Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağda fəaliyyət göstərən Rusiya şirkətləri – Kreml Bakı ilə sazişi imzalamadan ÇƏKİNİR


Tarix:5-03-2019, 15:18 Kateqoriya:Manşet / Qarabağ

Qarabağda fəaliyyət göstərən Rusiya şirkətləri – Kreml Bakı ilə sazişi imzalamadan ÇƏKİNİR

Rusiya işğal edilmiş Krımın “qanuniləşdirilməsinə” istiqamətləndirilmiş səylərini fəallaşdırıb. Bu təxribatlar müxtəlif formalarda həyata keçirilir. Krıma turist axını təşkil etməyə çalışır, Krımda istehsal olunan malların başqa ölkələrdə satışını təşkil edir, Krımı Rusiya ərazisi kimi göstərən xəritələri müxtəlif ölkələrə göndərirlər.

Karabakhmedia.az saytının məlumatına görə, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Moskva bu siyasəti Azərbaycanda da həyata keçirməyə çalışıb.

Ekspert bildirib ki, hər siqnal alınınca Azərbaycanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını alıb.

“Rusiyadakı mərkəzlər, nəhayət, anlamalıdırlar ki, Krımın Rusiya ərazisi kimi tanıtdırılmasının Azərbaycanda həyata keçirilməsinə imkan verilməyəcək. Birincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, ikincisi, Azərbaycan özü separatçılıqla mübarizə aparır və başqa separatçılara öz ərazisində fəaliyyət göstərməyə imkan verə bilməz”-deyə E.Şahinoğlu bildirib.

Politoloq söyləyib ki, Rusiyadakı bəlli mərkəzlər dayanmaq bilmirlər.

“Məsələn, Rusiya bu il müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi toplantılar və birgə forumlar keçirmək istəyir. Nümayəndə heyətlərinin tərkibinə Krımdan olan biznesmenlərin və layihələrin daxil edilməsi təşəbbüsləri istisna deyil. Diqqətli olmalıyıq. İstisna deyil ki, Rusiya sahibkarlarının Azərbaycana biznes-missiyası çərçivəsində (4-6 aprel 2019-cu il) işğal edilmiş Krımın biznes nümayəndələrini də daxil etməyə cəhd etsinlər. Belə təşəbbüslər olarsa, bunun qarşısı əvvəlcədən alınmalıdır.

Krımda ciddi sosial-iqtisadi problemlər hökm sürür, turizm sahəsində irəliləyiş yoxdur. Rusiyanın Krımı izolyasiyadan çıxarmaq və xarici dövlətlərlə əməkdaşlığa təşviq etməsi bu 5 ildə mümkün olmadı. Belə olan halda Kreml Krımı tanıtdırmaq üçün təxribatlara əl atır”.

E.Şahinoğlu Qarabağda qanunsuz fəaliyyət göstərən Rusiya şirkətlərinin adlarını da sadalayıb:

“İşğal edilmiş Qarabağda telekommunikasiyasını fəal şəkildə inkişaf etdirən MeqaFon Rusiya mobil rabitə operatoru;

Erməni filialı olan Armentel şirkəti vasitəsilə separatçı Dağlıq Qarabağda mobil rabitə və internet xidmətləri göstərən Rusiyanın Beeline şirkəti;

Ermənistan Elektrik şəbəkəsi (ENA) vasitəsilə Dağlıq Qarabağı elektrik enerjisi ilə təmin edən Rusiyada təsis edilmiş Tashir Group biznes-konqlomeratı. 2016-cı ilin aprelində baş vermiş “dörd günlük müharibədən” sonra isə Tashir Group müharibə fəsadlarını aradan qaldırmaq üçün Dağlıq Qarabağ “hakimiyyətinə” 5 milyon dollar köçürüb;

Rusiya şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların axtarışı və qanunsuz hasilatında iştirakı (ekspert qiymətləndirilməsinə əsasən, işğal edilmiş ərazilərdə 1250 ton qızıl, 4550 ton gümüş, 1,86 milyon ton mis və digər metal ehtiyatları var).

Rusiyanın “Oil Cracking” şirkətinin Dağlıq Qarabağ iqtisadiyyatına yatırdığı 100 min dollardan çox sərmayə.

Bu siyahını uzatmaq da olar. Bəlkə elə buna görədir ki, Rusiya Azərbaycanla ikitərəfli sənədlərə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət və qanunsuz məhsulların tədarükünün qadağan edilməsi haqqında müddəaları daxil etməkdən çəkinir. Belə bir saziş Azərbaycanla Ukrayna arasında mövcuddur. Rusiya isə separatçılara dəstək siyasətinə görə Azərbaycanla və digər dövlətlərlə oxşar saziş imzalamaq istəmir.

Milli Məclisdə müzakirələr zamanı bir qrup millət vəkili işğal edilmiş ərazilərdə təbii resursları hasil edən Rusiya şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verən qanun layihəsinin hazırlanması haqqında təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin qanun halına gətirilməsinə ehtiyac var”-deyə E.Şahinoğlu əlavə edib./Modern.az/

Aqşin KƏRİMOV

_______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib