Qarabag Media
Haqqımızda Əlaqə

Metyu Brayza: "Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı"


Tarix:15-03-2019, 13:13 Kateqoriya:Manşet / Siyasət

Metyu Brayza: "Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı"

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı.

Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib:

“Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin “Əsas prinsiplərini” qəbul etməyə çağırır. Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı”.

Daha sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir:

“Minsk qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur”.

Minsk qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin “Əsas prinsiplərə” sadiq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq:

“Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər”.(trend.az)

Karabakhmedia.az

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO