Qarabag Media
Haqqımızda Əlaqə

Bərdədə məcburi köçkünlər qan verdilər


Tarix:14-03-2019, 13:26 Kateqoriya:Manşet / Cəmiyyət

Bərdədə məcburi köçkünlər qan verdilər

Ölkə vətəndaşlarının sağlamlığının qorunması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir.

Moderator.az-ın məlumatına görə, bu siyasətə uyğun olaraq səhiyyə sistemi inkişaf etdirilir, yeni və müasir tibb ocaqları şəbəkəsi genişləndirilir. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi kütləvi tibbi müayinədən keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların sağlamlıq problemlərinin həllinə böyük diqqət və qayğı göstərir.

Əhalinin bütün təbəqələri kimi qaçqınlar və məcburi köçkünlərin də dövlət səhiyyə müəssisələrinin xidmətindən hərtərəfli istifadə etmək imkanları var. Onlar üçün tikilib istifadəyə verilmiş qəsəbələrdə, yaşayış komplekslərində tibb məntəqələri də yaradılıb. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə son vaxtlar birbaşa müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər ixtisaslaşdırılmış tibbi müayinəyə cəlb olunurlar.

Dövlət Komitəsi məcburi köçkünlərin sağlamlığının qorunmasına önəm verdiyi kimi, onların özlərinin də humanitar aksiyalarda iştirakını dəstəkləyir. Bu ilin əvvəllərində komitədə vətən keşikçiləri - hərbçilər üçün qanbağışlama aksiyası keçirilib. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində belə bir aksiya təşkil olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdədəki nümayəndəsi Yunis Məmmədov və Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov aksiyanın təşkilində fəallıq göstəriblər.

Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür
İranın Ali Dini Lideri: "Biz atom bombası istehsal edə bilərik..."
Moskvada baltalanan naxçıvanlı iş adamı öldü