Qarabag Media
Haqqımızda Əlaqə

İranın təhlükəsizlik orqanları Ərdəbil Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransını ləğv edib


Tarix:9-03-2019, 17:50 Kateqoriya:Manşet / Türk dünyası / Dünya

İranın təhlükəsizlik orqanları  Ərdəbil Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransını ləğv edib
İranın təhlükəsizlik orqanları  Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.

 

Karabakhmedia.az GünAz TV - yə istinadğn xəbər verir ki, buna etiraz olaraq öyrəncilər universitetin həyətində bir araya gələrək konfransın təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunmasına etiraz bildiriblər.

 

Azərbaycanlı öyrəncilər “Onlar kitablarımızı yandırdı, bunlar isə gizlətdilər”, “Pəhləvi dostları, o dövrdəki gərçəklərin ifşa olunmasından qorxur” və “Azərbaycan universitetlərinə təhlükəsizlik gözü ilə baxanlar cavab verməlidir” sözləri yazılmış plakatlar qaldırıblar.

 

Xatırladaq ki, "Azərbaycan tarixi və mədəniyyəti" konfransı martın 6-da təhlükəsizlik orqanlarının təzyiqi ilə universitet rəhbərliyi tərəfindən tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv olunub.

 

“Xətayi Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunmuşdur.

 

Konfransın təşkilatçıları uzun müddətdir tədbirin keçirilməsi xəbərini yayaraq təbliğat aparıb. Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı öyrəncilərin kəskin etirazına səbəb olub.

 

Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO