Qarabag Media
Haqqımızda Əlaqə

Babək Xürrəmi bu gün edam edilib – 1181 il öncə


Tarix:13-03-2019, 23:04 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Babək Xürrəmi bu gün edam edilib – 1181 il öncə

Bir gün azad yaşamağı 40 il qul kimi yaşamaqdan üstün tutan Babək Xürrəminin anım günüdür.

Bəşər övladının ilk məskəni sayılan Azərbaycan dövləti minilliklərin yaddaşında böyük şəxsiyyətlər, qəhrəman sərkərdələr bəxş edən bir diyar kimi tanınır. Zamanın ədalətsiz hökmünə baş əyməyən, yadelli işğallara və amansız müharibələr meydanına çevrilən vətənimizin azadlığı uğrunda onlar daimi çarpışıblar.

Dünya tarixində böyük sərkərdə və qüdrətli hökmdar kimi tanınan Babək Xürrəmi də 20 ildən çox ərəb zülmünə, xilafət qoşunlarına qarşı döyüşüb. Sasani imperiyasının əsarətindən qurtulan bu qədim diyar VII əsrin 1-ci yarısında Ərəb İslam dövlətinin yürüşlərinə məruz qaldı. Tədqiqatçı-tarixçi Vaqif Rüstəmov bildirir ki, İslam dininin fövqəltəbii varlığı insanları vahid ideya bayrağı altında birləşməsinə zəmin yaratdı. Onun sözlərinə görə, hamının dərin sevgisini və məhəbbətini qazanan bu dini ideya Məhəmməd peyğəmbərdən sonra gələn 4 xəlifənin zamanında da əmin-amanlığın, sabitliyin hökm sürməsinə nail oldu: "Ancaq xəlifə Həzrəti Əlidən sonra xilafətdə hökmranlıq edən Əməvilər və Abbasilər sülaləsinin islam aləmində özbaşınalığa, qəddarlığa, zülmün və haqsızlığın yaranmasına gətirib çıxardı. Yerlərdə təriqəlindən və dini etiqadından asılı olmayaraq, vergi və xərracların qat-qat artırılması insanlar üzərində talanların, soyğunçuluğun və haqsız işgəncələrin geniş miqyas alması istər-istəməz xalqın narazılığına səbəb oldu".

Müsahibimiz bu zülmə qarşı Azərbaycanın Ərdəbil, Beyləqan, Bərdə, İrəvan, Dərbənd və başqa yerlərdə xalqın etirazlarının alovlandığını da xatırladır. Tarixçi deyir ki, xüsusən 748-ci ildə Beyləqanda, Bərdədə xilafətin zülmünə qarşı mübarizə başladı. Nizami orduya və güclü silaha malik xilafər qoşunları amansızlıqla yatırıldı: "Lakin xilafətin zülmü ilə barışmayan və onlardan qorxmayan xalq yeni-yeni hərəkatda birləşirdilər. Bu hərəkatın əsas qığılcımı Ərdəbil yaxınlığında xürrəm yaşayış sahəsində böyük vüsət aldı. Xilafət ordusunun xürrəmi sakinlərinə qarşı törətdiyi qətllərin sədası bütün Azərbaycana yayıldı. Bu dövrdə Abbasilər xilafətinə qarşı üsyankar xürrəmilər daha coşqun çıxış etdilər".

Müsahibimiz xürrəmilərin banisi kimi tanınan Cavidan və Əbu İmran kimi cəsur igidlər 778-ci ildə xilafət qoşununa qarşı hücuma keçdiklərini söyləyir. Vaqif Rüstəmovun sözlərinə görə, nizami orduya malik ərəblər öz çirkin əməllərini və zülmünü gizlətmək üçün xürrəmilərə kafirlik damğasını vuraraq, bu üsyanı amansızlıqla yatırdılar. Bəzz qalasına çəkilən Cavidan qüvvələri yenidən səfərbər etdi: "Tarixi mənbələr göstərir ki, Cavidanla Əbu İmran arasındakı müttəfiqlik hərəkata başçılıq etmək istəyi ilə münaqişəyə və ziddiyyətlərə səbəb oldu. Bu ziddiyyətlərlə yaşayan hər iki qəhrəman 807-ci ildə ərəblərlə döyüşdə yenə də məğlub oldular. Artıq iki qəhrəman arasındakı ziddiyyətlər xürrəmilərin mübarizəsinə zərbə vurdu".

Tədqiqatçı onu da deyir ki, tarixşünaslıqda göstərildiyi kimi, böyük sərkərdə kimi tanınan Babəkin Bəzz qalasına gəlişi təsadüfi deyil: "Onun Ərdəbildə dəfələrlə Cavidanla görüşü və ideya birliyi yaxınlaşdırmışdır. Öz zamanının cəsur, igid cəngavəri kimi Cavidanın təklifi ilə Babək Bəzz qalasına gəlir. Və Cavidanın yaxın köməkçisi kimi fəaliyyət göstərir. Ancaq ara verməyən Cavidan və Əbu İmran münaqişələrin sonu hər iki qəhrəmanın əlbəyaxa təkbətək döyüşü zamanı ölmünə səbəb olur. Cavidanın vəsiyyəti ilə Babək xürrəmi hərəkatına başçılıq edir və Bəzz qalasının sahibi olur. "Xürrəm" sözü haqqında tarixşünaslıqda müxtəlif fikirlər irəli sürülür. Ərəb və fars tarixşünaslığında xürrəmi ardıcıllarına "müxəmmirə" - "qırmızı geyinmişlər" və ya "surxəl" - "qırmızı bayraqlılar" deyirdilər. Bu bir həqiqətdir ki, tarixdə işğalçılara qarşı qırmızı geyimdə və qırmızı bayraq altında çıxış edən xürrəmilər olmuşlar".

Tarixçi bildirir ki, xürrəmilərin dini etiqadı qədim köklərə, işıq və qaranlığın, xeyir və şərin simvolu olan iki mənəvi qüvvəyə, inama əsaslanmışdır. Onun sözlərinə görə, bu ideyanın və amalın vurğunu olan Babək ilk gündən hərəkatda güclü nizam-intizam yaratdı. Bir tarixi həqiqət də məlumdur ki, Babəkin fəaliyyətinin ilk günlərində Bəzzdə o qədər də qüvvə qalmamışdı: "Ancaq Babəkin cəsurluğu və ona olan inam yerlərdə ərəb zülmündən əziyyət çəkən insanların pənahına səbəb oldu. Beyləqandan, Bərdədən, İrəvandan və Naxçıvandan gələn mübarizlərin sayı-hesabı hər gün artırdı. Bu qədər böyük bir qüvvəni Bəzzdə yerləşdirmək mümkün deyildi. Babək bu üsyankar qüvvələrə əldə etdiyi silahlarla silahlandırıb öz yerlərinə göndərirdi və lazım olan vaxt Babəkin işarəsi ilə səfərbər olmaqlarına göstəriş vermişdir. O dövrdə döyüş anlarını yüksəkliklərdə yandırılan tonqalar vasitəsilə xəbər çatdırırdılar".

Xürrəmilərin ilk məğlubiyyəti

Mənbələrdə deyilir ki, xürrəmilər hər dəfə xilafət ordusu üzərində qələbə çalırdılar. Bu mübarizədə Babəkin tərəfdarlarının sayı 300 mindən çox idi. O da məlumdur ki, Babək bu mübarizədə xilafətin 6 ordusunu və onlarla sərkərdəsini məhv edib. Çıxılmaz vəziyyətdə qalan xəlifə 2 cəbhədə Bizansla və xürrəmilərlə döyüşmək gücündə deyildi. Ona görə istər-istəməz Bizansla müharibəni dayandıraraq bütün qüvvəni xürrəmilərin üzərinə yeritdi. Möhtəsimin xəlifə kürsüsünə, taxtına çıxması ilə bütün gücünü 833-cü ildə Həmədan yaxınlığındakı döyüşə sərf etdi. Bu qanlı döyüşdə ilk olaraq xürrəmilər məğlub oldu. Bu qələbədən ruhlanan Möhtəsim yeni-yeni nizami orduların səfərbər edilməsinə əmr verdi. Bizansla müharibədə döyüş təcrübəsi əldə edən Avşini bu orduya baş komandan təyin etdi və bildirdi ki, xürrəmiləri məğlub etmək üçün bu yolda xilafət heç nəyi əsirgəmiyəcək. Avşin 835-ci ildə Azərbaycanın içərilərinə doğru yürüş edərək Bəzz yaxınlığında hərbi düşərgəsini yaratdı. Dəfələrlə Möhtəsimin tələblərinə baxmayaraq, Avşin müharibəni başlamadı. Çünki o xürrəmilərin gücünü, əlavə qüvvələrini dəqiq öyrənmək üçün öz cəsuslarının məlumatlarını toplayırdı.

Vaqif Rüstəmov deyir ki, bu müddət ərzində Babək xürrəmilərdən çox güclü olan ərəb ordularına qarşı mübarizəni gücləndirmək üçün Bizansla yeni ittifaqa ümid bəsləyən Babək əlavə köməyə ehtiyac olduğunu məktub vasitəsilə bildirdi. 837-ci ilin mayında Avşin Bəzz üzərinə hücuma keçdi və qalanı ala bildi. Onun sözlərinə görə, mühasirə zamanı Avşinlə danışıqlara məhəl qoymayan Babək təslim olmaq istəmirdi: "O az bir qüvvə ilə qaladan çıxa bildi. Məqsədi Bizansdan və Arranan yeni qüvvələr toplamaqla xilafətlə mübarizəni davam etdirmək istəyirdi. Ancaq Arranda Səhl İbl Sumbatın qəsrində qonaq olan Babək xəyanət nəticəsində Avşinə təslim edilir".

Qəzəblənmiş xəlifənin edam hökmü

Tarixi araşdırma göstərir ki, Səhl İbn Sumbat bir müttəfiq kimi xürrəmilər tərəfindən ərəblərlə vuruşmuşdur. O 822-ci ildə Bərdədə və 837-ci ildə Arranda on minlərlə ərəb cəza dəstələrini məhv edib. Avşinin əsirinə çevrilən Babək öz arzusu ilə sonuncu dəfə Bəzz qalası ilə vidalaşaraq Avşin tərəfindən xəlifənin hüzuruna Samirə şəhərinə gətirilir. Bir çox ərəb tarixçiləri göstərirlər ki, xəlifə Mötəsim Babəki öz ailəsi ilə birlikdə hörmətlə qarşılayır. Onun sərbəst yaşaması üçün ayrıca bir saray ayırır. Ancaq bu nəvazişə və qayğılara təslim olmayan Babək inadından dönmür. Qəzəblənmiş xəlifə 838-ci il martın 14-də Babəkin edam olunmasına hökm verir. Edamın dəhşətləri Babəki sarsıtmır. O, bu işgəncələrə dözərək öz qanı ilə solmuş çöhrəsini al rəngə boyayır. Bunun bu qəhrəmanlığı nəinki tamaşaçıları, eyni zamanda, xəlifənin qonağı olan əcnəbi elçiləri və səyyahları da heyrətləndirir. Çünki Babək mübarizəni ölmü ilə də sübut edərək güclü əxlaqa, dinə, imana vətən sevgisinə bağlı olduğunu göstərdi.

Müdriklər deyir ki, qədim tarixi köklərə malik olan xalqın qəhrəmanı yenilməz olur və əbədiyyətə qovuşur. Bu əbədiyyət məşəli heç vaxt sönmür. Tarixin bəxş etdiyi nemətlərin insanlar arasında ədalətlə bölünməsini və insanların sosial bərabərliyi uğrunda yenilməz bu qəhrəmanın ideyası bu gün də yaşayır. Zaman-zaman xalqın qəlbində heykəlini yaşadan Babəkin qoyulacaq heykəli də bizim azadlıq ideyamızın sinvolik rəmzinə çevriləcək.

Qələndər Xaçınçaylı

_______________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ