Qarabag Media
Haqqımızda Əlaqə

Prezident Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Tarix:13-03-2019, 15:30 Kateqoriya:Manşet / Siyasət

Prezident Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Karabakhmedia.az Prezidentin saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunaraq bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev bu gün, həmçinin VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək Azərbaycana Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirib. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Karabakhmedia.az

_____________________________________________________________________________________________________












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ