Qarabag Media
Haqqımızda Əlaqə

""OMON"un kəşfiyyat qrupu Ağdamdan 200-300 metr aralanmamış minada partladıldı..."


Tarix:14-03-2019, 18:57 Kateqoriya:Manşet / Araşdırma

Mərhum XTPD komandiri Rövşən Cavadov: “...Və ondan sonra anladım ki...”

""OMON"un kəşfiyyat qrupu Ağdamdan 200-300 metr aralanmamış minada partladıldı..."

Xəbər verdiyimiz kimi, Moderator.az əməkdaşı Xocalı soyqırımı ərəfəsində hərbi birləşmə komandirləri olmuş “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmov, keçmiş “OMON” komandiri, Daxili İşlər nazrinin sabiq müavini Rövşən Cavadov və digərlərinin 1992-ci ilun iyul-avqustunda Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupuna ifadələrinin əlyazmalarının surətini əldə edib.

İfadələrdə faciədən öncə Xocalı sakinlərinin xilas etmək üçün Ağdamda hazırlanan əməliyyatların baş tutmamasının səbəbləri, həmin proseslərdə Şahin Musayev, Fəhmin Hacıyev, Dadaş Rzayev, Tahir Əliyev, Tamerlan Qarayev, Qasım Kərimov və digərlərinin iştirakı barədə ilginc məqamlara toxunulur.

Bu dəfə 1992-ci ilin iyulunda (günü göstərən rəqəm pozulub) tarixlərində mərhum Daxili İşlər nazirinin müavini Rövşən Cavadovdun keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin “8-ci km” ərazisində yerləşən bazasında Respublika Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq E.Əhmədov tərəfindən hazırlanmış 64524 saylı dindirilmə protokolunda Xocalı soyqırımı ərəfəsində baş verənlər barədə verdiyi qısa ifadəni nəzərinizə çatdırırıq(Üzərindən 27 il keçməsi səbəbindən protokollarda aydın oxunmayan söz və ya ifadələrin yerinə üç nöqtə qoymağa məcburuq):

""OMON"un kəşfiyyat qrupu Ağdamdan 200-300 metr aralanmamış minada partladıldı..."

“Sual:

Şahid qismində dindirilən keçmiş Daxili İşlər naziri Tofiq Kərimov göstərdi ki, 1992-ci il fevralın ortalarında Milli Təhlükəsizlik Şurası qərara aldı ki, Xocalı şəhərinin uçuş xəttinin partladılması zərurəti yaranmışdır və bu işi ona tapşırıblar. Bununla əlaqədar keçmiş nazir bu işi müavini Ramiz Məmmədova tapşırır. Və XTMD-nin kapitanı ...Rüstəmova 250 kq trotil verilərək bu işin icrası ona həvalə olunur.

22-24 fevral 1992-ci il tarixlərində R.X. Məmmədov keçmiş nazirə əməliyyatın həyata keçirildiyini məruzə edir. Bu əməliyyatdan sizin məlumatınız vardımı və nə deyə bilərsiniz?

Cavab:

Bu barədə bizim məlumatımız var idi. Ancaq əməliyyat baş tutmadı. Bunun da səbəbi, məncə, vertolyotların uçmaqdan(Xocalıya) imtina etməsi olmuşdur. Trotili biz vermişdik, ancaq geri qaytarılmayıb. Bu barədə heç bir məlumatım yoxdur...

Ağdamda vəziyyət çox gərgin idi. Hərbçilər Müdafiə Nazirliyinin qərargahına toplanmaqdan imtina edirdilər. Biz özümüz Xocalı istiqamətində bir əməliyyat hazırlamışdıq. Ancaq bizim kəşfiyyat qrupumuz Ağdamdan 200-300 metr aralanmamış minada partladıldı və ondan sonra anladım ki...”(Bundan sonra qalan bir neçə söz oxunmur-S.L.).

P.S. Rəhmətlik Rövşən Cavadovun əldə etdiyimiz materialdakı qısa və bəzi məqamları aydın oxunmayan ifadəsi burada da bitir. Sabiq Daxili İşlər naziri müavininin Xocalı faciəsi ilə bağlı başqa tarixdə prokurorluğa digər ifadə verib-vermədiyi haqda məlumatımız yoxdur...

""OMON"un kəşfiyyat qrupu Ağdamdan 200-300 metr aralanmamış minada partladıldı..."

Ortada görünən odur ki, keçmiş XTPD-nin və ya “OMON”un kəşfiyyat qrupunun Ağdam şəhərinin cəmi 200-300 metrliyində minaya düşməsi, həmin təxribatın kim tərəfindən törədilməsi suallar doğurur. Ümumiyyətlə, “OMON”un Xocalı soyqırımı ərəfəsindəki proseslərdə iştirakı ilə bağlı müəyyən müəmmalar var. Martın 13-də rəhmətlik Milli Qəhrəman Fred Asifin təqdim etdiyimiz - 1992-ci ilin iyulunda eyni müstəntiqə verdiyi ifadəsində o, Xocalı faciəsi gününün səhəri, yəni fevralın 26-da Əsgəran istiqamətində qaçan xocalılıları xilas etmək üçün keçirilmiş hücum əməliyyatında “bir avtobus XTMD üzvü”nün bizim qüvvələrə dəstək vermədiyini, “Qaraqayadan aşağı enmədikləri”ni göstərir. Özü də Fred Asifi tanıyanlar onun daim ədalətli olduğunu, həqiqəti söylədiyini bildirirlər... Amma o da var ki, 1990-cı illərdən bəri verilmiş bəzi digər müsahibə və yazılarda keçmiş “omon”çuların erməni qırğınından qaçan xocalılıların müdafiəsində fəal iştirak etdiyi göstərilir. Məsələn, deyilir ki, əgər Rövşən Cavadov 15 nəfər əsgəri ilə Xocalının çıxacağında mövqe tutub, oradan Ağdama gələn yolu qorumasaydı, heç kəs salamat çıxa bilməzdi...

Xocalı faciəsi ərəfəsindəki proseslərin şahidi və iştirakçısı olmuş keçmiş XTPD üzvlərinin, eləcə də rəhmətlik Fred Asifin taborunda döyüşmüş qazilərin məsələyə münasibətlərini dərc etməyə hazırıq./Moderator.az/

Sultan Laçın

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Güləşçilərimiz Fransada keçirilən ilin ilk turnirindən altı medalla qayıdır
Türkiyə Televiziyasında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
Bir ölü, beş yaralı – Mikroavtobus qəzası ilə bağlı rəsmi açıqlama
Hava proqnozu: Duman, çiskin gəlir
Kəpənəkçidə Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Məzarı olmayan şəhid — FOTOLAR
AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb