlıqdı! Bir dəfə bir statusunu oxumuşdum. Yazırdı:” İnsan özunə amnistiya verməyi bacarsa nə gözəl olar ..... Özüylə barısıq yasaya bilsə, özünü istintaq eləməsə, məhkum eləməsə, edam eləməsə.... Nə gözəl olar.....!!!!”. Bu status deyil, bu böyük bir fəlsəfə kitabıdı! İnsanın ruhunun daxili sınıqlarının sızıltılı hayqırtısıyla dolu bir əsəridi! Bu əsərdə duyğulu qadın qəlbi özünü axtarmağa başlayır. Bir çox çatların eyniliyini görür!

Yazar olaraq illərin qanadında daha çox dərinliklərə varıb müdrikləşən İradə Tuncayın inadkarlığı mənə İndiananı xatırladır. Qadınlar bəzən nə istədiklərini anlaya bilməyəndə çılğına dönür. Bunun səbəbinin isə ona qarşı olunan haqsızlığa istinadlığını görəndə içində bir yalquzaqlıq əmələ gəlir. Və təhlükələrə baxmayaraq bir addım qabağa atır! Başı dikəlir və savaşa hazır olur! Bir müsahibəsini oxuyurdum bu dəyərli insanın. Öz fikirlərini olduğu kimi tərənnüm edən İradə xanım əlindəki söz möhürüylə cümlələri möhürləyib publikaya çatdırır! O, deyir:” Ümumiyyətlə, yaradıcı insanın həmişə yeni hisslərə ehtiyacı var. Mən bunların hamısını anlayırdım. Çünki atamı görmüşdüm. Evdə də bu zəmində yaranan konfliktlərin travmasını yaşamışdım. Özümə söz vermişdim ki, mən evdə uşaqlarıma bu travmanı yaşatmayacam. Amma illər keçdi və mən anladım ki, səhv etmişəm. Cəmiyyətin xasiyyətinə uyğun davranmaq lazım imiş – həyasızlıq, ləçərlik etmək lazımdır, bildin, tut yaxasından çək ki, gəlib sənin haqqını tapdalamasınlar. Yoxsa ki, küçələrdə qalmış hansısa insanlar elə bilirdilər ki, onlar da mənim tayımdır. Bəzi qadınlarda belə bir xasiyyət var – paxıllıq etdikləri qadının əriylə yatağa girəndə özlərini elə sənin yerində zənn edirlər. Amma yox, deyilsən, heç ayağımın tozu da deyilsən. Onunla heç nə olmur. Adamın içi olmalıdır. Qadınlar özlərinə qiymət vermirlər. Elə bilirlər ki, bir idarəyə gedəndə, hansısa kişi onları çay içməyə aparanda... özlərini xoşbəxt sayırlar. Axı sən, istifadə olundun, daha sənin heyvandan nə fərqin var ki?”. Gözəl şərhdi! Anlayan üçün başqa tədris mərkəzi lazım deyil!

Əziz, sevimli, güclü və dəyərli İradə xanım!

Lap çoxdan səmimi hisslərimi qələmə almaq istəsəm də hardasa qəlbinə toxunmaqdan qorxub, əl saxlamışdım. Lakin dünən (bəlkə də saatlarla qulağın cingildəyib) sevdiyim sevimli bir dostumun sənin barəndə etdiyi xoş, gözəl söhbətindən sonra səmimi hisslərimi qələmə almaq qərarına gəldim. İndi gecə saat 01-10-du. Bəlkə də sən indi şirin bir yuxudasan! Bəlkə də gözəl övladların, şirin nəvələrin barədə xoş düşüncələrdəsən. Mən də bunları fikirləşə-fikirləşə xoş təbəssümlə bu sətirləri qələmə alıram! Sən bütün qadınların hamısından çox doğma, çox əzizsən mənə! Bəzən olub ki, sarsıntılı anlarımda qucağına gəlmək istəmişəm..Düşünmüşəm ki, məni kim anlar sənin qədər....

Əziz bacım, o gözəl gözlərində hansı xatirənin izi, böyük sevgiylə dolu ürəyində hansı arzu, diləyin varsa, hamısına qovuşmağını diləyirəm! Sən həyatda hər şeyin ən gözəlinə layiqsən!!!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB