Qarabag Media
Haqqımızda Əlaqə

Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın - ZƏRƏRLİDİR


Tarix:14-03-2019, 13:47 Kateqoriya:Manşet / Cəmiyyət

Valideynlərə XƏBƏRDARLIQ! Uşaqlarınıza bu oyuncaqları almayın - ZƏRƏRLİDİRUşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı psixoloq Səbinə Bayramova Medicina.az-a bildirir ki, oyuncaq seçimi edərkən, valideynlər həmin oyuncağın uşağın zəka inkişafına dəstəkləyici olmasına diqqət etməlidir: "Öyrədici oyuncaqlar əyləncəli olmaqla yanaşı, uşaqların həm özünü, həm də cevrəsini, ətraf mühiti tanımalarına yardımçı olan vasitələrdədir. Oyuncaqlar uşağın yaşına və inkişafına uyğun seçilməyəndə mənfi təsirlər yaradır. Yəni uşağın yaş və inkişafına uyğun oyuncaq seçimi edildikdə, uşağın inkişafı da onun təsiri ilə irəliləyir”.

Psixoloqun sözlərinə görə, oyuncaqlar uşağın yaşına görə alınmalıdır: "Uşaqlar əgər kiçik yaş dövründədirsə, burada rənglər də rol oynayır. 4 rəng: qırmızı, yaşıl, sarı, mavi. Bu 4 rəng uşağın həm diqqətini korreksiya edir, həm görmə qabiliyyətinin inkişafına kömək edir, həm də intellektual qabiliyyətlərini yüksəldir. Bu səbəbdən əsasən kiçik yaş dövründə bu rəngli oyuncaqlara üstünlük verilməlidir”.

S.Bayramova deyir ki, cürbəcür rənglər uşaqlarda diqqət əskikliyinə yol açır: "Azyaşlı uşaqlara daha az oyuncaq almaq kifayət edir. Kiçik yaşlarında daha az oyuncaq olmalıdır ki, uşaq ona bələd ola bilsin, onu digər şəyalardan ayırd edə bilsin. Körpə uşaqlara 2-3 oyuncaq almaq məsləhətlidir. Getdikcə o, artıq öz oyuncağını tanıdıqdan, ətraf mühiti ayırd etdikdən sonra oyuncaqları artıra bilərsiniz”.

Valideynlər bəzən uşaqlarının oyuncağını sındırmasına əsəbləşir, onlara cəza verirlər. Psixoloq deyir ki, bu, doğru deyil: "Uşaqlar öyrənmək məqsədi ilə oyuncağın içini görmək istəyir, onu açır, sökür, içinə baxmaq istəyir. Bu, əslində normal haldır. Əksinə uşaq sakit davransa, heç bir araşdırma aparmasa, oyuncaqdan bu şəkildə istifadə etməsə, bu zaman narahat olmaq lazımdır. Belə nüanslarda uşaqlar yaşıdlarından geri qalır".

Əksər valideynlər övladlarının oynadığı oyuncaqlarda cins etibarilə ayrıcalıq edirlər. "Sən oğlansan, qız oyuncağı ilə oynama və yaxud əksinə. Valideyn bu durumu müşahidə etdikdə təşvişə düşür. Psixoloq bu narahatlığın əsassız olduğunu qeyd edir: "Qadağalar balacaların həmin oyuncaqlara marağını daha da artırır. Çünki oğlan uşaqlarının da qız uşaqlarının da həyatlarında həm qadın, həm kişi var. Anaları ataları... Ümumiyyətlə, oyuncaq uşaqlarda fiziki, zehni, psixoloji təsirlərə malik olduğu üçün bir çox məqamlara diqqət etmək lazımdır. Birinci növbədə uşağın yaşı nəzərə alınmalıdır. İti kənarları olan zərərverici oyuncaqlardan uzaq durmaq lazımdır. Azyaşlı uşaqlara kiçik hissələrə parçalanan oyuncaqlar vermək olmaz. Kimyəvi boyalardan istifadə olunan oyuncaqların uşaqlara verilməsi məsləhətli deyil. Ümumiyyətlə, zərər verməyən oyuncaqlar olması məsləhətlidir. Elektronik oyuncaqlar uşaqların təkbaşına oynamasına yol açır. Bu da onların sosiallaşmasının qarşısını alır. Bu baxımdan belə oyuncaqlar da məsləhətli hesab olunmur”.

Karabakhmedia.az

_________________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ