Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ icmasının rəhbəri separatçılara cavab verdi


Tarix:12-03-2019, 13:08 Kateqoriya:Manşet / Qarabağ

Qarabağ icmasının rəhbəri separatçılara cavab verdi

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatı ilə bağlı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər nazirliyi”nin “nümayəndəsi”nin açıqlamasına cavab verib.

T.Gəncəliyev Modern.az-a açıqlamasında deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər nazirliyi"nin “nümayəndəsi” ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatına kölgə salır.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aparılan danışıqlara xələl gətirmək və diqqəti danışıqların predmetindən yayındırmaq məqsədilə növbəti əsassız açıqlama verib. Belə ki, qondarma “nümayəndə” ATƏT-in Nazirlər Şurasının Helsinki və Budapeşt sammitlərində qəbul edilmiş sənədlərlə bağlı cəfəngdolu iddialar irəli sürməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib”-deyə TGəncəliyev bildirib.

İcma rəhbəri söyləyib ki, qarşı tərəfin “nümayəndəsi” Helsinki sammitinin sənədlərinə əsasən münaqişənin tərəfləri (təcavüzkar Ermənistan və hərbi işğala məruz qalmış Azərbaycan) ilə yanaşı, maraqlı tərəflər qismində yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının mövcudluğundan danışıb.

Qeyd edib ki, azərbaycanlı icmasını görməməzdikdən gəlirsə, onun sözügedən sənədin məğzini dərk etmək qabiliyyətinin olmaması yalnız təəssüf hissi doğurur.

“Qondarma “rəsmi şəxs” əgər Budapeşt sammitinin sənədindən danışırsa və bu sənədin öhdəliklərinə sadiqdirsə, onda sənədə tam şəkildə əməl etməlidir. 1994-cü il Budapeşt Sammitində iştirakçı ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: "Onlar (ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara, silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.

Xatırlatmaq istərdim ki, BMT TŞ-nin 1993-cü il tarixli 853 və 884 saylı qətnamələrində məhz "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri"nə istinad edilir və bu da öz növbəsində ATƏT-in müvafiq qərarlarında, o cümlədən MQ həmsədrlərinin sonuncu bəyanatında qeyd edilən "maraqlı tərəflər" ifadəsini özündə ehtiva edir.

Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci ilin 5 noyabr tarixli "Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək lazımdır. Bu sənəddə konkret şəkildə müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər nəzərdə tutulur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Sarqisyan-Köçəryan xuntasının davamı olan işğalçı rejimin əsarətində qalmaqda davam edir.

Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır və bu məqsədlə dialoqa hazırdır”.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"